627. Allahın rəsulu (s): Kişinin boyun damarlarını şişirdərək, çarəsiz qadınının başı üzərində dayanıb, onu kötəkləməsini görməyə nifrət edirəm.1 628. "Ət-Təbəqatül-kübra": Əyyub rəvayət edir: Əri tərəfindən möhkəm şəkildə döyülmüş bir qadın, Peyğəmbərin (s) yanına gəldi. Allahın rəsulu (s) ayağa qalxıb, bu işə öz etrazını bildirərək, buyurdu: "Həmişə, sizlərdən kimsə öz qadınını kölələr kimi döyür, sonra isə (gecə) xəcalət çəkmədən onunla cinsi əlaqədə olur.2
3\2
Bədəxlaq olmaq
629. Allahın rəsulu (s): Siz (kişilərin) ən pisləri, bədəxlaqlı olanlar, bədxərclər və ailəsinə daha çox yük olanlarınızdır.3 630. İmam Əli (ə): Bu üç xislətin sahibinə həyat asudə keçməz: Kinli olmaq, paxıllıq etmək və bədəxlaq olmaq.4 631. İmam Əli (ə): Bədəxlaqlı insanın ailəsi, ondan bezər.5 632. "Əl-Kafi": Hüseyn ibn Bəşşar Vasiti rəvayət edir: İma Rzaya (ə) belə (məzmunli bir məktub) yazdım: "Qohumlarımdan biri qızıma elçi gəlib. Lakin əxlaq və rəftarında bir sıra problemlər var."
Həzrət Rza (ə) belə cavab yazdı: "Əxlaqı və rəftarı pisdirsə, ona qız vermə."1 4\2
Təhqir etmək
633. Allahın rəsulu (s): Kim bu üç nəfəri əskik bilib, təhqir etsə, üş neməti əldən vermiş sayılır: Kim ailimləri əskik saysa, dinini əldən verər..; kim qohumlarını əskik saysa, kişiliyini, mərdliyini əldən verər və kim ailəsini əskik saysa, xoş həyatdan məhrum olar.2 5\2
Nifrət etmək
634. "Səhihi-Müslim": Allahın rəsulu (s) buyurur: Heç mömin kişi, mömin qadına nifrət etməz. Əgər qadınının bir xüsusiyyətini bəyənməsə, onun başqa bir xüsusiyyətini bəyənər.3 6\2
Simiclik
635. Allahın rəsulu (s): Allah-təalanın yanında ən mənfur insan, ailəsinə (pul xərcləməkdə) simiclik edəndir.4