Alqoritmləşdirmə Proqramlaşdırmanın əsasları Translyator və kompilyatorlar



Yüklə 1,04 Mb.
səhifə26/53
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37204
1   ...   22   23   24   25   26   27   28   29   ...   53
alqoritmlesdirma ve proqramlasdirmanin esaslari muhazire

veya operatoru

veya (vəya) operatoru o vaxt doğru qiymət alır ki, onun birləşdirdiyi şərti ifadələrdən heç olmasa biri doğru qiymət alsın. Yəni veya ilə birləşən şərti ifadələrin heç olmasa birinin doğru olması kifayət eliyir ki, bütövlükdə mürəkkəb şərti ifadə doğru olsun, digərlərinin qiymətindən asılı olmayaraq. veya ilə birləşən şərti ifadə o vaxt yalan qiymət alır ki, bu bitləşmədə iştirak edən hər bir şərti ifadə yalan qiymət alsın.

Nümunələrə baxaq:



1 == 1 veya 3+2 > 4

doğru

2 != (1 + 1) veya 3 < 10

doğru

2 > 12 veya 3 > 32 veya 4 > 43

yalan

1 < 2 veya 2 < 3 veya 3 < 4 veya 4 < 4

doğru

Yuxarıda qeyd elədiyimiz kimi mürəkkəb şərti ifadələri tərtib edərkən mötərizələrdən istifadəyə diqqət yetirmək lazımdır. ve və veya operatorlarının təsir sahəsi mötərizələr daxilində qüvvədə olur. Nümunələrə baxaq:

(1 > 0 ve 2 !=3) veya (4 == 2 + 2)

doğru

(1 > 0 veya 2 !=3) ve (4 == 2 + 2)

doğru

(1 > 5 veya 2 ==3) ve (4 == 2 + 2)

yalan

Çalışma 6. İstifadəçinin daxil etdiyi hər iki ədədin 15-dən böyük olduğunu müəyyən edən proqram tərtib edin.

Həlli. Nümunə kod aşağıdakı kimi olar.



tam x, y;

xaricet("Birinci ededi daxil edin.\y"); daxilet(x);








Birinci ededi daxil edin. 12

Ikinci ededi daxil edin. 56

12 ve 56 -den hec olmasa biri 15 -den boyuk deyil
Nəticə:

Çalışma 7. İstifadəçinin daxil etdiyi 3 ədəddən ən böyüyünü tapan proqram tərtib edin.

Həlli. Nümunə kod aşağıdakı kimi olar.



tam x, y, z ;

xaricet("Birinci ededi daxil edin.\y"); daxilet(x);


xaricet("Ikinci ededi daxil edin.\y"); daxilet(y);

xaricet("Ucuncu ededi daxil edin.\y"); daxilet(z);


eger (x > y ve x > z)

xaricet(" en boyuk ", x, " -dir\y"); yoxsa



eger (y > x ve y > z)

xaricet(" en boyuk ", y, " -dir\y"); yoxsa

xaricet(" en boyuk ", z, " -dir\y");


Nəticə:


Birinci ededi daxil edin. 12

Ikinci ededi daxil edin. 34

Ucuncu ededi daxil edin. 7

en boyuk 34 –dir





İzahı: Burada əvvəlcə biz x –in y və z –dən böyük olmasını yoxlayırıq. Əgər x digər hər iki dəyişəndən böyükdürsə demək o ən böyükdür. Əks halda x ən böyük deyil və biz digər dəyişənləri yoxlamalıyıq. Bunun üçün yoxsa açar sözündən sonra əməliyyat olaraq yenə şərt operatorundan istifadə edirik. Bu dəfə də y –in ən böyük olmasını yoxllayırıq. Əgər y hər iki dəyişəndən böyükdürsə, o ən böyükdür, əks halda isə artıq z- ti yoxlamağa ehtiyac yoxdur, avtomatik əgər 3 dəyişəndən x və y –in heç biri ən böyük deyilsə, ən böyük z –dir.
Blok



{

operator 1

operator 2

...


operator n

}
Bəzən müəyyən şərtdən asılı olaraq bir deyil, bir neçə operator icra etmək tələb olunur. Bu zaman bloklardan istifadə olunur. Fiqurlu mötərizələr daxilində { } yerləşdirdiyimiz bir və ya bir neçə operator adlanır blok.

Əgər əməliyyatların sayı birdirsə onu blok daxilinə alıb-almamağın fərqi yoxdur. Bloka aid edilən tələb onun daxilində olan bütün operatorlara aid olunur. Misal üçün aşağıdakı koda baxaq:




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin