Möhkəm ailə təməllərinin və orada sağlam mühiti yaradan səbəblərdən biri də, səbir və mülayim davranışdır. Allahın elçisi (s) buyurur: "Mülayimlik bərəkətdir, qəzəb və köbud rəftar isə bədbəxtlikdir. Allah-təala bir ailəni sevsə, onlara mötədillik və mülayimliyi nəsib edər. Çünki mülayimlik, olduğu hər bir yeri zinətləndirər. Kobudluq və qəzəbli rəftar, olduğu hər bir yeri kirləndirər."1 Həyatın eniş-yoxuşları, insanın müxtəlif əhval-ruhiyyələrə düşməsi, baxış aspektlərinin rəngarəngliyi təbii formada bədəxlaqlığa və təzadlar gətirib çıxarır. Elə buna görə də, ailədə səbir, mülayimlik, keçinmək və görməməzliyə vurmaq kimi xüsusiyyətlər olmasa, uzunömürlü olmayacaqdır. Kişi qadının azacıq tərsliyi ucbatından boşanmağa qərar verəcək və qadın da, kişinin bədəxlaqına görə ondan ayrılmaq istəyəcək. Elə islam dininin əsas tövsiyəsi bu zaman ortaya çıxır ki; hər iki tərəfi səbirli və mülayim olmağa çağırıb, onlara bunun müqabilində çoxlu mükafatlar vəd edir. Qadına buyurur: "Ərinin bəd rəftarları qarşısında səbr edən qadına Allah-təala Fironun xanımı Asiyanın savabı qədər savab verər."2 Kişiyə buyurur: "Allah-Təala, Tanrıya xatir arvadının pis xasiyyətinə dözən kişiyə, səbir etdiyi hər gecə-gündüzə görə Əyyub(ə) peyğəmbərin bəla qarşısında qazandığı savabı əta edər. Qadının hər gecə-gündüz günahı, səhradakı qumlar qədər sayılar."3 Bu yolla da, ailənin dağılmasına mane olur.
8- Güzəşt
Başqalarının səhvlərinə göz yummaq və onların xətalarını bağışlamaq, sakit və asudə həyat sürməyin əsas amillərindən biridir. İmam Əli (ə) bu haqda buyurur: "Kim bəzi işlərdə güzəştə getməsə və göz yummasa, həyatı qaralar (zəhrimar olar)."1 Ailə həyatında çox zaman elə məsələlər ortaya çıxır ki, ailə üzvləri bu barədə bir-birilərinə güzəştə getmir, adi məsələlər üçün problemlər yaradırlar. Belə olduğu halda, həyat acı və dözülməz olur. Diqqət yetirmək lazımdır ki, bəzi çox da əhəmmiyətli olmayan məsələlərə göz yummaq və güzəştə getmək, sağlam ailə mühitinin qarantıdır.