3- Qarşılıqlı olaraq cinsi istəkləri təmin etməyin mükafatlandırılacağına təkid olunur Mühüm və diqqət olunması zəruri olan məsələlərdən biri də, islami rəvayətlərdə evli cütlərin bir-birilərinin cinsi istəklərini təmin etmələrini təşviq etmək məqsədilə, tam şəkildə maddi bir məsələ olan halan yolla cinsi istəkləri təmin etməyə mənəvi mükafatlar vəd olunmasıdır. Məhşur hədis alimi, Şeyx Koleyni (kitablarında) Peyğəmbərin (s) Əbuzərə bu haqda belə buyurduğunu zikr etmişdir: "Həyat yoldaşınla cinsi əlaqədə olduqda savab qazanırsan." Əbuzər təəccüblə soruşdu: Qadınlarla yaxınlıq etdikdə mükafatlandırılırqmı?
Buyurdu: "Hər vaxt harama düçar olsan, günahkarsan. Halal yolla cinsi əlaqədə olsan isə savab qazanarsan."2 Başqa bir rəvayətdə buyurur: "(Kişi) qadını ilə cinsi əlaqədə olduğu zaman günahları, ağacın yarpaqları kimi yerə tökülər. Qüsl etdiyi zaman isə günahları yuyulub, təmizlənər."3
4- Qarşılıqlı olaraq cinsi istəkləri təmin etməmək tənqid olunur
Bir sıra rəvayətlərimizdə kişinin öz həyat yoldaşının cinsi istəklərini təmin etməməsi və həmçinin qadının öz ərinin cinsi istəklərinə cavab verməməsi, şiddətli formada tənqid olunur. Mərhum Koleyninin yazdıqlarına əsasən İslam peyğəmbəri (s) qadınlara müraciətlə belə buyurur: "Ərinizi özünüzdən uzaqlaşdırmaq üçün namazlarınızı uzatmayın."1 Peyğəmbər (s), ifrat şəklində ibadətə məşğul olan və həyat yoldaşının cinsi istəklərini təmin etməyən Osman ibn Məzun adlı səhabəsinə buyurur: " Həyat yoldaşının da sənin boynunda haqqı var.2 Başqa bir hədisdə isə ona buyurur: "Ey Osman! Allah-təala məni rahib olaraq göndərmədi. Əsl həqiqədə, məni sadə və asan təkallahlıq dini ilə (sizə peyğəmbər) göndərdi. Mən həm oruc tuturam, həm namaz qılıram, həm də ki, həyat yoldaşımla cinsi əlaqədə oluram. Mənim gətirdiyim dini sevən şəxs, mənim sünnəmi (söylədiklərimi, davranış və rəftarlarımı) özünə nümunə götürməlidir. Məni sünnəmdən biri də, evlənməkdir!"3