Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə22/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   18   19   20   21   22   23   24   25   ...   159
94. Allahın rəsulu (s): Kim qadınla yalnız onun gözəlliyi xatirinə evlənsə, istədiyini onda tapa bilməyəcək. Kim qadınla yalnız onun mal-dövləti üçün ailə qursa, Allah-təala (ona hamilik etməyib,) onu bu var-dövlətin öhdəsinə buraxar. Din-imanlı qadınlarla evlənin.3
95. Allahın rəsulu (s): Kim Allah-təalaya xatir ailə qursa, Tanrı onun başına padşahlıq tacı qoyar. (Onu ucaldar.)4
96. İmam Sadiq (ə): Kişi qadınla (yalnız) onun gözəlliyi və ya mal-dözləti xatirinə evlənsə, (Allah ona hamilik etməyib,) onu elə bu gözəlliyin və sərvətin öhdəsinə buraxar. Amma dininə, imanına görə onunla ailə həyatı qurarsa, Allah gözəllik və zənginliyi də ona qismət edər.5


2- Dua etmək


97. Allahın rəsulu (s): Əvvəlcə elçilik niyyəti et. Sonra dəstəmaz al və Allahın sənə buyurduğu namazı qıl. Ardınca Tanrıya həmd-səna oxu. Belə söylə: İlahi! Sən bacararsan, mən isə bacarmaram. Sən bilirsən, mən isə bilmirəm. Sən gizlin sirlərdən belə agahsan. İndi isə filankəs (evlənmək istədiyin şəxsin adını söylə) mənim dinim, dünyam və axirətim üçün xeyirlidirsə, yalnız onu mənim dinim, dünyam və axirətim üçün ən yaxşı bilirsənsə, onu mənə qismət et!1
98. İmam Əli (ə): Szilərdən hər kim evlənmək istəsə, iki rükət namaz qılsın və Həmd surəsini, Yasin surəsini oxusun. Namazı qurtardıqdan sonra Allaha həmd-səna oxuyub, belə desin: "İlahi! Mənə xeyirxah, mehriban, övlad dünyaya gətirmək qabiliyyəti olan, təşəkkür etməyi bacaran, gözütox və iffətli qadın qismət elə! Belə ki, ona xeyirxahlıq etsəm, təşəkkür etsin. Pislik etsəm, bağışlasın. Allahı zikr etsəm, yardım etsin. Allahı unutsam, Onu mənim yadıma salsın. Evdən uzaq qaldığım zaman iffətini qorusun. Evə gəldiyim zaman sevinsin. Göstərişlərimi yerinə yetirib, itaət etsin. Ona and verdikdə (ki, bu işi et, ya əncam vermə,) qəbul etsin. Qəzəbləndiyim zaman məni sakitləşdirib, sevindirsin. Ey sonsuz izzət və cəlal sahibi olan Allah! Mənə belə bir həyat yoldaşı qismət et! Sən mənə bu neməti əta etməsən, mən özüm onu ələ gətirə bilməyəcəyəm."
Kim (səmimi qəlbdən) belə bir dua etsə, Allah-təala onu istəyinə çatdırar.1
99. "Əl-Kafi": Əbu Bəsir rəvayət edir: İmam Sadiq (ə) mənə belə buyurdu: "Sizlərdən biri evlənmək istədikdə nə edir?"
Dedim: Bilmirəm.
- "Evlənmək istədikdə iki rükət namaz qıl və Tanrıya həmd-səna oxu. Belə de: İlahi! Mən ailə qurmaq istəyirəm. Mənə elə bir qadın qismət et ki, hər kəsdən daha iffətli olsun, özünə, mənim mal-mülkümə ruzi qatan, bərəkət bağışlayan və qoruyan olsun. Mənə həyatım boyu və mən öldükdən sonra layiqli canişinim olacaq pak övlad qismət et."2
4\2

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin