AYƏtullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2.04 Mb.
səhifə2/28
tarix22.05.2017
ölçüsü2.04 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   28

BİRİNCİ BÖLÜM

Ailə qurmaq



Birinci fəsil




Evlənməyə həvəsləndirmək

1\1

Ailə qurmağın əhəmiyyəti



1. Allahın rəsulu (s): İslamda heç bir bina (quruluş), evlənmək qədər Allah-təala yanında sevimli deyildir.1

2. Allahın rəsulu (s): Dörd vaxt göyün (rəhmət) qapıları (insanların üzünə) açılar: ... və ailə qurulan zaman.2

3. Allahın rəsulu (s): Kim mənim, Davudun, Süleymanın və İbrahimin dininə etiqad bəsləyirsə, evlənmək qüdrəti olan təqdirdə, ailə qurmalıdır.3

4. Allahın rəsulu (s) : Kim mənim dinimi sevirsə, mənim sünnəmə (davranışlarıma, qoyduğum adət-ənənələrə, üslublara) uyğun hərəkət etməlidir. Ailə qurmaq mənim adət-ənənələrimdəndir.4

5. Allahın rəsulu (s): Ailə qurun. Çünki mən qiyamət günündən sonra sizin sayınızın başqa ümmətlərdən daha çox olması ilə qürrələnəcəyəm. Hətta anasının bətnindən (yarımçıq) düşmüş körpə, narahat və qəmgin halda behiştin qapısına gəldikdə, ona "Behiştə daxil ol!"-deyiləcək. Amma o, belə söyləyəcək: Atam-anam məndən öncə behiştə daxil olmayınca oraya girməyəcəyəm.1

6. Allahın rəsulu (s): Evlənmək mənim sünnəmdəndir. Deməli, kim mənim sünnəmə uyğun rəftar etməsə, məndən deyildir. Ailə qurun. Çünki sizin sayınızın başqa ümmətlərdən daha çox olması ilə iftixar edəcəyəm.2

7. Allahın rəsulu (s): Evlənmək mənim sünnəmdir. Mənim sünnəmə arxa çevirən məndən deyil.3

8. Həzrət Əli (ə): Evlənin! Çünki Allahın peyğəmbəri (s) buyurdu: "Kim mənim sünnəmə itaət etməyi sevirsə, (bilsin ki,) evlənmək mənim sünnəmdəndir.4

2\1

Ailə qurmağın xeyir və bərəkətləri



9. Allahın rəsulu (s): Ərsiz qadınları evləndirin. Çünki (bununla) Allah-təala onların əxlaqını gözəlləşdirər. Ruzilərini artırar və onların mürüvvətini çoxaldar.5

10. Allahın rəsulu (s): Allah-təalanın yanında, ailəli şəxsin qıldığı iki rükət namaz, subay şəxsin qıldığı vetmiş rükət namaz dəyərindədir.6

11. Allahın rəsulu (s): Allah-təalanın yanında, ailəli şəxsin qıldığı iki rükət namaz, subay şəxsin gecəni ibadətlə məşğul olub, gündüz oruc tutmasından daha qiymətlidir.1

12. Allahın rəsulu (s): Yatmış halda olan evli, Allah-təala yanında, (gündüzlər) oruc tutub, gecələr ibadət etmək üçün yuxudan qalxan subay şəxsdən daha üstündür.2

13. Allahın rəsulu (s): Evlənən şəxsə ibadətlərinin yarısının savabı (qabaqcadan) əta olunar.3

14. Allahın rəsulu (s): Hər kimə bu dörd şey qismət olsa, daha axirət aləmi üçün (saleh) əməllər əncam verməməyə üzür və bəhanəsi qalmaz: Ona dünya və axirət işlərində yadım edən ləyaqətli qadın, (itaətkar) yaxşı övlad, öz şəhərində iş sahibi olmaq, yaxşı əxlaqa sahib olduğu üçün inanlarla gözəl davranmaq və mənim Əhli-beytimi sevmək.4

15. Allahın rəsulu (s): Ləyaqətli qadın ərinin dinini qorumağına köməkçidir.5

16. Həzrət Əli (ə): Ləyaqətli qadın(ı sevmək) dünya malı(na hərislik, dünyapərəstlik) sayılmır. Doğrusu, o, axirət (əməllərindən)dir. Çünki axirətiniz üçün çalışmağınıza səbəb olur. Belə ki, özünüz yemək hazırlasaydınız, heyvanlarınızı otlağa aparsaydınız və yatağınızı özünüz səliqəyə salsaydınız, axirət işlərini layiqincə yerinə yetirə bilməzdiniz.1

17. İmam Sadiq (ə): Mömin şəxs üç şey üçün (axirətdə) hesab-kitab verməz: Yediyi yemək, geydiyi paltar və ona günahlardan uzaqlaşmaq üçün yardım edən ləyaqətli qadın.2

3\1

Övladlarınızı evləndirin


18. Allahın rəsulu (s): Övladın atanın boynunda üç haqqı var: Ona gözəl ad qoysun, ona savad versin və yetkinlik çağına çatanda onu evləndirsin.3

19. Allahın rəsulu (s): Övladın atanın boynunda haqqı budur ki; ... qız övladıdırsa, anası ona ehtiram qoymalıdır... tez bir zamanda onu ər evinə yollamalıdır.4

20. Allahın rəsulu (s): Hər kimin övladı evlilik yaşına çatdıqda, onu evləndirmək imkanı olduğu halda, (bundan imtina etsə,) övladı günah etdikdə onun (valideyninə) yazılar.5

21. Allahın rəsulu (s): Tövratda belə yazılıb: Hər kimin qızı on iki yaşına6 şatdıqda onu ərə verməsə, qızı bu səbəbə günaha batsa, onun günahı valideyninin boynunadır.7

22. Allahın rəsulu (s): Hər kəs qızını evləndirsə, qiyamət günü onun başına şahlıq tacı qoyular.1

23. Nəsrüd-dür: Allahın elçisindən (s) belə rəvayət olunur: Oğlan və qızlarınızı evləndirin!

Soruşdular: Ey Allahın peyğəmbəri! Oğlanlarımızı evləndirə bilərik, (bu iş asandır,) amma qızlarımızı necə ərə verək?

Buyurdu: Onları qızıl və gümüşlə bəzəyin, onlara gözəl paltarlar geyindirin və yaxşı cehiz verin ki, istəyənləri tapılsın.2

4\1

Ərsiz qadınları evləndirmək



وَ أَنْكِحُوا الْأَيامى‏ مِنْكُمْ وَ الصَّالِحينَ مِنْ عِبادِكُمْ وَ إِمائِكُمْ إِنْ يَكُونُوا فُقَراءَ يُغْنِهِمُ اللَّهُ مِنْ فَضْلِهِ وَ اللَّهُ واسِعٌ عَليمٌ

Qurani-kərim:

(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!3

Hədislər:

24. Allahın rəsulu (s): Evlənin və ailə qurun! Agah olun! Müsəlman kişinin bir qadının (ailəsinin) gündəlik ehtiyaclarını ödəməsi, onun xoşbəxtliyindəndir. İslam dininə görə, Allah-təala yanında heç bir şey, evliliklə abad olan ev qədər dəyərli deyildir.1

25. Allahın rəsulu (s): Hər kəs, iki mömini bir-birinə qovuşdurmaq üçün səy göstərsə, Allah-təala (axirətdə) ona dürr və yaqutdan olan saraylarda məskunlaşmış min huri ilə evləndirər. Onun bu yolda atdığı hər addıma və ya söylədiyi hər kəlməyə görə, bir il gecələr ibadətlə məşğul olub, gündüzlər oruc tutmağın savabı verilər.2

26. Allahın rəsulu (s): Hər kim mömin qardaşını, ona həmdəm olan, rahatlıq gətirən və həyatda yardım edən bir qadınla evləndirsə, Allah-təala (axirətdə) onu hurilərlə evləndirər. Peyğəmbərinin əhli-beytindən olan sadiq insanlar və (mömin) qardaşlarla həmsöhbət edər.3

27. Allahın rəsulu (s): Hər kəs mömin qardaşını evləndirsə, Allah-təala (qiyamət günü) onun başına şahlıq tacı qoyar. 4

28. İmam Sadiq (ə): Hər kəs subay şəxsi evləndirsə, Allah-təala qiyamət günü ona mərhəmət nəzəri ilə baxar.5

29. İmam Kazim (ə): Üç şəxs, (qurtuluş üçün) Allahın (rəhmət) kölgəsindən başqa heç bir kölgənin olmadığı bir gündə, Tanrının ərşinin gölgəsinə (himayəsinə) sığınaraq, nicat taparlar: Öz müsəlman qardaşını evləndirən, ona xidmət göstərən və yaxud onun sirrini qoruyub saxlayan şəxlər.1
5\1

Evlənməmək qadağan edilmişdir


30. Allahın rəsulu (s): Allah, "mən heç bir zaman evlənməyəcəyəm"-deyən,2 subay kişi və qadınlara lənət etsin.3

31. "Müsnədi ibn Hənbəl": Səmurə rəvayət edir: Peyğəmbər (s) (ömrünün sonunadək) subay yaşamağı qadağan etmişdir.4

32. İmam Sadiq (ə): Allahın elçisi (s) qadınların (ömrünün sonunadək) subay qalmalarını və evlənməmələrini qadağan etmişdir.5

33. "Müsnədi-ibn Hənbəl": Ənəs rəvayət edir: Allahın peyğəmbəri (s) (müsəlmanlara) evlənməyi əmr edir və subay yaşamaqdan çəkindirirdi. Buyururdu: Mehriban və doğmaq qabiliyyətinə malik qadınlarla evlənin. Mən qiyamət günü başqa peyğəmbərlərin müqabilində sizin sayınızın çox olmasına görə qürrələnəcəyəm.6

Evlənməmək pislənişdir


34. Allahın rəsulu (s): Mənim ümmətimin ən yaxşıları, ailə quran şəxslərdir. Ən pisləri isə evlənməyənlərdir.1

35. Allahın rəsulu (s): Sizin ölülərinizin ən pisləri, (ömür boyu) ailə qurmayan şəxslərdir.2

36. Allahın rəsulu (s): Sizin ailə qurmayaraq dünyasını dəyişən yaxınlarınız, yenidən dünyaya gəlsələr, mütləq evlənərlər.3

37. Sünəni Səid ibn Mənsur: Əbu Nəcih rəvayət edir: Allahın elçisi (s) buyurdu: "Zavallıdır. Evlənməyən kişi, zavallıdır."

Soruşdular: Ey Allahın elçisi! Evlənməyə qadir olub, amma evlənməyən şəxslər də belədir?

Buyurdu: Bəli.

Sonra sözünə davam etdi: "Zavallıdır. Evlənməyən qadın, zavallıdır."

Soruşdular: Ey Allahın elçisi! Evlənməyə qadir olub, amma evlənməyən şəxslər də belədir?

Buyurdu: Bəli.4



38. Allahın rəsulu (s): Evlənmək imkanı olub, amma evlənmək istəməyən şəxs məndən deyil.5

39. Allahın rəsulu (s): Qadınlardan qaçan kişiyə, Allahın, mələklərin və insanların lənəti olsun! Yəhya ibn Zəkəriyyadan başqa heç kimə evlənməmək caiz sayılmadı.1

40. Allahın rəsulu (s): İslamda evlilikdən qaçmaq caiz deyildir.2

41. "Əl-Müsənnəf": Şəddad ibn Əvs rəvayət edir: Məni evləndirin. Çünki Allahın peyğəmbəri (s) mənə evlənmədən, Allahın görüşünə (o biri dünyaya) getməməyi tapşırdı.3

42. İmam Kazim (ə): Bir kişi atam Cəfərin (ə) yanına gəldi. Atam ondan soruşdu: Evlisən?

Cavab verdi: Xeyir.

Buyurdu: Dünya və onda olanların hamısı mənim olsa belə, bircə gecə həyat yoldaşımsız sübh etmək istəmərəm.4


Каталог: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə