AYƏtullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


İKİNCİ BÖLÜM Möhkəm ailənin sirləri



Yüklə 2.04 Mb.
səhifə8/28
tarix22.05.2017
ölçüsü2.04 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

İKİNCİ BÖLÜM

Möhkəm ailənin sirləri



Birinci fəsil

Məhəbbət, mehribanlıq və səmimiyyət


1\1

Qarşılıqlı məhəbbət


وَ مِنْ آياتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْواجاً لِتَسْكُنُوا إِلَيْها وَ جَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَ رَحْمَةً إِنَّ في‏ ذلِكَ لَآياتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ

Qurani-kərim: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!"1
Hədislər:

249. Allahın rəsulu (s): Bəndənin imanı artdıqca, qadınlara (həyat yoldaşına) məhəbbəti də çoxalar.2

250. İmam Sadiq (ə): İnsanın qəlbində qadının (həyat yoldaşının) məhəbbəti çoxaldıqca, imanı da artar.1

251. İmam Sadiq (ə): Bir şəxsin (həyat yoldaşına) məhəbbəti çoxalmadıqca, imanı gözəlləşməz.2

252. İmam Sadiq (ə): Qadınlara məhəbbət bəsləmək, onları sevmək peyğəmbərlərin əxlaqıdır.3

253. Allahın Rəsulu (s): Kişi qadınına "Mən səni sevirəm"- desə, bu söz heç vaxt onun qəlbindən silinməz.4

254. Allahın Rəsulu (s): Ey Həvla! Kişinin qadının boynunda olan haqqı budur ki, evində oturub, ona eşq-məhəbbət izhar etsin və ona qarşı xeyirxah, ürəkyandıran olsun.5

255. Allahın Rəsulu (s): Siz qadınların ən yaxşısı, övlad dünyaya gətirməyə qadir olan və mehriban olanınızdır.6

256. Allahın Rəsulu (s): Kişi qadının və qadın kişinin üzünə mehribanlıqla nəzər salsa, Allah-təala onların hər ikisinə mehribanlıq nəzəri salar. Onlar bir-birilərinin əllərini (məhəbbətlə) tutduqları zaman, günahları barmaqlarının arasından süzülüb-tökülər.1
2\1

Ailədə səmimiyyət


257. Allahın Rəsulu (s): Qiyamət günü mənim ümmətimdən bir nəfəri (məhşərə) çağırarlar. Onu behiştə getməyə ümidvar edən heç bir əməli yoxdur. Amma Allah-təala buyurar: "Onu behiştə aparın. Çünki, ailəsi ilə mehriban davranardı."2

258. "Müsnədi-Təyalisi": Ənəs rəvayət edir: Allahın elçisi (s) ailəsi ilə mehriban idi.3

259. "Tarixi-Dəmeşq": Ənəs rəvayət edir: Allahın rəsulu (s) xalq arasında, ailəsinə və üşaqlara qarşı, ən mehriban şəxs idi.4

260. İmam Əli (ə): Ailənin kiçikləri ilə mehriban ol və böyüklərinə hörmət et.5

3\1

Övladlarınızı sevin


261. Allahın rəsulu (s): Övladları sevmək, (cəhənnəm) atəşinə sipər, onlarla birlikdə yemək-yemək isə oddan qurtuluş, onlara ehtiram göstərmək, sirat körpüsündən keçməyə səbəb olar.6

262. İmam Əli (ə): (Ona misbət verilən hikmətnamədə) Sənin övladlarına olan şəfqətin, onların sənə olan şəfqətindən daha çox olmalıdır.1

263. İmam Sadiq (ə): Allah-təala öz bəndəsinə, övladını çox sevdiyi üçün, rəhm edər.2

4\1

Övladlarınızı öpün


264. Allahın Rəsulu (s): Mömin Allahın dostudur və övlad ona ilahi hədiyyəsidir. Hər kimə Allah-təala övlad nəsib etsə, onu çox öpsün.3

265. İmam Sadiq (ə): Bir kişi Peyğəmbərin yanına gəlib, dedi: Mən heç zaman bir uşağı (övladımı) öpməmişəm.

Kişi getdikdən sonra Allahın rəsulu (s) buyurdu: "Mənim yanımdakı bu kişi, cəhənnəm əhlindəndir."4



266. "Səhihi-Buxari": Allahın elçisi (s) Həsən ibn Əlini öpdü. Peyğəmbərin (s) yanında əyləşən Əqrə ibn Haməs Təmimi dedi: Mənim on övladım var, amma bu günədək, onların birini belə öpməmişəm."

Allahın elçisi (s) buyurdu: "Rəhm etməyənə, rəhm olunmaz."5



267. "Əl-Mənaqib": Allahın elçisi (s) Həsən və Hüseyni öpdü. Peyğəmbərin (s) yanında əyləşən Üyeynə, başqa bir rəvayətdə Əqrə ibn Haməs Təmimi dedi: Mənim on övladım var, amma bu günədək, onların birini belə öpməmişəm."

Allahın elçisi (s) buyurdu: "Rəhm etməyənə, rəhm olunmaz."

Həfz Fərranın rəvayətində deyilir: Allahın elçisi (s) elə qəzəbləndi ki, (mübarək) surətinin rəngi dəyişdi. O, kişiyə dedi: "Allah-təala sənin qəlbindən rəhm və mərhəməti alıbsa, buna mən nə edim? Kiçiklərimizlə mehriban olmayan və böyüklərimizə ehtiram qoymayan, bizdən deyil."1

268. "Səhihi-Müslim": Ənəs rəvayət edir: Heç kimi Peyğəmbər (s) qədər öz ailəsinə qarşı mehriban davranan görmədim. Peyğəmbərin (s) (Mariyadan olan) oğlu İbrahimi Mədinənin "Əvali" adlı məntəqəsində bir dayəyə tapşırmışdılar. Peyğəmbər (s) oraya getdərdi və biz də onunla birgə idik. Həzrət (s) hər otağa daxil olduqda, hər yana tüstü (üzərlik tüstüsü) yayılardı. Onun dayəsi bir kəniz idi. Peyğəmbər (s) İbrahimi qucağına alır və onu öpürdü. Sonra birlikdə geri qayıdırdıq.2

1\5

Ailəni sevməyin əndazəsi


يا أَيُّهَا الَّذينَ آمَنُوا لا تُلْهِكُمْ أَمْوالُكُمْ وَ لا أَوْلادُكُمْ عَنْ ذِكْرِ اللَّهِ وَ مَنْ يَفْعَلْ ذلِكَ فَأُولئِكَ هُمُ الْخاسِرُونَ (*)

سَيَقُولُ لَكَ الْمُخَلَّفُونَ مِنَ الْأَعْرابِ شَغَلَتْنا أَمْوالُنا وَ أَهْلُونا فَاسْتَغْفِرْ لَنا يَقُولُونَ بِأَلْسِنَتِهِمْ ما لَيْسَ فِي قُلُوبِهِمْ قُلْ فَمَنْ يَمْلِكُ لَكُمْ مِنَ اللَّهِ شَيْئاً إِنْ أَرادَ بِكُمْ ضَرًّا أَوْ أَرادَ بِكُمْ نَفْعاً بَلْ كانَ اللَّهُ بِما تَعْمَلُونَ خَبِيراٌ

Qurani-kərim: Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.1

Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblər sənə deyəcəklər: “Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı (səninlə yola çıxa bilmədik). (Allahdan) bizim bağışlanmağımızı dilə!” Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər. (Onlara) de: “Əgər Allah sizə bir zərər, yaxud bir xeyir vermək istəsə, bu işdə Allaha bir şeylə kim mane ola bilər?!” Bəli, Allah sizin nə etdiyinizdən xəbərdardır!2

Hədislər:

269. Allahın rəsulu (s): İbn Məsuda tövsiyəsində: Ey Məsudun oğlu! Ailənə üyək yandırmağın, (ailənin qayğılarını çəkməyin), sənin Allaha itaətsizliyinə səbəb olmasın. Çünki Allah-təala buyurur: "Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. 3"4

270. "Müsnədi-ibn Hənbəl": Abdullah rəvayət edir: Allahın elçisi (s) bizə qadın və sərvət düşkünü olmamağa əmr etdi.1

271. İmam Əli (ə): Səhabələirindən birinə müraciətlə: Heç vaxt zamanının çoxunu (ifrat həddə) qadın və uşaqlarına sərf etmə. Çünki, onlar Allahın dostudurlarsa, Allah-təala öz dostlarını naümid qoymaz. Əgər Allahın düşmənidirlərsə, nə üçün Allahın düşmənlərinin qəm-qüssəsini çəkəsən?2

272. İmam Baqir (ə): Ən pis atalar, məhəbbətdə ifrata varanlardır. Ən pis övladlar isə (atalarının müqabilində) məsuliyyətsizlikləri, onları itaətsizliyə sövq edənlərdir.3



Каталог: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


Поделитесь с Вашими друзьями:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə