51. İmam Rza (ə): Ailə qurmağa hətta (Qurani-kərimdə) aydın şəkildə ayə ilə təkid olunmasaydı və həmçinin (Peyğəmbərimizin) sünnəsində görülməsəydi belə, sösüz ki, qohumlara yaxşılıq etmək, yad insanlarla ünsiyyət qurmaq, qəlblər arasında ülfət yaratmaq, hüquqlara qarşılıqlı riayət etmək, cəmiyyətin artması, həyatın eniş-yoxuşlarına və zəmanənin çətinliklərinə sinə gərməyi öyrətmək məqsədilə övlad tərbiyə etmək kimi (evliliyin sayəsində olan bu xeyirli işlər naminə) hər ağıllı insan evlənməyə həvəs göstərər və hər məntiqli şəxs ailə qurmağa can atardı.2
3\2
Əxlaqı və ictimai azğınlıqların qarşısını alır
هُنَّ لِباسٌ لَكُمْ وَ أَنْتُمْ لِباسٌ لَهُنّ- ً-وَ لِباسُ التَّقْوى ذلِكَ خَيْرٌ Qurani-kərim: - Onlar sizin, siz də onların libasısınız (bir-birinizə həddindən artıq yaxınsınız).3 - Və təqva libası daha yaxşıdır (xeyirlidir).4
Hədislər: 52. Allahın rəsulu (s):Elə bir cavan yoxdur ki, o, ailə qurduğu zaman şeytan fəryad çəkərək belə söyləməsin: "Vay mənim halıma! Vay mənim halıma! Dininin üçdə iki hissəsini artıq mənin fitnə-fəsadımdan qorudu." Deməli bəndə dininin qalan hissəsini ilahi təqva ilə qorumalıdır.1 53. Allahın rəsulu (s): Ey cavanlar! Aranızda hər kimin evlənməyə qüdrəti çatırsa, evlənsin. Çünki evlənmək gözü harama baxmaqdan daha çox saxlayar və insanı abırlı, heysiyyətli edər. Hər kimin evlənməyə qüdrəti çatmırsa, oruc tutsun. Çünki oruc tutmaq şəhvəti azaldar.2 54. "Əl-Kafi":Kəlib ibn Müaviyə Əsədi, İmam Sadiqdən (ə) belə rəvayət edir: Allahın rəsulu (s) buyurdu: "Kim evlənsə, dininin yarısını qoruyub saxlamışdır."3 Başqa bir hədisdə isə artırılır: " Və qalan hissəsini isə ilahi təqva ilə qoruyub saxlamalıdır."4