1086) Qida allergiyasında ən effektiv müalicə hansıdır?
A) Kromonlar
B) Diprospan
C) Mədəaltı vəzi fermentləri
D) Eliminasion pəhriz
E) Spesifik immunoterapiya
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 566
1087) Sol mədəcik çatışmazlığı fonunda yaranan boğulmada təxirəsalınmaz tədbirlərdən biri hansıdır?
A) Diprospan
B) Adrenalin 0,3 mq əzələdaxili
C) Adrenalin 0,3 mq dərialtına
D) Nitroqliserin dil altına ya venadaxili
E) Spesifik immunoterapiya
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 259
1088) Adrenalinin satış forması 0,1% 1 ml-dir. Bu ampulada neçə milliqramm adrenalinin mövcuddur?
A) 10 mq
B) 0,3 mq
C) 0,1 mq
D) 1mq
E) 0,01 mq
Ədəbiyyat: Рациональная фармакотерапия аллергических заболеваний. Под общей редакцией Р.М.Хаитова и др. г. Москва 2007
Dostları ilə paylaş: |