107. "Səhihi-Müslim": Əbu Hüreyrə rəvayət edir: Peyğəmbərin (s) yanında idim. Elə bu zaman bir kişi onun hüzuruna gəlib, dedi ki; ənsardan olan bir qadınla evlənmişəm. Peyğəmbər (s) buyurdu: "Onu görmüsənmi?"
Dedi: Xeyir.
- "Get, onu gör. Çünki ənsarın gözündə (irsi) bir şeylər (kiçik eyiblər) olur."2
3- Özünüzə ləyaqətli ömür-gün yoldaşı seçin
108. Allahın rəsulu (s): Ləyaqətli qadına sahib olmaq, kişinin xoşbəxtliyindən sayılır.3
109. Allahın rəsulu (s): Bir ləyaqətli qadın, min ləyaqətsiz kişidən daha üstündür.4 110. Allahın rəsulu (s): Möminin ilahi təqvadan sonra malik olduğu ən dəyərli şey, ləyaqətli həyat yoldaşıdır.1 111. Allahın rəsulu (s): Dünya mal-mülkdür, ən dəyərli sahib olduğunuz şey isə ləyaqətli həyat yoldaşıdır.2 112. İmam Baqir (ə): Bir kişi Peyğəmbərin (s) yanına gəlib, evlənmək istədiyi haqda məşvərət etdi. Allahın elçisi (s) ona belə buyurdu: "Evlən, dindar, imanlı qadınla evlən! Allah sənə xeyir-bərəkət versin!"3 113. İmam Əli (ə): Allah-təala öz bəndəsinə xeyir vermək istədikdə, onun qəlbinə qənaətcil olmağı nəsib edər və ona ləyaqətli həyat yoldaşı qismət edər.4 114. İmam Əli (ə): Ən xoşbəxt yaşayış budur ki, Allah-təala insana qənaətcillik və ləyaqətli həyat yoldaşı nəsib etsin.5 115. İmam Əli (ə): Ləyaqətli qadın, iki (qiymətli) qazancdan biridir.6 116. İmam Həsən (ə): Bir kişi İmam Həsənin yanına gəlib, qızını kimə ərə verməsi barəsində onunla məşvərət etdiyi zaman buyurdu: "Qızını təqvalı və imanlı şəxsə ərə ver. Çünki o, sənin qızını sevsə onun qayğısına qalacaq və əgər sevməsə ona zülm verməyəcək."1
4- Bakirə qızlarla evlənin
117. Allahın rəsulu (s): Bakirə qızlarla ailə qurun. Çünki onlar daha ətirli (pak) ağıza, daha südlü sinələrə, daha gözəl əxlaqa və (uşaq doğurmaq üçün) daha əlverişli sağlam bətnə sahibdirlər. Bilmirsinizmi ki, mən qiyamət günü ümmətimin çoxluğuna görə başqalarının yanında qürrələnəcəyəm? Hətta siqt olmuş küsgün və narahat körpəniz belə behiştin qapısına dayanacaqdır. Allah-təala ona belə buyurar: "Behiştə daxil ol!" Amma o, "Xeyir."- deyə cavab verər. "Atam-anam məndən öncə behiştə daxil olmayana qədər, mən buraya girməyəcəyəm."-söyləyər. Sonra Allah-təala mələklərindən birinə "Bunun ata-anasını mənim yanıma gətirin!"- deyə əmr edər. Ardınca onların da behiştə daxil edilməsinə göstəriş verər. Sonra buyurar: Bu mənim sənə etdiyim lütf və mərhəmətdir!"2