Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə3/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   2   3   4   5   6   7   8   9   ...   159
A. Nəsillərin davam etməsi
Bu ayədə ilk ilahi dərs, Allahşünaslıq dərsi, həyat yoldaşının yaradılması, ailə qurmağa şəraitin münbit olması və gələcək nəsillərin davamını təmin etməkdən ibarətdir: "Sizin üçün öz cinsinizdən zövcələr xəlq etməsi..."
Necə ki, başqa ayələrdə də, bu ilahi dərs, bir olan Allahın lütf və mərhəmətini bizə anladır:

  • "Göyləri və yeri yoxdan yaradan (Allah) sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr, cütlər yaratmışdır."2

  • Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi (kişi və qadın olmaqla) cüt-cüt yaratmışdır.2

İnsan nəslinin, həyat yoldaşının vasitəsi ilə artması və davam tapması, (təkcə insanlarda deyil, hətta başqa canlılarda da,)3 bir Allahşünaslıq dərsidir. Müfəzzəl ibn Ömərin rəvayətinə əsasən, İmam Sadiq (ə) bu ilahi dərs haqqında buyurur: "Qapının iki tərəfindən birində nərdələri müşahidə etdiyin zaman onların əbəs yerə oraya bərkidildiyinimi düşünürsən? Doğrusu, dəqiq bilirsən ki, nərdənin biri, o birisi ilə birləşərək qapının məsləhətini (açılıb-başlanmasını) təmin etsin. Erkək canlının da, dişi canlıya qarşı olan cinsi meyli, nəslinin davam tapmasını təmin etmək üçündür. Deməli, özlərini çoxbilmiş və filosof adlandıran, amma yaranışın bu möcüzəsini görməkdə aciz olan bəzi avam insanlar, onun müəyyən və nizam-intizamlı bir hədəf üzərində idarə olunmasını dərk edə bilmirlər."4
Bəli, kişinin təsadüf nəticəsində yaranması və sonra qadının da, eyni təsadüf nəticəsində dünyada var olması, (bütün canlıların da bu minvalla erkək-dişi olaraq, "təsadüfən" yaranması) mümkün deyildir. Deməli, bütün bunları yaradan, dünyanın hikmətli bir Allahı mövcuddur.


B. Asudə həyatın bünövrəsi
Ayədə ailə həyatını bəyan edən zaman buyurulan ikinci təkallahlıq dərsi, yaranış aləmində ailənin asudəli və rahatlıq bəxş edən bir quruluş olmasıdır: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə..."
Dünyanın hikmətli Tanrısı, kişi və qadını bir-birilərini tamamlamaq, kamilləşdirmək üçün yaratdı. Elə bu səbəbdən də, onlar ailə şəkilində birlikdə həyat sürməsələr, asudəlik və təskinlik tapa bilməyəcəklər. Əllamə Təba-təbai bu haqda yazır: "Kişi və qadın elə xüsusiyyətlərə malikdirlər ki, bir-birilərini tammamlayırlar. Nəsillərin yaranması onların birləşməsinin meyvəsidir. Onlardan hər biri, özü-özlüyündə naqis və o birinə ehtiyaclıdır. Onlar birlikdə olduğu zaman vahid və kamil bir həyat yaradırlar ki, nəsillərin yaranmasına səbəb olur. Elə bu ehtiyac və naqislik, onların bir-birilərinə sarı meyillənməsinə və birlikdə təskinliyə çatmasına gətirib, çıxarır. Çünki hər naqislik, kamilliyini axtarır. Hər bir ehtiyaclı varlıq, onun ehtiyaclarını təmin edən kamilliyin ardınca tələsir."1
Bu təbii cazibə, dünyanın müdrik rəhbərinin, (Allah-təalanın), insan və digər canlıların nəslinin davam etməsi üçün qoyduğu qanundur. İmam Sadiqdən (ə) belə rəvayət olunur: "İnsanın evlənməsi üçün səbəb kimi, təkcə övlad dünyaya gətirmək olsaydı, (və heç bir ləzzət hiss etməsəydi,) onun bu yöndə səhlənkarlıq və laqeydlik göstərərək, bəşərin nəslini tam azaltmağı, ya da ki, yox etməyi mümkün olardı."2
Ən əhəmiyyətlisi budur ki, islami rəvayətlərimizdə sırf maddi bir ləzzət olan cinsi əlaqəyə xüsusi müqəddəslik və dəyər verilmişdir.



Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin