150. Allahın rəsulu (s): Kim qızını bəd əməlli şəxsə ərə versə, hər gün asimandan min lənət qazanar. Onun heç bir əməli səmaya qalxmaz. Duaları qəbul olmaz. Tövbəsi və fidyəsi qəbul edilməz.2 151. Allahın rəsulu (s): Əyyaş xəstələndikdə, onu yoluxmağa getməyin. Dəfnində iştirak etməyin. Şahidliyinə etbar etməyin. Elçi gəldikdə ona qız verməyin. Ona əmanət tapşırmayın.3 152. Allahın rəsulu (s): "Agah olun, mən Allah-Təala tərəfindən şərabın haram olmasını elan etdikdən sonra şərab içən şəxs hər hansısa ailənin qızına elçi getsə, müsbət cavab eşitməyə layiq deyil."1 153. Allahın rəsulu (s): Əyyaş şəxs sizə elçi gəldikdə, ona qız verməyin.2 154. İmam Sadiq (ə): Əyyaşa qız verən şəxs, sanki onu azğınlığa sürükləyib.3 155. İmam Sadiq (ə): Hər kim qızını əyyaşa ərə versə, sanki onunla qohumluq əlaqələrini kəsmişdir.4
156. Allahın rəsulu (s): Qadınların mehriyyəsini təyin etdikdə ifrata varmayın, çünki onlar ilahinin (rəhmət) yağışıdır.5 157. Allahın rəsulu (s): "Ey Həvla! Məni haqq olaraq peyğəmbər və elçi göndərənə and olsun ki, ərinə ağır mehriyyələr təyin edən qadına, Allah-təala cəhənnəm atəşindən ağır zəncirlər hazırlayıbdır.6 158. Allahın rəsulu (s): İlahi! Ğəssanın hökmranlığına son ver və "Kinda mehriyyələri1"nin miqdarını azalt!2 159. Müsnədi-ibn Hənbəl: Məhəmməd ibn İbrahim Teymi, Əbu Hədrəd Əsləminin vasitəsilə rəvayət edir: Bir kişi Peyğəmbərin (s) yanına gəlib, bir qadının mehriyyəsi haqda ondan məsləhət (ya da ki, kömək) istədi. Allahın elçisi (s) buyurdu: "Ona nə qədər nmehriyyə təyin etmisən?"
Dedi: İki yüz dirhəm.