100. Allahın rəsulu (s): Yaxşı və ləyaqətli ailələrin qızları ilə evlənin, çünki nəsil və qan3 öz təsirini qoyur.4 101. Allahın rəsulu (s): Öz nütfələriniz1 üçün layiqli qadın seçin. Çünki dayı, sanki sizin ikinizən2 biridir.3 102. Allahın rəsulu (s): Öz nütfələriniz üçün ən yaxşı seçimi edin. Çünki qadınlar, qardaşları və bacılarına oxşar üçaqlar dünyaya gətirirlər.4
2- Gələcək həyat yoldaınızı görə bilərsiniz
103. Allahın rəsulu (s): Hər kim bir qadınla evlənmək istəyirsə, bu qadındakı onu evlənməyə sövq edən bir sıra bədən üzvlərini görə bilər.5
104. Allahın rəsulu (s): Sizlərdən hər kim, evlənmək istədiyi qadına elçi getdikdə, bacarırsa bu qadındakı onu evlənməyə sövq edən bir sıra bədən üzvlərini görsün.6 105. "Sünəni-ibn Macə": Ənəs rəvayət edir: Müğeyrə ibn Şöbə bir qadınla evənmək istəyirdi. Peyğəmbər(s) ona buyurdu: "Get, onu gör! Çünki bu iş, sizin aranızda məhəbbəti çoxaldar."
Müğeyrə belə də etdi. O qadınla evləndi və sonralar birlikdə daha yaxşı yola getdikləri haqda danışırdı7.8 106. Allahın rəsulu (s): Sizlərdən hər kim evlənmək üçün qadın seçmək fikrinə düşsəniz, onun üzünün gözəlliyi haqda soruşduğunuz zaman, saçları haqda da soruşun. Çünki saç, iki gözəllikdən biridir. (Gözəlliyin yarısıdır.)1 Diqqət! İmam Xomeyni (rh) "Təhrirül-vəsilə" kitabında naməhrəmə baxmağın şəraiti haqda belə yazır:
Evlənmək istədiyi qadına kişi bu şərtlərlə baxa bilər:
1. Baxış, ləzzət almaq niyyəti ilə olmamalıdır, hətta istər-istəməz baxışın ləzzət yaradacağını bilsə belə.
2. Bu baxışla qadın haqqında daha çox məlumat toplayacağını ehtimal versin.
3. Qadınla evlənmək mümkün olsun, ərli və ya "iddə"2 şəraitində olmasın.
4. Öncədən evliliyin baş tutacağı haqda ehtimal vermiş olsun. Qadının hökman onu rədd edəcəyini bildikdə, olmaz.
"Ehtiyat", üzə, əllərə, saça və aşkarda görülən gözəlliklərə baxmaqdır. Hər nə qədər "əqva"3, zahiri gözəlliklərdən başqa; bilənglərə, cinsiyyət orqanı istisna olmaqla bədənin digər üzvlərinə baxmağın "caiz"4 olması olsa da belə. Həmçinin, bədənə nazik paltarın üzərindən baxılması da "ehtiyat" hökmünə malikdir. Necə ki, əgər "əqva" olduğunu söyləməsək, evlənmək niyyətimiz olan, müəyyən edilmiş bir qadına baxmaq da "ehtiyat" hökmünü daşıyır. Bu hökm (baxmağın caiz olması), mütləq şəkildə evlənmək niyyətinə şamil olmur. Hərçənd ki, belə bir baxış (müxtəlif qadınların arasından) birini həyat yoldaşı seçmək niyyəti ilə olsun. Müəyyən bir qadına olan baxış da, birinci növbədə lazım olan məlumatları kişiyə verməsə, təkrar baxmaq caizdir.1