Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə39/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   35   36   37   38   39   40   41   42   ...   159
196. "Əl-İrşad": Rəyyan ibn Şəbib: Məhəmməd ibn Əli ibn Musa (İmam Cavad (ə)) Ümm Fəzlə (Abdullah Məmunun qızına) elçi getdi. Onun mehriyyəsini nənəsi Fatimənin (ə) mehriyyəsi məbləğində təyin etdi: beş yüz dirhəm.2
197. İmam Baqir (ə): Əli ibn Əbu Talib (ə) bir ədəd dəmir zireh, bir köhnəlmiş yəmani çadrasını Fatimənin (ə) mehriyəsinə təyin etdi. Peyğəmbərin həyat yoldaşlarının mehriyyəsi beş yüz dirhəm idi.3

6\5

Həzrət Fatimənin (s) kəbin xütbəsi


198. İmam Zeynülabidin (ə): Həzrət Peyğəmbər (s) Fatiməni (ə) Əli (ə) ilə evləndirdikdə belə bir xütbə oxudu: "Allah həmd-səna olsun ki, əta etdiyi nemətlərinə görə dərgahına şükürlər oxunur. Qüdrətinə görə itaət olunur. Sultanlığı xatirinə əmirləri yerinə yetirilir. Əzabından qorxurlar. Bəxşişlərini ondan istəyirlər. Hökmranlığı yerdə və göydə caridir. Allah-təala mənə əmr etdi ki, Fatiməni Əli ilə evləndirim. Mən də, əgər Əli bu miqdara razıdırsa, onu (Fatiməni) dörd yüz misqal gümüşə, onunla nikahladım."
Sonra tam yetişməmiş (ya da ki, əl dəyilməmiş) xurma budağı istədi. Onu sinidə (xonçada) ortaya qoyub, buyurdu: "İstifadə edin."
Biz hamımız xonçaya qoğru hücum apardıq. Əli (ə) gəldi. Peyğəmbər (s) onun üzünə gülümsədi. Sonra buyurdu: "Ey Əli! Bilirsənmi ki, Allah-təala mənə Fatimə ilə səni evləndirməyi ərm edib?! Mən, əgər razısansa, indi onu dörd yüz misqal gümüş (mehriyyə olaraq) müqabilində səninlə nikahladım."
Əli (ə) belə söylədi: "Mən Allahın və peyğəmbərinin (s) razılığına razıyam."
Peyğəmbər (s) buyurdu: "Allah sizi heç vaxt ayırmasın, sizi xoşbəxt etsin və hər ikinizə bərəkət əta etsin. Çoxlu və pak nəsiliniz olsun."1
198. İmam Zeynülabidin (ə): Cabir rəvayət edir: Peyğəmbər (s) Fatiməni (ə) Əli ilə nikahlamaq istədiyi zaman, üzünü Əliyə (ə) tutub, buyurdu: "Ey Əli! Sən məscidə tərəf get və mən sənin ardınca gəlirəm. Camaatın qarşısında səni evəndirəcəyəm. Sənin fəzilətin haqqında elə sözlər söyləyəcəm ki, sevinəcəksən."
Əli (ə) buyurur: Mən şad-xürrəm Allahın Rəsulunun (s) yanından ayrıldım. Yolda Əbubəkr və Ömərə rastladım. Dedilər: Nə olub, ey Əbul-həsən?
Dedim: "Peyğəmbər (s) Fatimə ilə mənim nikahımı elan edəcək. Mənə dedi ki, Allahın göstərişi ilə onu mənimlə nikahlayıb. İndi o, mənim arxamca gəlir ki, bu xəbəri camaat arasında açıq-aşkar söyləsin."
Onlar da bu xəbərə fərəhlənib sevinərək, mənimlə birgə məscidə getdilər.
Əli (ə) buyurur: Allaha and olsun. Hələ məscidin yarısına çatmamışdıq ki, Allahın elçisi (s) bizə yetişdi. Mübarək çöhrəsi sevinc və şadlıqla parlayırdi. Buyurdu: "Bilal haradadır?"
Bilal dedi: Bəli, sizin qulluğunuzdayam, ey Allahın rəsulu!
- "Miqdad haradadır?"
- Bəli, buyarayam, ey Allahın elçisi!
- "Əbuzər haradadır?"
- Bəli, xidmətinizdəyəm, ey Allahın elçisi!
Onlar hamısı yanında cəmləndikdən sonra, buyurdu: "Hamılıqla gedin, Mədinənin ətradında dayanın və mühacirləri, ənsarı və digər müsəlmanları buraya toplayın."
Onlar Peyğəmbərin (s) fərmanı ilə getdilər. Allahın rəsulu (s) irəliləyib, minbərin ən uca pilləsində əyləşdi. Camaat məscidə yığıldıqda, ayağa qalxıb, Allaha həmd-səna oxuyaraq, buyurdu: Göyləri xəlq edən və yayan, yeri yaradaraq (ayaqlar altına) sərən, dağlarla onu mıxlayıb, möhkəmlədən, ondan (yerdən) su (bulaqlar, çaylar, dənizlər) və otlaqlar çıxaran Allaha həmd-səna oldun. Həqiqətən də, Onu mədh edənlərin sölədiyi (ali) sifətlər (xüsusiyyətlər) dən daha uca və mötəşəm bir Tanıdır. Onu vəsf edənlərin söylədilərindən daha ali məqama malikdir. O, behişti pərhizlarlar üçün yaratdı. Alovu, odu isə zalımları cəzalandırmaq üçün. Məni isə möminlərə rəhmət, kafirlərə göz dağı, əzab olaraq xəlq etdi.
Ey Allahın bəndələri, siz arzularla dolu bir həyatdasınız. Ölümlə yaşamaq, saglamlıqla xəstəlik arasında. Bu (dünya) elə bir saraydır ki, axırda məhv olub gedəcək. Burada (hər şey müvəqqətidir və zaman keçdikcə) hər şey dəyişilir və (insanlar) o biri dünyaya köçürlər. Buna görə də, Allah bu dünyadauzun-uzadı arzularla yaşamayan (həris olmayan) şəxsdən, işində və (yaxşı) əməllərində çalışan, malının (ehtiyacından) artıq qalan hissəsini sədəqə verən, qüdrətini, zorunu cilovlayan, onu ən ehtiyaclı günlərinə (axirət aləminə) saxlayan şəxsdən razı olsun. O gündə (qiyamət günü) ölülər ayağa qaldırılacaq, səslər susacaq, analar-övladlar (qorxu və dəhşətdən) bir-birilərini tanımayacaqlar. "İnsanları (sanki) sərxoş görərsən, halbuki onlar sərxoş deyillər."1 Və "O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın (Allahın onlara verdiyi vədin) açıq-aşkar bir nur (haqq) olduğunu biləcəklər!"2 "O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır."3 "Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)."1
Bu elə bir gündür ki, o zaman (vəhşətdən) nəsil-tayfa əlaqələri unudulacaq, qohumluq bağları qırılacaq, günahkarlara ağır şəkildə sorğu-suallar olunacaq, onlar əzaba, cəzalandırılmağa sarı sürüklənəcəklər. "Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzdən (əyləncədən) başqa bir şey deyildir."2
Ey camaat! Peyğəmbərlər Allahın yer üzərindəki höccətidirlər. Onlar ilahi kitabından sizə öyüd-nəsihətlər verən, ilahi vəhyinə əməl edən şəxslərdir. Allah-təala mənə əmr etdi ki, qadaşım, əmim oğlu və möminlərin arasında mənə ən yaxın olan şəxsə, Əli ibn Əbu Talibə ərə verim. Uca Tanrı onunla Fatimənin nikahını səmada kəsdi və mələkləri bu işə şahid etdi. Mənə əmr etdi ki, yer üzərində də, onunla Fatiməni evləndirim və siz də, bu işə şahid olasınız."
Allahın elçisi (s) sonra oturaraq, buyurdu: " q alx ayağa, ey Əli! Özün üçün əqd xütbəsi oxu!"
Əli (ə) buyurdu: "Ey Allahın elçisi! Sizin olduğunuz yerdə, mən xütbə oxuyum?"
Buyurdu: "Oxu, Cəbrayıl mənə göstəriş verdi ki, sənə kəbinini özün kəsməyini əmr edim. Ey Əli! Əgər Davud (ə) behiştin natiqi (xətibi) olmasaydı, şübhəsiz, oranın natiqi sən olardın."
Ardınca Peyğəmbər (s) buyurdu: Ey camaat! Peyğəmbərlərinizin sözlərinə qulaq asın! Allah-təala dörd min peyğəmbər göndərdi. Hər peyğəmbərin öz canişini var idi. Mən peyğəmbərlərin ən xeyirlisiyəm (ən üstünüyəm). Canişinim də, onların canişinlərindən ən xeyirlisidir (üstünüdür).
Sonra Peyğəmbər (s) sükut etdi və Əli (ə) sözlərinə belə başladı: "Elm (xəzinəsinin) açarlarını natiqlərinə əta edən, pərhizkarlarının qəlbini əzəmətinin şölələri ilə işıqlandıran, Onun yolunu gedənlərin yollarını hökmlərinin nişanələri ilə aydınlatan Allaha həmd olsun! O, aləmləri əmim oğlunun vücudu ilə sevindirdi. Onun çağırışlarını, allahsızların dəvətlərinə üstün etdi. Onun dini batil yolda olanların haqsızlıqlarına qələbə çaldı. Onu peyğəmbərlərin sonuncusu və onların sərvəri məqamına ucaltdı. O, Tanrının peyğamını (insanlara( çatdırdı. Onun fərmanını icra etdi və ilahi nişanələrini Onun tərəfindən bəyan etdi.
Həmd olsun Allaha ki, öz qüdrəti ilə bəndələrini yaratdı və dininin əzəməti ilə onlara izzət bağışladı. Peyğəmbəri Məhəmmədin (s) varlığı ilə onlara iftixar verdi, mərhəmət edib, ehtiram bağışladı. Bəxş etdiyi nemətlə, ehsanına görə Allaha həmd-səna olsun! Şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur! Qoy mənim bu səmimi və xalis etirafım onun razılığını cəlb etsin! Məhəmmədə Allahın salamı olsun! Qoy bu salam, onu Allaha daha da yaxınlaşdırsın və feyziyab etsin.
Evlənib ailə qurmaq, Allah-təalanın icazə verdiyi, əmr etdiyi bir əməldir. Bizim bu məclisimiz, Allahın göstəriş verdiyi və razı olduğu bir məclisdir. İndi Allahın elçisi Məhəmməd ibn Abdullah öz qızı Fatiməni, dörd yüz dihəm mehriyyə ilə mənə ərə verdi. Və mən də, bu işə razıyam. Siz də ondan bu barədə soruşun və şahid olun."
Müsəlmanlar soruşdular: Ey Allahın elçisi! Onları nikahladınmı?
Buyurdu:"Bəli."
Müsəlmanlar dedilər: Allah onların hər ikisini xoşbəxt etsin, mübarək olsun! Qoşa qarısınlar!1

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin