Hədislər: 59. Allahın rəsulu (s): Mönin şəxsin evlənməsinə nə mane olur? Bəlkə Allah ona elə övladlar qismət edəcək ki, yer üzünü "La ilahə illəl-lah" (şüarı) ilə dolduracaqlar.2 60. Allahın rəsulu (s): Yaqubun oğlu Yusif qardaşını gördükdə ondan soruşdu: Ay mənim qardaşım! Məndən sonra axı necə evlənə bildin?
Dedi: Atam mənə evlənməyi əmr etdi və buyurdu: "Əgər yer üzünü Tanrıya həmd-səna oxuyacaq övladlarla doldura bilərsənsə, belə də et."3 61. İmam Sadiq (ə): (Yusifin (ə) onu tanımayan qardaşı Benyaminlə söhbəti haqqında söylədiyi zaman) : Yusif (ə) soruşdu: Onun (Yusif) üçün nə qədər kədərləndin?
Dedi: Elə kədərləndim ki, on bir övladımın hamısının adını onun adından aldım.
"Amma ondan sonra (çoxlu) qadınlarla evlənmiş və (çoxlu) övlad sahibi olmusan!"
Mənə dəyərli atam belə əmr etdi: Ailə qur! Bəlkə Allah sənə elə övladlar qismət edəcək ki, yer üzünü Allaha həmd-səna oxumaqla dolduracaqlar.1
وَ أَنْكِحُوا الْأَيامى مِنْكُمْ وَ الصَّالِحينَ مِنْ عِبادِكُمْ وَ إِمائِكُمْ إِنْ يَكُونُوا فُقَراءَ يُغْنِهِمُ اللَّهُ مِنْ فَضْلِهِ وَ اللَّهُ واسِعٌ عَليمٌ Qurani-kərim: (Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!2 Hədislər: 62. İmam Sadiq (ə):Bu ayənin şərhində " Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar." buyurur: Evlənsinlər, Allah-təala öz kərəmi ilə onların ehtiyaclarını ödəyər.1