Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə42/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   38   39   40   41   42   43   44   45   ...   159
205. İmam Əli (ə): Allahın elçisi (s) pullardan bir ovuc götürərək, Əbubəkrə verib, buyurdu: “Qızıma geyim və ona lazım olan ev əşyaları al." Salman Farsi və Bilala isə bu işdə Əbu Bəkrə aldığı şeyləri daşımaqda kömək etmələrini tapşırdı.
Əbubəkir deyir: Allahın peyğəmbərinin (s) mənə verdiyi pulun miqdarı altımış üç dirhəm idi. Mən bu pula bunları aldım: Misirin xəşy3 kətanından hazırlanmış, içi yunla dolu döşək, bir ədəd dəridən hazırlanmış süfrə, içi xurma lifi ilə doldurulmuş bir dəri balış, bir xeybər çadrası, bir su tuluğu, bir-neçə kuzə və dolça, bir aftafa, bir ədəd nazik yun pərdə aldım. Birlikdə onları Peyğəmbərin (s) yanına gətirdik. Bunları görən Allahın rəsulu (s) ağlamağa başladı. Göz yaşları üzündən aşağı süzülürdü. Sonra üzünü səmaya tutub, belə söylədi: İlahi! Qablarının çoxu saxsıdan olan bu qövmə (ailəyə), özün bərəkət ver.4
206. İmam Sadiq (ə): Peyğəmbər (s) Fatiməni Əliyə verdikdən sonra, qızının yanına getdi. Fatimə ağlayırdı. Peyğəmbər (s) ona buyurdu: "Nə üçün ağlayırsan? Allaha and olsun ki, əgər ailəmdə Əlidən daha yaxşısı olsaydı, səni mütləq ona ərə verərdim. Səni onunla mən evləndirmədim. Allah-təala səni ona ərə verdi. Allah sənin mehriyəni (Özü) xums (nə qədər ki, yer-göy salamat duracaq), təyin etdi.
Əli (ə) belə nəql edir: Allahın rəsulu (s) mənə buyurdu: Get, zirehini sat."
Mən onu satıb, pulunu alaraq Peyğəmbərin (s) yanına qayıtdım. Dirhəmləri onun ətəyinə tökdüm. O, bir ovuc götürüb, Bilalı çağırdı və pulları ona verib, buyurdu: “Bu pula Fatimə üçün ətir al”.
Sonra hər iki əli ilə pullardan götürüb, Əbubəkrə verərək, buyurdu: “Qızıma geyim və ev əşyaları al." Əmmar və başqa səhabələrə isə bu işdə Əbubəkrə kömək etmələrini tapşırdı. Onlar bazarda hər nə görürdülərsə, alınması lazım olan hər nəyə rastlayırdılarsa, almadan öncə onu Əbubəkrə göstərirdilər. Əgər o, məsləhət bilirdisə, onu alırdılar. Cehiz ünvanında alınan bəzi şeylər bunlar idi: Dəyəri yeddi dirhəm olan bir köynək, dörd dirhəmə baş örtüyü (yaylıq), qara xeybəri qətfəsi, xurma lifindən hazırlanmış taxt, astarı Misir kətanından olan iki dəst döşək (onların birinin daxili, xurma lifi ilə, o birisinin daxili isə qoyun yunu ilə doldurulmuşdu), astarı Taif dabağı olan dəri, içi isə quru bitkilərdən ibarət olan dörd balış, bir ədəd yun pərdə, bir ədəd həcəri həsiri, bir ədəd əl dəyirmanı, bir ədəd mis ləyən, bir ədəd su tuluğu, bir ədəd su dolçası, bir ədəd süd qədəhi, bir ədəd aftafa; bir ədəd su və qida maddələri saxlamaq üçün yaşıl rəngli saxsı qab, bir neçə saxsı səhəng və kuzə.
Alış-veriş tamam olduqdan sonra Əbubəkir bir miqdarını, o biriləri isə yerdə qalanı götürüb, Allahın Rəsulunun (s) yanına gətirdilər. O Həzrət (s) əşyalara əlləri ilə qarışdırıb, buyurdu: "İlahi, bu ailəyə bərəkət ver."1

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin