Alqoritmləşdirmə Proqramlaşdırmanın əsasları Translyator və kompilyatorlar



Yüklə 1,04 Mb.
səhifə8/53
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37204
1   ...   4   5   6   7   8   9   10   11   ...   53
alqoritmlesdirma ve proqramlasdirmanin esaslari muhazire

Alqoritmin əsas xassələri-Alqoritm həll ounan məsələnin xarakteri ilə bağlı olduğu üçün onun yaradılmasında ümumi qaydalar yoxdur. Lakin hər bir həll alqoritmi tərtib edilərkən onun müəyyən tələblərə cavab verməsi nəzərə alınmalıdır. Bu tələblərə alqoritmin xassələri deyilir.
Alqoritmin əsas xassələri aşağıdakılardır:
·Determiniklik (müəyyənlik) ·Kütləvilik
·Nəticəvilik (sonluluq)
·Diskretlik

1. Determiniklik (müəyyənlik) Alqoritmdəki hər bir mərhələnin məzmunu və mərhələlərin yerinə yetirilmə ardıcıllığı müəyyən olmalıdır. Bu, alqoritmin müəyyənlik xassəsini təşkil edir.
2. Kütləvilik Bu xassə iki tələbi nəzərdə tutur:
a)müəyyən məsələnin həlli üçün qurulmuş alqoritm həmin tipdən olan bütün məsələlərin həlli üçün yararlı olmalıdır;
b)alqoritm elə təsvir olunmalıdır ki, ondan hamı istifadə edə bilsin.
3. Nəticəvilik Alqoritmdəki mərhələlərin və onları təşkil edən əməliyyatların sayı sonlu olmalıdır ki, onların yerinə yetirilməsi axtarılan nəticəyə gətirib çıxara bilsin.
4. Diskretlik Alqoritmdəki mərhələlərin hər biri sonlu zaman müddətində yerinə yetirilməlidir. Belə diskret zaman müddəti takt adlanır. Hər bir mərhələ yalnız əvvəlki mərhələnin yerinə yetirilməsindən sonra başlayır.

Baxmayaraq ki, “alqoritm” anlayışının ciddi riyazi tərifi və onun qurulmasında ümumi qaydalar yoxdur, alqoritmin tərtib edilməsi zamanı müəyyən şərtlərə əməl etmək lazımdır. Bu şərtlərə başqa sözlə alqoritmin xassələri deyilir. İndi həmin xassələri şərh edək.



1) Sonluluq (finitlik). Alqoritm həmişə sonlu sayda addımlardan ibarət olur. Yəni onun icrası sonlu sayda mərhələlərin yerinə yetirilməsindən sonra qurtarmalıdır.

Qeyd: Hesablama metodu alqoritmin sonluluq xassəsindən başqa, digərlərinə malik proseduradır. Məsələn, uzunluqları təyin edilə bilməyən iki parçanın “ən böyük ümumi ölçüsü”nü tapa bilməzsən.

2) Müəyyənlik. Alqoritmin hər bir addımı və addımların ardıcıllığı dəqiq təyin olunmalıdır. Zəruri əməliyyatlar istənilən mümkün halda ciddi və birqiymətli təyin olunmalıdır.

3) Daxiletmə. Alqoritm qabaqcadan verilən konkret obyektlər çoxluğundan götürülən müəyyən sayda (=0 da ola bilər) giriş (ilkin) verilənlərə malikdir. Məsələn, E- Evklid alqoritmində m,n Î N.

4) Xaricetmə. Alqoritm ilkin verilənlərə nəzərən tamamilə müəyyən olunmuş bir və ya bir neçə çıxış kəmiyyətlərinə malik olur. Məsələn, E alqoritmində n kəmiyyəti.

5) Effektivlik (təsirlilik). Alqoritmdən tələb edilir ki, o effektiv olsun. Bu o deməkdir ki, alqoritmdə yerinə yetiriləcək bütün əməliyyatlar kifayət qədər elə sadə olmalıdırlar ki, onları prinsipcə kağız və qələmlə dəqiq və sonlu vaxtda icra etmək mümkün ola bilsin.

6) Kütləvilik. Bu xassə 2 tələbi nəzərdə tutur: a) alqoritm elə təsvir olunmalıdır ki, onu hər kəs öyrənib, istifadə edə bilsin; b) alqoritm elə qurulmalıdır ki, o baxılan məsələnin sinfinə aid olan bütün məsələlərin həllini təmin edə bilsin.

Bəzən eyni bir məsələnin həlli üçün bir neçə alqoritm mövcud olur. Odur ki, onlardan ən yaxşısını seçmək zərurəti – alqoritmlərin analizi zərurəti meydana gəlir.



Mövzu4

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin