Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


Dördüncü fəsil Evlənib ailə qurmağın usulları



Yüklə 2,04 Mb.
səhifə21/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   17   18   19   20   21   22   23   24   ...   159

Dördüncü fəsil

Evlənib ailə qurmağın usulları


4\1

Hər şeydən öncə bunlara diqqət edin

1- Pak niyyət


87. Allahın rəsulu (s): Kim Allahın razılığı xatirinə ailə qursa və ya Allah xatirinə kimisə evləndirsə, Tanrının hamiliyinə layiq görülmüşdür.2
88. "Dəaimül-islam": Allahın elçisindən (s) rəvayət olunur ki, o, Allahın razılığını cəlb etmək və iffətini qorumaqdan qeyri səbəblərlə əncam verilən evliliklərdən çəkindirmişdir. O, insanları özünü göstərmək, lovğalanmaq və şöhrətbazlıq məqsədi ilə baş tutan evliliklərdən uzaq durmağa səsləmişdir.3
89. Allahın rəsulu (s): Allahın rəsulu (s): Allahın bu üç şəxsə yardın etməsi vacibdir: Tanrı yolunda vuruşan şəxsə, ağası ilə azadlığa qovuşmaq üçün müqavilə bağlayan və ona sadiq qalmağı qərara alan qula və abır-həyasını, iffətini qorumaq məqsədi ilə evlənmək istəyən şəxsə.1
90. Allahın rəsulu (s): Qadınlarla onların gözəlliyinə görə evlənməyin. Çünki gözəlliyi onu bədbəxtliyə də düçar edə bilər. Qadınlarla mal-dövlətlərinə xatir də evlənməyin. Çünki sərvətləri onların dikbaşlığına da səbəb ola bilər. Onlarla dindarlıqlarına, imanlarına2 əsasən evlənin.3
91. Allahın rəsulu (s): Kim bir qadınla (tayfasının) gücünə xatir ailə qursa, Allah-təala yalnız onun miskinliyini çoxaldar. Kim bir qadınla zəginliyinə görə evlənsə, Allah-təala onun sərvətini azaldar. Hər kəs qadının tayfasının şöhrətinə görə evlənsə, Allah-təala onu xar edər. Hər kəs gözünü haramdan qorumaq, iffətini təmiz saxlamaq və qohumluq əlaqəsi yaratmaq xatirinə evlənsə, Allah-təala bu ər-arvada öz xeyir-bərəkətini əsirgəməz.4
92. Allahın rəsulu (s): Dörd şeyin xatirinə qadınla evlənmək yanlışdır: Sərvəti, gözəlliyi, qüdrətli tayfası və şəhvəti. Deməli, qadının dini-iymanına görə onunla ailə qur.1
93. Allahın rəsulu (s): Kişi qadınla dininə və (onunla birgə) gözəlliyinə görə evlənərsə; qadın onun günah girdabında məhv olmasına mane olar.2

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin