150
əsasən özünün
"On altı traktat"
151
kitabında, bə'zilərini isə başqa əsərlərində
geniş izah edir. Ünsürlər nəzəriyyəsinə gəldikdə isə, bu barədə
həkimə lazım olacaq qədər mə'lumatı "On altı traktat" kitabında
olan "Ünsürlər" fəslindən, məzaclar haqqında olan nəzəriyyəni
"Məzaclar" fəslindən, tərkiblər nəzəriyyəsini hamin məcmuədə
olan "Təbii qüvvələr" kitabının ikinci məqaləsindən, oxşar
üzvlər bəhsini "Kiçik anatomiya" kitabından, oxşamaz üzvlər
haqqında "Böyük anatomiya" kitabından, təbii qüvvələr
nəzəriyyəsini "Təbii qüvvələr" kitabından, heyvani qüvvələr
nəzəriyyəsini "Ən-Nəbz" kitabından öyrən. Bunların hamısı "On
142 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
altı traktat" məcmuəsindədir. Nəfsani qüvvələr nəzəriyyəsini
"Bokrat (Hippokrat)
152
və Əflatunun rə'yləri"
153
kitabından
öyrən, bu da Calinusun əsəridir, lakin "On altı traktat"
məcmuəsinə daxil deyildir.
Əgər bu kitabı daha dərindən öyrənib öz bilik səviyyəni
artırmaq istəyirrənsə, ünsürlər və məzaclar haqqında "Əlkun əl-
fəsad"
154
, "Əs-Səma-ül-aləm"
155
kitablarını oxu, qüvvələr və
hərəkətlər haqqında "Ən-Nəfs
156
və "Əl-hiss-ul-Məhsus"
157
kitablarını oxu, üzvlər haqqında "Əl-heyvanat"
158
kitabından,
xəstəliklərin növünü "On altı traktat" məcmuəsində olan "Əl-
iləlü əl-Ə'raz" kitabının birinci məqaləsindən öyrən. Əlamətlərin
səbəbləri haqqında həmin məcmuənin üçüncü məqaləsini,
xəstəliklərin səbəbləri haqqında yenə də dediyim həmin
məcmuənin dördüncü, beşinci və altıncı məqalələrindən oxu.
H a ş i y ə. Nəzəriyyədən danışdığım üçün sözün
uzanmasına baxməyaraq, gərək bir az da əməliyyədən danışam,
çünki nəzəriyyə və əməliyyə cisimlə ruh kimi bir yerdə olarlar,
cisim ruhsuz, ruh da cisimsiz kamil olmaz.
Müalicəyə başlarkən, qocaların və cavanların yeməklərinə
fikir ver, baxanlarına diqqət yetir.
Xəstələrin müalicəsi iki cürdür: Hər şeydən əvvəl həkim
xəstənin qüvvəsini, xəstəliyin növünü, səbəbini xəstənin
məzacını, yaşını sənətini, şəxsiyyətini, təbiətini. Yaşadığı yeri,
bədəninin vəziyyətini bilməyincə müalicəyə başlamamalıdır.
H a ş i y ə. Sidik, nəbz, xarici görünüş, zərərsiz və zərərli
əlamətlər, səpkilərin növü, ləkələr, daxildə ola biləcək
xəstəliklər, onlardakı ağrı və böhranların, hərarət və
qızdırmaların növünü bilməli, nə kimi tədbirlərin olduğunu
öyrənməli, dava-dərman düzəltməkdə, onların tərkibini tə'yin
etməkdə mahir olmalı və bunları hər müalicə qanununa görə
mütəxəssislərin tapdıqları nüsxələr əsasında hazırlamalıdır.
Onların hərəsi haqqında harada oxumaq mümkün
olduğunu deyirəm ki, sənə mə'lum olsun və ehtiyac olduqda
tapa biləsən, hifzi-səhhət haqqında "On altı traktat"
məcmuəsindəki "Tədbir-Əsihha" fəslindən oxumaq lazımdır,
xəstələrin müalicəsi, müalicə qanunları haqqında "On altı"
məcmuəsindən oxu, zərərsiz və zərərli əlamətlər haqqında
"Təqəddəmətül-mərifə" və Bokratın "Fəsillər"indən oxumalı,
nəbz nəzəriyyəsini "Böyük nəbz və "Kiçik nəbz" kitablarından,
sidik haqqında yenə də "On altı"da olan "Əl-Böhran" fəslindən
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
və Calinusun "On altı"sına daxil olmamış başqa əsərlərindən
öyrənmək lazımdır.
Daxili xəstəliklərin əlamətləri haqqında "On altı"da olan
"Əsan əkməh" fəslindən, böhranlar nəzəriyyəsi haqqında yenə
də "On altı"da olan "Əl-Böhran" fəslindən, böhran müddətini
yenə də "On altı-da olan "Əyyam-ül-böhran", qızdırma bəhsini
"On altı"da olan "Əl-hümməyat" fəslindən, ağır xəstəliklər
müalicəsini Bokratın əsərlərindən olan "Maüş-şə'ir" kitabından,
daxili xəstəlikləri "Hilətül-bər" kitabından, dərman hazırlamağı
isə Calinusun "Dərmanların tərkibi" kitabından öyrənmək
lazımdır.
Müalicə edən gərək çoxlu təcrübə etsin, lakin təcrübələrini
məşhur və böyük adamlar üzərində aparmamalıdır.
Xəstəxanalarda işləməli və çoxlu xəstə görməli, çoxlu müalicə
etməlidir ki, nadir xəstəliklər rast gələndə çətinlik çəkməsin,
üzvlərdə baş verən nasazlıqlar ondan gizli qalmasın, kitabda
oxuduğu şeyləri gözü ilə görmüş olsun və müalicə vaxtı aciz
qalmasın. Bokratın "Vəsiyyətləri"ni oxumalıdır ki, xəstələrin
müalicəsində vicdanlı olub, düzlük göstərməyi bacara bilsin.
Həmişə özünü və paltarını təmiz saxlamalı, xoş qoxulu
ətirlər vurmalıdır. Xəstələrə baxarkən üzügülər, mehriban
olmalı, xoş sözlər deyib xəstənin könlünü almalı, ona ürək-dirək
verməlidir. Həkimin ürək-dirəyi xəstənin fitri hərarətini artırar,
ona qüvvət verər.
H a ş i y ə. Xəstəni yatmış bilsən, çağıranda cavab versə
lakin səni tanımasa, gözünü açmaq istədikdə, gözü qapansa, pis
əlamətdir. Huşunu itirmiş adam çapalasa, yerini islatsa-pis
əlamətdir. Huşunu itirmiş adam hey qışqırıb əllərini və
barmaqlarını tutub sıxsa bu da pis əlamətdir. Xəstənin gözünün
ağı adi haldan daha ağ, ya qarası daha qara olsa, dilini ağzında
dolandırsa, ağır nəfəs alsa-pis əlamətdir. Böyuk paxıllıqdan və
ya kədərdən xəstələnsə, ya təngnəfəslik əmələ gəlsə-pis
əlamətdir. Xəstə ara vermədən qırmızı, sarı, qara, ağ qussa ya
qusmağı dayanmasa, bu da qorxuludur.
Əgər xəstə çox arıqlayıbsa və öskürürsə, onun
bəlğəmindən bir az köhnə bir parça üstə götürüb qurut, sonra
həmin parçanı yu, yeri qalsa-pis əlamətdir. Bu dediyim xəstələri
müalicə etmə. Bu əlamətlərin onlarda olduğu müddətdə
müalicənin xeyri olmaz.
Əgər xəstə üstünə getsən, bu əlamətlərin heç biri olmasa,
sağalmaq ümidi daha çox olar.
144 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
H a ş i y ə. Sonra nəbzini tut, döyunüb barmağın altında
qalxırsa, qanı artıbdır; barmaqın altında zərif və tez-tez vurursa,
səfrası artıbdır; barmağın altında zəif, zərif, yumşaq, yavaş
vurursa, ödu artmışdır; barmağın altında gec, sərt, sust vurursa,
rutubəti artmışdır. Nəbzin hansı tərəfə çox meyl etməsini
istəyirsənsə, müalicəni də həmin istiqamətdə apar. Nəbzini
aydınlaşdırdıqdan sonra sidiyinə bax.
H a ş i y ə. Əgər sidiyin rəngi ağ olsa, şəffaf olmasa,
xəstəliyi qəmdəndir. Ağ şəffaf olsa, xəstəliyi yelin, rütubətin və
həzm olunmamağın çoxluğundandır. Su kimi şəffaf olsa,
əsəbilikdən və işlərin düz gəlməməyindəndir. Burunc rəngində
olsa və onda xırda-xırda zərrələr görünsə, ishaldandır. Yağ
rəngində olsa, dibində xətlər görünsə, vaxtın çatmış olduğunu
bildirər. Zə'fəran rəngində olsa, bil ki, hərarəti var, səfra ilə qanı
qarışmışdır. Sidiyin üstü sarımtıl, dibi qaramtıl olsa bu
səfradandır. Müalicə etmə; üstü qaraya çalsa da ondandır.
Sidiyin dibi sarıya ya yaşıla çalsa, o, tez əvvəlki vəziyyətinə
qayıdar. Xəstə sayıqlayırsa, sidik qırmızı və ya qaramtıl isə
demək öd qanla qarışmış və onun köpüyü üzə çıxmışdır, bundan
da ehtiyatlı ol; qara olsa və üzərində qan kimi bir şey durmuş
olsa, xəstənin üstünə getmə; əgər qara olsa və onda kəpək kimi
bir şey olsa, ya üzərində qan kimi bir şey dursa o xəstəyə əlvida
de. Sidik sarı olsa, parlaq günəş rəngində görünsə, ya
qırmızımtıl sarıya çalsa, xəstəlik qandadır, əmr ver qan alsınlar,
tezliklə sağalar, sarı olsa onda qırmızı xətlər görünsə, onu
Allaha tapşır. Sidik sarı olsa, onda ağ cizgilər görünsə, xəstəlik
uzun çəkər, yaşıl olsa, xəstəlik damaqdadır, yaşıl-qara olsa,
orada çox dayanma, yaşıl-ağ olsa və onda sirkə qurdu
159
kimi
bir şey görünsə, onda yel babasili var və xəstə taqətsiz olar.
Nəbz və sidiyə baxdıqdan sonra xəstəliyin növünü öyrən,
çünki xəstəliklərin növü bir cürə olmaz.
H a ş i y ə. Yeməklə kifayətlənmək mümkünsə, dərman və
yağ vermə, yaş dəsmal, məlhəm və yağla kifayətlənmək
mümkünsə, həb və toz vermə. Çalış dərman verməkdə ifrata
varma. Rahatlanmaq və sakitlik yaratmaqla iş düzələ bilərsə,
qusdurmağa çox cəhd göstərmə. Vəziyyəti xarablaşdıqda xüsusi
dərmanlarla müalicəyə başla, yalnız sakitlik yaratmaqla
kifayətlənmə. Heç vaxt xəstəni danlama; öz qullarının hayına
xəstədən daha çox qal, demə ki, o artıq yaxşı olmuşdur.
Qarınqulu xəstəyə çox da bərk pəhriz qoyma, onsuz da pəhrizi
yerinə yetirməyəcəkdir. Sən ,o yediyi xörəklərin zərərini aradan
qaldırmağa çalış. Həkimin ən yaxşı xüsusiyyəti dərdi və
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
dərmanı düzgün tə'yin edə bilməsidir. Bu barədə ona görə çox
danışıram ki, mən bu tibb elmini həddindən artıq serirəm. Çünki
faydalı elmdir. Ona görə bu barədə çox danışdım. İnsanlar çox
sevdikləri haqqında çox danışmağı sevərlər.
Həkimlik sənə qismət olmasa, nücum elmi çox şərafətlidir.
Nücum elmini öyrənməyə çalış, çünki bu, çox böyük elmdir.
Ona görə böyük elmdir ki, peyğəmbərlərin ən əzizi olan
peyğəmbər
əleyhissəlamın mö'cüzələrindəndir. Demək,
şübhəsiz, bu elm peyğəmbərlik elmidir və bizim zəmanəmizdə
şəriətin hökmünə görə qadağan edilmişdir.
146 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Dostları ilə paylaş: |