Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə5/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   2   3   4   5   6   7   8   9   ...   159
2. Davranışların tənzimlənməsi
Qurani-kərimin buyuruğuna əsasən, qız və oğlanın evlənməsi, təqva libasına sahib olmaq deməkdir. Çünki bu səmavi kitab, bədənin maddi paltarı və bər-bəzəklərinin kənarında, ruhun ən dəyərli libası və zinəti kimi təqvanı (Allahdan qorxaraq günahlardan uzaqlaşmağı) göstərir. Buyurur: "Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir)."1
Başqa bir ayə isə qadın və kişinin bir-birinin libası olduğunu açıq-aşkar bəyan edir: "Onlar sizin, siz də onların libasısınız (bir-birinizə həddindən artıq yaxınsınız)."2
Bu iki nurlu ayəni bir-birinin kənarında qərar verərək, nəticə almaq istəsək, görərik ki; ailə qurmaq, təqva libasının nümunələrindən biri sayılır. Elə buna görə də, Peyğəmbərimiz (s) hədislərin birində buyurur: "Kim evlənsə, dininin yarısını qoruyub saxlamışdır."3
Başqa bir hədisdə buyurulur: "Elə bir cavan yoxdur ki, o, ailə qurduğu zaman şeytan fəryad çəkərək belə söyləməsin: "Vay mənim halıma! Vay mənim halıma! Dininin üçdə iki hissəsini artıq mənin fitnə-fəsadımdam qorudu." Deməli bəndə dininin qalan hissəsini ilahi təqva ilə qorumalıdır."4


3. İctimai quruluşun tənzimlənməsi
Ailə qurmaq, təkcə cavan nəslin ruhi təskinliyini təmin edərək, əxlaqi davranışlarının tənzimlənməsinə əsaslı şəkildə xidmət etmir. Doğrusu, insan cəmiyyətinin formalaşmasında da, mühüm rol oynayır. İmam Hadi (ə) buyurur: "Allah-təala evliliyi qəlblərin bir-biriləri ilə ülfət bağlaması və qohumluq əlaqələrinin yaranması üçün qərar verdi. Onun vasitəsi ilə qohumluq əlaqələrini yaratdı və onu məhəbbət və mehribanlıq mayəsi etdi. Bunda insanlar üçün ilahi nişanələri vardır."1
Əsl həqiqətdə, ailənin insan cəmiyyətinin formalaşmasındakı rolu o qədər böyükdür ki, İmam Rzadan (ə) nəql edilmiş rəvayətə əsasən, əgər Quranda və Peyğəmbərin (s) sünnəsində (üslublarında) onu təyid edən heç bir dəlil-sübut tapılmasaydı belə, onun cəmiyyətə bəxş etdiyi müxtəlif xeyir-bərəkətlər, ağıllı insanları evlənməyə vadar edərdi. Rəvayətin mətni belədir: "Ailə qurmağa hətta (Qurani-kərimdə) aydın şəkildə ayə ilə təkid olunmasaydı və həmçinin (Peyğəmbərimizin) sünnəsində görülməsəydi belə, sösüz ki, qohumlara yaxşılıq etmək, yad insanlarla ünsiyyət qurmaq, qəlblər arasında ülfət yaratmaq, hüquqlara qarşılıqlı riayət etmək, cəmiyətin artması, həyatın eniş-yoxuşlarına və zəmanənin çətinliklərinə sinə gərməyi öyrətmək məqsədilə övlad tərbiyə etmək kimi (evliliyin sayəsində olan bu xeyirli işlər naminə) hər ağıllı insan evlənməyə həvəs göstərər və hər məntiqli şəxs ailə qurmağa can atardı."2

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin