Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə129/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   125   126   127   128   129   130   131   132   ...   159
627. Allahın rəsulu (s): Kişinin boyun damarlarını şişirdərək, çarəsiz qadınının başı üzərində dayanıb, onu kötəkləməsini görməyə nifrət edirəm.1
628. "Ət-Təbəqatül-kübra": Əyyub rəvayət edir: Əri tərəfindən möhkəm şəkildə döyülmüş bir qadın, Peyğəmbərin (s) yanına gəldi. Allahın rəsulu (s) ayağa qalxıb, bu işə öz etrazını bildirərək, buyurdu: "Həmişə, sizlərdən kimsə öz qadınını kölələr kimi döyür, sonra isə (gecə) xəcalət çəkmədən onunla cinsi əlaqədə olur.2

3\2

Bədəxlaq olmaq


629. Allahın rəsulu (s): Siz (kişilərin) ən pisləri, bədəxlaqlı olanlar, bədxərclər və ailəsinə daha çox yük olanlarınızdır.3
630. İmam Əli (ə): Bu üç xislətin sahibinə həyat asudə keçməz: Kinli olmaq, paxıllıq etmək və bədəxlaq olmaq.4
631. İmam Əli (ə): Bədəxlaqlı insanın ailəsi, ondan bezər.5
632. "Əl-Kafi": Hüseyn ibn Bəşşar Vasiti rəvayət edir: İma Rzaya (ə) belə (məzmunli bir məktub) yazdım: "Qohumlarımdan biri qızıma elçi gəlib. Lakin əxlaq və rəftarında bir sıra problemlər var."
Həzrət Rza (ə) belə cavab yazdı: "Əxlaqı və rəftarı pisdirsə, ona qız vermə."1
4\2

Təhqir etmək


633. Allahın rəsulu (s): Kim bu üç nəfəri əskik bilib, təhqir etsə, üş neməti əldən vermiş sayılır: Kim ailimləri əskik saysa, dinini əldən verər..; kim qohumlarını əskik saysa, kişiliyini, mərdliyini əldən verər və kim ailəsini əskik saysa, xoş həyatdan məhrum olar.2
5\2

Nifrət etmək


634. "Səhihi-Müslim": Allahın rəsulu (s) buyurur: Heç mömin kişi, mömin qadına nifrət etməz. Əgər qadınının bir xüsusiyyətini bəyənməsə, onun başqa bir xüsusiyyətini bəyənər.3
6\2

Simiclik


635. Allahın rəsulu (s): Allah-təalanın yanında ən mənfur insan, ailəsinə (pul xərcləməkdə) simiclik edəndir.4

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin