63. Allahın rəsulu (s): Kim fəqirlikdən qorxduğu üçün evlənməsə, Allah-təalaya bədgüman olmuşdur. Allah buyurur: Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər2.3 64. Allahın rəsulu (s): Kasıblıqdan qorxduğu üçün evlənməyən bizdən deyil.4 65. Allahın rəsulu (s): Ailə qurun! Evlənmək sizin ruzinizi artırar.5 66. Allahın rəsulu (s): Kim Allahın haramlarından qorunmaq məqsədilə evlənsə, Allah ona yardım etməlidir.6 67. Allahın rəsulu (s): Allahın bu üç şəxsə yardın etməsi vacibdir: Tanrı yolunda vuruşan şəxsə, ağası ilə azadlığa qovuşmaq üçün müqavilə bağlayan və ona sadiq qalmağı qərara alan qula və abır-həyasını, iffətini qorumaq məqsədi ilə evlənmək istəyən şəxsə.7 68. Allahın rəsulu (s): Allah-təala dörd şəxsə kömək etməyi özünə vəzifə sayar: (Tanrı yolunda) döyüşən mücahidə, ailəli şəxsə, (azadlığını əldə etmək üçün) müqavilə bağlayan qula və həccə gedənlərə.1 69. Allahın rəsulu (s): Öz ruzinizi ailə qurmaqla əldə edin.2 70. Allahın rəsulu (s): Evlənin, çünki qadınlar sizə ruzi gətirər.3 71. Allahın rəsulu (s): Bu üç şeyi hər kim Allaha xatir və Ona təvəkkül edərək əncam veriə, Allaha ona kömək etmək və bərəkət vermək vacib olar: azad olmaq üçün çalışan qul..., Allaha təvəkkül edərək, Ona xatir evlənən şəxs. Ölü (əkinə yararsız) sahələri dirildən şəxs. Onlara bərəkət vermək Allahın öhdəsindədir.4 72. İmam Sadiq (ə): Bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib, kasıb olmasından şikayət etdi. Həzrət peyğəmbər (s) buyurdu: "Evlən!" Bu kişi ailə qurdu və kasıblıqdan qurtuldu.5 74. İmam Sadiq (ə): Ənsardan olan bir cavan Peyğəmbərin (s) hüzuruna gəldi və kasıblıqdan şikayət etdi. Peyğəmbər (s) ona buyurdu: "Ailə qur!"
Cavan dedi: Mən (bunun üçün) Peyğəmbərin (s) yanına geri qayıtmağa utanıram.6 Ənsardan olan bir kişi onunla rastlaşdıqda , dedi: "Mənim gözəl bir qızım var". Sonra öz qızını onunla evləndirdi.
Ardınca imam Sadiq (ə) buyurdu: "Allah-təala ona ruzi qapısını açdı".
Sonra cavan Allahın elçisinin (s) hüzuruna gəlib, əhvalatı ona nəql etdi. Peyğəmbər (s) buyurdu: "Ay cavanlar! Ailə qurun!"2 75. "Əl-Kafi": İshaq ibn Əmmar nəql edir: İmam Sadiqə (ə) dedim: Camaatın rəvayət etdiyi bu hədis doğrudurmu ki; bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib, kasıb olmasından şikayət etdi. Həzrət peyğəmbər (s) buyurdu: "Evlən!" Kişi bundan sonra iki dəfə yenə onun yanına gəlib, kasıblıqdan şikayət etdikdə Peyğəmbər (s) yenə ona həmin göstərişi verdi?
İmam Sadiq (s) buyurdu: "Bəli, doğrudur".
Sonra buyurdu: "Ruzi, qadınlarla və ailə qurmaqla birlikdədir".3