Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə41/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   37   38   39   40   41   42   43   44   ...   159

Aləmlərin xanımının (s) cehizi


201. İmam Əli (ə): Allahın elçisi, Fatiməyə (s) bir məxməl gecə çadırı, bir tuluq, bir (içi ot-ələflə doldurulmuş) dəri balış cehiz verdi.2
202. "Müsnədi-ibn Hənbəl": Həmmad, Əta ibn Saibin və o da, atasının vasitəsilə belə rəvayət edir: Əlidən (ə) bizə söhbət açdı. Peyğəmbər (s) Fatiməni ona ərə verəndə, bir məxməl gecə çadır, bir (içi ot-ələflə, ya xurma lifi ilə doldurulmuş) dəri balış, iki əl dəyirmanı, bir tuluq və iki sandıq cehiz verdi.1
203. İmam Hüseyn (ə): Allahın rəsulu (s) Fatiməni dörd yüz həştad dirhəm mehriyyə müqabilində Əli (ə) ilə evləndirdi. Və Əliyə (ə) belə buurdu: Bu məbləği üç yerə böl və iki hissəsinə (Fatimə üçün) ətir al. Qalanına isə paltar al. Sonra onları evlərinə yollladı. Bir halda ki, yataqları Peyğəmbərin (s) kəsdiyi qurbanın dərisi və içi xurma lifi ilə (doldurulmuş) dəri balışdan ibarət idi.2
204. İmam Əli (ə): Peyğəmbərin (s) hüzuruna elçiliyə getdim. Həzrət (s) buyurdu: "Mənə (mehriyyə ünvanında) vermək üçün nəyin var?"
Dedim: Bir dəvə, at və zirehdən başqa heç nəyim yoxdur.
Buyurdu: "At sənə lazımdır. Dəvə həyat yoldaşını mindirmək üçündür. Qaldı zirehin. Allah-təala onun müqabilində Fatiməni sənə həyat yoldaşı etdi."
Mən zirehi sol çiynimə atlb, oradan uzaqlaşdım. Gecə bazarına gedib, onu dörd yüz həcəri3 dirhəminə satdım. Sonra pulları Peyğəmbərin yanına gətirib, onun qarşısına qoydum. Allaha and olsun ki, heç onların nə qədər olması haqqında belə soruşmadı. Allahın elçisi (s) əliaçıq və alicənab şəxs idi. Sonra Bilalı çağırdı və pullardan bir ovuc götürüb Bilala verib, buyurdu: "Bu pula qızım üçün ətir al."
Sonra Ümm Sələməni çağırdı və buyurdu: Ey Ümm Sələmə! Qızıma Misir palazından olan yataq al. Onu xurma lifləri ilə doldur. Ona bir zireh, bir ağ rəngli1 çadra al. Bundan artıq bir şey alma. Yoxsa onlar israfşılardan sayılarlar.2

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin