26. Allahın rəsulu (s): Hər kim mömin qardaşını, ona həmdəm olan, rahatlıq gətirən və həyatda yardım edən bir qadınla evləndirsə, Allah-təala (axirətdə) onu hurilərlə evləndirər. Peyğəmbərinin əhli-beytindən olan sadiq insanlar və (mömin) qardaşlarla həmsöhbət edər.3 27. Allahın rəsulu (s): Hər kəs mömin qardaşını evləndirsə, Allah-təala (qiyamət günü) onun başına şahlıq tacı qoyar.4 28. İmam Sadiq (ə): Hər kəs subay şəxsi evləndirsə, Allah-təala qiyamət günü ona mərhəmət nəzəri ilə baxar.5 29. İmam Kazim (ə): Üç şəxs, (qurtuluş üçün) Allahın (rəhmət) kölgəsindən başqa heç bir kölgənin olmadığı bir gündə, Tanrının ərşinin gölgəsinə (himayəsinə) sığınaraq, nicat taparlar: Öz müsəlman qardaşını evləndirən, ona xidmət göstərən və yaxud onun sirrini qoruyub saxlayan şəxlər.1
5\1
Evlənməmək qadağan edilmişdir
30. Allahın rəsulu (s): Allah, "mən heç bir zaman evlənməyəcəyəm"-deyən,2 subay kişi və qadınlara lənət etsin.3 31. "Müsnədi ibn Hənbəl": Səmurə rəvayət edir: Peyğəmbər (s) (ömrünün sonunadək) subay yaşamağı qadağan etmişdir.4 32. İmam Sadiq (ə): Allahın elçisi (s) qadınların (ömrünün sonunadək) subay qalmalarını və evlənməmələrini qadağan etmişdir.5 33. "Müsnədi-ibn Hənbəl": Ənəs rəvayət edir: Allahın peyğəmbəri (s) (müsəlmanlara) evlənməyi əmr edir və subay yaşamaqdan çəkindirirdi. Buyururdu: Mehriban və doğmaq qabiliyyətinə malik qadınlarla evlənin. Mən qiyamət günü başqa peyğəmbərlərin müqabilində sizin sayınızın çox olmasına görə qürrələnəcəyəm.6
Evlənməmək pislənişdir
34. Allahın rəsulu (s): Mənim ümmətimin ən yaxşıları, ailə quran şəxslərdir. Ən pisləri isə evlənməyənlərdir.1 35. Allahın rəsulu (s): Sizin ölülərinizin ən pisləri, (ömür boyu) ailə qurmayan şəxslərdir.2