241. "Tənbihül-xəvatir": Peyğəmbər (s) camaatla birlikdə sühb namazının qılıması üçün Bilalın gəlib, azan verməsini gözləyirdilər. Nəhayət Bilal gəldi. Peyğəmbər (s) ona buyurdu: "Nə üçün gecikdin?"
Cavab verdi: Fatimənin yanında idim, onun əl dəyirmanda un hazırladığını, Həsənin isə ağladığını gördüm. Ona dedim: Hansını istəyirsən, mən uşağı sakitləşdirim, yoxsa əl dəyirmanında un hazırlaym?
O, buyurdu: "Mən uşağı səndən daha yaxşı sakitləşdirə bilərəm."
Mən əl dəyirmanını götürüb, un hazırlamaqla məşğul oldum. Elə buna görə də, gecikdim.
Peyğəmbər (s) buyurdu: "Sən ona mərhəmət göstərmisən, Allah da sənə mərhəmət göstərsin!"1 242. "Əd-Dəruül-vaqiyə":Bir hədisdə deyilir: Fatimə (ə) on iki yerdən xurma ağacının yarpaqları ilə tikilmiş, yun və köhnə libasda evdən bayıra çıxdı. Salman onu bu halda gördükdə, əllərini başına qoyub, fəryad etdi: Ey-vah! Qeysər və Kəsra (hərəmxanalarındakı qadınlar) tafta və ipəkdən hazırlanmış paltarlar geyinirlər, amma Məhəmmədin qızı on iki yerdən xurma ağacının yarpaqları ilə tikilmiş, yun və köhnə libasda gəzir!
Fatimə (ə) Allahın elçisinin (s) hüzuruna gəldikdə, dedi: "Ey Allahın rəsulu! Salman mənim geyimimə təccübləndi. Səni peyğəmbərli məqamına layiq görən Allah-təalaya and olsun, beş ildir ki, mən və Əlinin gecələr üzərində yatdığımız və gündüzlər isə üzərinə ot-ələf tökərək dəvəmizi yemlədiyimiz bir qoç dərisindən başqa heç bir malımız yoxdur. Balışımız isə xurma lifləri ilə doldurulmuş dəridən ibarətdir!"
Peyğəmbər (s) buyurdu: "Ey Salman! Bu qızım Fatimə! Ümidvaram, cənnətə ilk sırada daxil olan süvarilərin arasında olacaq."2 6\13
Həzrət Fatimə (s) Peyğəmbərdən (s) qulluqçu istədi
243. İmam Əli (ə): Fatimənin (ə) əlləri, daim əl dəyirmanında ün üyütdüyü üçün suluq bağlamışdı. Bir gün Peyğəmbərə (s) bir əsir (hədiyyə) gətirdilər. Fatimə (ə) Peyğəmbərin (ə) evinə getdi, amma həzrət evdə yox idi. Aişəni görüb, əhvalatı (ev işlərində çətinlik çəkdiyini və xidmətçiyə ehtiyacı olduğunu) ona danışdı. Peyğəmbər (s) evə gəldikdə, Aişə Fatimənin gəldiyini ona xəbər verdi. Sonra Peyğəmbər (s) bizim evə gəldi, biz uzanmışdıq. Mən ayağa qalxmaq istədim, amma Allahın rəsulu (s) buyurdu: "Rahat olun! (Qalxmayın.)"
O, bizim aramızda (üzbəüz) əyləşdi. Belə ki, ayaqlarının soyuqluğunu sinəmdə hiss edirdim. Buyurdu: " Sizə məndən istədiyinizdən daha yaxşı bir şey öyrədimmi? Hər vaxt yatağınıza uzandıqda 34 dəfə "Allahu əkbər.", otuz üç dəfə "Əlhəmdülil-lah" və otuz üç dəfə "Subhanəllah" deyin. Bu sizə xidmətçidən daha xeyirlidir."1