A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə67/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   63   64   65   66   67   68   69   70   ...   197
Hərbi iĢdə təsadüflər böyük qüvvəyə malikdir. 
B i r   a l m a n   g e n e r a l ı 
haqladıq. Yəqin ki, ermənilər bizim əsgərlərin çınqıllıqda gizlənmələrini 
görmüşdülər.  Maşını  atəşə  tutduq.  Məsafə  500-600  metr  olardı,  əsl 
avtomat  mənzili  idi.  Leytenant  Z.Tağıyevin  tağımı  isə  uzaqdan-
çınqıllıqdan  atəş  açmağa  başladı.  Yük  maşınının  üstündəki  ermənilərin 
gülləboran  etsək  də  maşını  dayandıra  bilmədik.  Maşın  təpənin  arxasına 
keçib  görünməz  oldu.  Mən  əsgərlərə  öz  səngərlərimizə  çəkilmək  əmri 
verdim  və  biz  boşalmış  daraqları  güllələrlə  doldura-doldura  yavaş-yavaş 
səngərlərimizə  qayıtdıq.  Əsgərlərin  hamısına  və  leytenant  Z.Tağıyevə 
təşəkkür etdim. 
*   *   * 
İyunun  30-dan  31-nə  keçən  gecə  idi,  saat  iki  olardı.  Birinci  və 
ikinci  keşikdə  atəş  səsləri  eşidildi.  Səngərdəki  telefon  susurdu,  üçüncü 
keşiyin  əsgərləri  isə  təpənin  sol  tərəfində  olduğu  üçün  nə  baş  verdiyini 
bilmirdilər. Mən onlara öz yerlərindən tərpənməməyi tapşırdım və dərhal 
həyəcan  siqnalı  ilə  əsgərləri  qaldırdım  və  dörd  dəstəyə  bölərək  təpənin 
üstündəki  və  sağ  tərəfdəki  qayalara  tərəf-əvvəlcədən  müəyyən  edilmiş 
mövqelərə  tərəf  qaçdıq.  Leytenant  Z.Tağıyevlə  iki  əsgəri  isə  çadırda 
saxladım ki, patron və mərminin ön mövqeyə daşınmasını təşkil etsinlər. 
6-7  dəqiqəyə  biz  əvvəlcədən  müəyyən  edilmiş  müdafiə  mövqelərinə 
çatdıq.  Birinci  keşikçi  mövqeyinin  qarşısında-dağ  yamacındakı 
qayalıqdan  avtomat  və  pulemyotlarla  bizi  atəşə  tutmuşdular.  Hərdən 
qumbaraatan  mərmiləri  də  bizim  mövqelərdə  partlayırdı.  Mən  komanda 
verərək  pulemyot  və  avtomatlarla  atəş  açmağı  və  atəşin  arasını 
kəsməməyi  əmr  etdim.  Cavab  atəşindən  sonra  düşmən  bir  qədər 
sakitləşdi.  Amma  döyüş  dayanmadı.  Mən  iki  əsgərlə  gecə  qaranlığında 
ikinci  keşiyə  doğru  yaxınlaşırdım.  Orada  bizim  əsgərlərdən  heç  kəs 
olmadığından atəş açılmırdı. Güman etdim ki, yəqin düşmən səngəri ələ 
keçirib,  oranı  tutub.  Sürünə-sürünə  səngərə  tərəf  yaxınlaşırdıq.  Lakin 
səngərə  çatanda  məlum  oldu  ki,  bizim  əsgərlər  orada  yoxdur,  səhra 
telefonu isə yerində idi. Yəqin etdim ki, düşmən kəşfiyyatı əsgərləri tutub 
aparıb.  Zəng  edib  çadırda  qalan  leytenant  Z.Tağıyevlə  danışdım  ki, 
batalyona  məlumat  versin.  O  isə  bildirdi  ki,  ikinci  keşiyin  əsgərləri 
Kamal  və  Valehin  patronları  azaldığı  üçün  çadıra  gəliblər.  Onların 
dediyinə  görə,  guya  birinci  keşikdəki  əsgərlərdən  Cümşüdü  vurublar, 
digər əsgəri-Şahvələdi isə əsir aparıblar. Onların sağ-salamat olmağı məni 
bir  az  sakitləşdirdi.  Zəng  edib  sol  cinahdakı  keşikçilərlə  də  danışdım. 
Göndərdiyim əsgərlərin ora çatdığını dedilər. Bütün əsgərlərə əmr etdim 
ki, son 30 gülləni saxlasınlar. İki saat davam edən döyüşdə patronumuz 


 
91 
 
Qorxu hissi hər adamda olur. DöyüĢdən qabaq düĢməndən 
qorxmaq isə - elə məğlubiyyət deməkdir.  M ü ə l l i f                                                                                        
azalmışdı.  Amma  Cümşüdün  PK  pulemyotu  susmurdu.    Düşmən 
hücumumum qarşısını aldıq. Saat dörd olardı artıq döyüş dayanmışdı. 
Heç kəs yaralanmadı. Mən səhərədək səngərdə əsgərlərin yanında
 
qaldım. Yağış yağdığı üçün paltarımız tamamilə islanmışdı.  
Səhər  açılanda  düşmən  çəkilib  getmişdi.  Mən  iki  əsgərlə 
düşmənin  hücum  etdiyi  qayalıq  və  dağ  yamaclarını  gəzdim.  Döyüş 
meydanından  avtomat  daraqları,  əl  qumbaraları  tapdıq.  Iki  yerdə  otların 
üstündə xeyli laxtalanmış qan var idi. Yəqin ki, düşmən itki vermişdi. Ön 
mövqelərə  əlavə  əsgərlər  qoyaraq  qalan  əsgərlərlə  çadıra  qayıtdım. 
Batalyon  komandiri  ilə  danışdım  və  döyüş  barədə  bir  daha  məlumat 
verdim. Komandirdən əlavə olaraq əl pulemyotu və patron istədim.  
Səhər yeməyindən sonra əsgərləri cərgəyə düzüb onlara təşəkkür 
etdim. Döyüşdə fərqlənən əsgərlərə - Şahbəndəyev Cümşüd, Abdullayev 
Etibar,  Musa,  Bəxtiyarov  Qahir,  Zeynalov  Qələndər,  Vüqar,  Hüseynov 
Xəqani,  İsmayılov  Adil,  Məhərrəmov  Zabil,  Xəlilov  İlham,  Qasımov 
İsmət, Atayev Famil, Məmmədov Elçin, Pərviz, Məmməd, Sarıyev Fariz, 
Seyidov  Fariz,  Şahnəzərov  Əli,  Sarvan,  Ramiz,  Allahverdiyev  Binnət, 
Şahvələd,  Hüseynov  Qərib,  Hümbətov  Eldar,  Şükürov  Nemət,  Abbasov 
Mahir  və  digərlərinə  qoçaqlıq  göstərdikləri  üçün  təşəkkür  etdim,  manqa 
komandirlərinə  isə  növbəti  hərbi  rütbə  elan  etdim.  Kamalla  Valehi  isə 
döyüş  mövqeyini  özbaşına  tərk  etdikləri  üçün  danladım.  Sonralar 
leytenant Z.Tağıyev və əsgərlər bu əhvalatı yada salıb gülürdülər... 
*   *   * 
Bir  neçə  gündən  sonra  ermənilər  bizim  mövqeləri  yenidən  top 
atəşinə  tutdular.  Top  Arpaçayın  sağ  sahilindəki  erməni  mövqelərindən 
atılırdı.  Mərmilərdən  birincisi  ön  səngərin  yaxınlığına-1-ci  keşikçi 
mövqeyinin  qabağına-düşmüşdü.  Orada  olan  əsgərlərdən  Elçin 
Məmmədova  və  İsmət  Qasımova  qəlpə  dəyməmişdi. Bütün  əsgərlərə  ön 
mövqedə  öz  yerlərini  tutmaq  üçün  əmr  verdim.  Daha  dəqiq  məlumat 
almaq  üçün  səhra  telefonu  ilə  3-ci  keşikçi  məntəqəsinə  zəng  etdim  və 
düşmənin canlı qüvvəsinin hücuma keçib-keçməməyini soruşdum. əsgər 
bildirdi  ki,  düşmən  hücum  etmir,  ancaq  uzaqdan  top  atır.  Düşmənin 
fikrini  bilmək  hər  bir  komandir  üçün  ən  vacib  şərtlərdən  biridir.  Buna 
görə də səngərə qalxmaq və düşmənin top atəşlərini izləmək  lazım idi. 
Mərmilərin  bəzisi  səngərdən  50-60  metr  qabağa  düşür,  bəzisi  isə 
başımızın  üstündən  vıyıltı  ilə  keçərək  mövqelərimizdən  xeyıi  arxada 
Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin