Hədislər: 43. "Təfsiri-Sələbi": Məşixə rəvayət edir: Bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın elçisi! Mən bir işə mat-məəttəl qalmışam. Doğrudan da, təəccüblüdür! Bir kişi bir qadınla evlənib ki, (evlənməmişdən öncə) nə qadın onu görüb, nə də ki, o qadını görüb. Amma evləndikdən və yaxınlıq etdikdən sonra aralarında səmimiyyət yaranır və bir-birilərinə həmdəm olurlar. Onlar üçün ən dəyərli və sevimli şey, yalnız bir-biriləridir.
Peyğəmbər (s) buyurdu: " Aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir.3"4 44. "Əl-Kafi": Məhəmməd ibn Yəhya... Müaviyə ibn Vəhəbdən rəvayət edir: İmam Sadiqin (ə) belə söylədiyini eşitdim: Allahın elçisi (s) müsəlmanların bir qisminin şəhid olduğu bir savaşdan qayıtmışdı. Qadınlar onun yanına gəlib, şəhid olmuş şəxslər haqqında soruşdular. Bir qadın irəli gəlib soruşdu: Ey Allahın peyğəmbəri! Filankəsin başına nə gəldi?
Peyğəmbər (s) buyurdu: O, sənin yaxının idi?
Cavab verdi: Atam idi?
Buyurdu: Allaha həmd-səna et və "Hər şey Allahdandır və hamımız Onun hüzuruna dönəcəyik"-söylə. Çünki o, şəhid oldu.
Qadın yenə soruşdu: Bəs filankəsin aqibəti necə oldu?
Buyurdu: O sənin qohumun idi?
Dedi: Qardaşım idi.
Buyurdu: Allaha həmdü-səna et və "Hər şey Allahdandır və hamımız Onun hüzuruna dönəcəyik"-söylə. Çünki o da şəhid oldu.
Qadın Peyğəmbərin (s) buyurduqlarını eşitdikdən sonra soruşdu: Filankəsin aqibəti necə oldu?
Peyğəmbər (s) buyurdu: O, sənin yaxının idi?
Cavab verdi: Həyat yoldaşım idi.
Buyurdu: Allaha həmdü-səna et və "Hər şey Allahdandır və hamımız Onun hüzuruna dönəcəyik"-söylə. Çünki həyat yoldaşın şəhid oldu.
Qadın ağlayaraq, fəryad etməyə başladı.
Peyğəmbər (s) buyurdu: İmanmıram, bu qadın ərini sevdiyi qədər hansısa qadın ərini sevsin.1 45. "Əl-Kafi": Əhməd... Müəmmər ibn Xəlladın vasitəsilə rəvayət edir: İmam Kazimin (ə) belə buyurduğunu eşitdim: "Allahın rəsulu (s) Cəhşin qızına dedi: "Dayın Həmzə qətlə yetirildi." Qadın istirca1söyləyib, belə cavab verdi: Mən bunu Tanrı dərgahında bir mükafat sayıram.
Sonra Peyğəmbər (s) buyurdu: "Qardaşın da qətlə yetirildi". Qadın yenə istirca söyləyib, belə dedi: Mən bunu da Tanrı dərgahında bir mükafat sayıram.
Peyğəmbər (s) buyurdu: "Həyat yoldaşın da şəhid oldu". Bunu eşidən qadın əlini başına qoyaraq vay-şivən etməyə başladı.
Allahın elçisi(s) bu zaman buyurdu: "Heç bir şey bir qadın üçün onun ərinin yerini verə bilməz".