2. MÜASİr azərbaycan tariXİ metodika (kurikulum) Sİtuasiya və psixoloji suallar ümumi DÜnyagöRÜŞ



Yüklə 377,59 Kb.
səhifə79/132
tarix12.05.2022
ölçüsü377,59 Kb.
#57623
1   ...   75   76   77   78   79   80   81   82   ...   132
Cəmilə müəllimə (1)

Motivasiya


Müəllim: – Yəqin ki, hamınız haçansa xəstələnmisiniz və bu zaman sizə müəyyən dərmanlar

içirdiblər, iynə vurublar və s. Bəs elə olubmu ki, özünüzü tamamilə sağlam hiss etdiyiniz halda sizi poliklinikaya aparıb iynə vurdurublar? Sizcə, bunu nə üçün edirlər? Şagirdlərin fikirləri dinlənilir, sonar müəllim fikirləri ümumiləşdirərək peyvənd haqqında məlumat verir.



Oxu

Mətn (dərslik, səh. 112) hissələrlə oxunur. Şagirdlər hər bir abzasda söhbətin nədən getdiyini söyləyirlər. Sonra dərsliyin 113-cü səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilir: C, A, D, B. 3-cü tapşırıq: 1 – D, 2 – D, 3 – Y, 4 – D, 5 – Y.

Tətbiqi çalışmalar üçün iş dəftərinin 77-ci səhifəsindəki tapşırıqlardan istifadə oluna bilər.

Dinləmə

Müəllim aşağıdakı laylaları səsləndirir:

Suallar:


  • Eşitdiyiniz laylalardan hansının məzmunu oxuduğunuz mətnlə bağlıdır?

  • Bu laylada söhbət nədən gedir?

  • Bu layla dərslikdə verilən mətndəki hansı məlumatı təsdiqləyir?

Müəllimin nəzərinə: Şagirdlər 3-cü sualı cavablandıra bilməsələr, müəllim onların diqqətəni mətnin 1-ci abzasındakı son üç cümləyə yönəldə bilər.

Danışma

Müəllim şagirdlərin diqqətini dərslikdə çərşivə içərisində verilmiş məlumata yönəldir. Onlara

təklif edir ki, çiçək xəstəliyinin nə üçün belə adlandırılması ilə bağlı “Bu maraqlıdır” başlığı altında məruzə hazırlasınlar. Araşdırma üçün material kimi şagirdlərə aşağıdakı məlumatlar təqdim oluna bilər:


  1. Çiçək xəstəliyindən sonra dəridə qalan çopura, çapıqlara, batıqlara çiçək deyilir.

  2. Bu xəstəliyin adı bəzi mənbələrdə çekek (çökək) kimi verilib. Xəstəlikdən sonra üzdə çökəklərin yaranması ilə bağlıdır.

  3. Bəzən düşünürlər ki, çiçək xəstəliyinə tutulanların üzü səpib çəmənzarı xatırlatdığı üçün bu xəstəlik belə adlanır.

  4. Çiçək çıxartmaq – çiçək xəstəliyinə tutulmaq.

  5. Gözəl ağa gözəl idi, bu yandan da vurub çiçək çıxartdı – onsuz da çoxlu problemləri, dərdləri olan şəxsin daha bir ciddi problemlə üzləşməsini bildirən ifadə.


Yüklə 377,59 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin