606. "Sünəni-ibn Macə": Əbdür-rəhman bin Yəzid və Mücəmmə ibn Yəzid Ənsari rəvayət edir: Ənsardan olan Xuzzam adlı bir kişi qızını bir nəfərlə evləndirdi. Amma qızı ona ərə getməyəy razı deyildi. Elə bunun üçün də, Peyğəmbərin (s) yanına gedib,əhvalatı ona danışdı. Peyğəmbər (s) atasının qərar verdiyi evliliyi batil etdi və qız (istədiyi şəxslə yəni; ) Əbi Lübabə ibn Əbdül-münzərlə evləndi.2 607. "Müsnədi-ibn Hənbəl": İbrahim ibn Saleh rəvayət edir: Abdullah ibn Ömər, atasına dedi: Salehin qızını mənə almaq üçün üçün elçiliyə get.
Atası dedi: Onun bir neçə nəfər yetim qardaşı övladı var. Bizi onlara üstün saymayacaq. (Yəni; qızını bizə deyil, onlara ərə verəcək ki, mal-dövləti bəslədiyi yetimlərə qalsın.)
Abdullah, əmisi Zeyd ibn Xəttabın yanına getdi və ondan elçi getməyini istədi. Zeyd, Salehin yanına gedib, dedi: Abdullah ibn Ömər məni sənin qızını ona almaq üçün elçiliyə göndərib.
Saleh dedi: Mənim bir-neçə yetim övladım var və istəmirəm ki, öz ətimi terə bastırıb, sizin ətinizi ucaldam. Siz də şahid olun ki, mən onu filankəsə ərə verdim.
Qızın anası (ki, qızının Abdullah ibn Ömərə ərə getməyinə razı idi,) Peyğəmbərin (s) yanına gəlib, dedi: Ey Allahın rəsulu! Abdullah ibn Ömər mənim qızıma elçi gəlib. Amma atası qızımın fikrini soruşmadan onu himayə etdiyi bir yetimə ərə verib.
Allahın elçisi (s) Salehin ardınca bir nəfər göndərib, onu hüzuruna çağırdı. Saleh gəldikdə, ona buyurdu: "Qızının nəzərini soruşmadan onu ərə vermisən?"
Dedi: Bəli.
- "Qızlardan onlara aid olan işlər barəsində, fikirlərini soruşun. O, bakirədir."
- Mən ibn Ömərin qızıma verdiyi mehriyyəyə xatir belə etdim. Onun qızıma verdiyi mehriyyə qədər özümün mal-mülküm var. (Qızı ona verməkdənsə, hamilik etdiyim yetimə verərəm və mal-mülküm də, qızıma qalar.)1 608. "Usdül-ğabə": Əbdür-rəhman ibn Yəzid rəvayət edir ki; Vədiə qızını ərə verdi. Amma onun qızı Peyğəmbərin (s) yanına gəlib, dedi: Ey Allahın rəsulu! Atam məni (zorla) istəmədiyim kişiyə ərə verir.
Peyğəmbər (s) onun atasının ardınca bir nəfəri yollayıb, hüzuruna çağırdı. Sonra əhvalatı ona danışdı. Vədiə dedi: Mən onu əmisi oğluna ərə vermişəm. O, düzgün əməlli insandır və qızıma uyğun bir seçimdir.
Peyğəmbər (s) buyurdu: "Qızının bu barədə fikrini soruşmusanmı?"
Dedi: Xeyir.
Allahın rəsulu bu evliyiyi ləğv etdi və icazə vermədi.1