Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə33/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   29   30   31   32   33   34   35   36   ...   159
Evlilik hədiyyəsi
Mehrüs-sünnənin miqdarının az olması və din rəhbərlərimizin3 də buna təkid etməsi, evlilik zamanı ortaya çıxan lazımsız maneələrin aradan qaldırılması və islam dünyasında cavanları ailə qurmağa həvəsləndirməkdən ibarətdir. Diqqət yetirmək lazımdır ki, dinimizin mehriyyənin miqdarının az olmasına israr etməsi, heç də ər-arvad arasında və ya qohumlar tərəfindən biri-birilərinə bahalı hədiyyələrin verilməsinin xoşagəlməz olduğu mənasına deyildir. Ailədə məhəbbətin göstərgəsi olaraq və ya qohumlar arasında mehribançılıq əlaməti olaraq, kiçik və ya böyük hədiyyələr təqdim oluna bilər.
Dinimizin rəhbərləri, mehrüs-sünnəyə uyğun əməl olunmasında və ondan daha artıq miqdarda mehriyyə tələb edilməməsində israrlı olduqları halda, bəzən öz həyat yoldaşlarına (imkan daxilində) çox dəyərli hədiyyələr də bağışlamışlar. Onlar bunu mehriyyə ünvanında deyil, hədiyyə1 olaraq vermişlər.2 Bəzən din rəhbərlərimiz yeni evlənən şəxslərə bağ, əkin sahələri və sair hədiyyə edirdilər. Məqsəd onları sevindirmək və ehtiyaclarını təmin etmək olmuşdur. Bununla da onlar başqalarına möhtac olmadan yaşaya bilirdilər.3 Əlbəttə, belə nümunələr tarixdə çox baş verməyib. Bu hədiyyələr xüsusi şəraitdə, zaman-məkan tələbinə uyğun olaraq həyata keçirilirdi. Bütün bunların baş verdiyi zaman, qadının və ailəsinin evlilikdən öncə bu barədə heç bir tələbi olmurdu və mehriyyəyə heç bir formada aidiyyatı yox idi.


Beşinci fəsil




Nikah və toy ənənələri


5\1

Nikah və toy üçün mübarək günləri seçin




167. Allahın rəsulu (s): Ramazan ayında evlənmək müstəhəbbidir. Çünki bu ayada bərəkət ümidi var.1
168. Allahın rəsulu (s): Cümə günü elçilik və izdivac günüdür.2
5\2

Nikah mərasimini aşkar çəkildə qeyd edin


169. Allahın rəsulu (s): Evlilik mərasiminizi aşkar və hamının xəbəri olacaq şəkildə edin.1

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin