Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə29/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   25   26   27   28   29   30   31   32   ...   159
143. "Əl-Məhəccətül-beyza": Rəvayətə görə Əzd qəbiləsindən olan bir abid İlyas (ə) peyğəmbərlə qarşılaşır. İlyas (ə) peyğəmbər ona artıq (zahidliyin daşını atıb,) ailə qurmağı təklif edir. Ardınca buyurur: "Dörd növ qadınla evlənmə: Müxtələə, mübariyə, ahirə və naşizə."
Müxtələə, hər bir bəhanə ilə ərindən "xuli təlaqı"1 boşanmaq istəyən qadındır. Mübariyə, öz var-dövləti, dünya malı ilə başqa qadınlara lovğalanan qadına deyilir. Ahirə, əxlaqsızlıqda ad çıxarmış qadındır. Necə ki, Allah-təala buyurur: "İffətini qoruyub saxlayan, zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin."2 Naşizə, ərinə itaətsizlik edən qadına deyilir.3
144. Allahın rəsulu (s): Qoca qarı ilə və qısır qadınla evlənmə. Çünki mən sizin sayınızın çoxluğu ilə qürrələnəcəyəm.4

4\4

Qızlarını ərə vermək istəyənlərə dəyərli məsləhətlər

1- Qızınızı ərə verərkən onun fikrini soruşun


145. "Əl-Möcəmül-kəbir": Allahın rəsulu (s) ailəsindən bir qızı ərə vermək istədikdə, pərdə arxasında ona belə müraciət edərdi: "Qızım, Filankəs sənə elçi gəlib. Əgər onu sevmirsənsə, "yox" de. Çünki heç kim "yox" deyərək etiraz etməyə utanmamalıdır. Əgər sevirsənsə (ona ərə getmək istəyirsənsə) sənin susmağın razılılıq niçanəsi sayılacaq."1

2- Ləyaqətli kürəkən tapdıqda qızınızı ona ərə verməkdə səhlənkarlıq etməyin


146. Allahın rəsulu (s): Hər vaxt sizin qızınıza münasib elçi gəlsə, qızınızı ona ərə verin. Bu gün-sabah edib, gecikdirməyin.2
147. Allahın rəsulu (s): Hər vaxt qızınıza münasib elçi gəlsə, gecikmədən qızınızı onunla evləndirin.3
148. Allahın rəsulu (s): Ey Əli! Üç işi gecikdirmə: Nmazı (yubatmadan)vaxtı gəlib çatdıqda yerinə yetir. Cənazəni hazır olduqda dəfn et. Ərsiz qadını, ona uuyğun həyat yoldaşı tapıldıqda ərə ver.4
149. "Əl-Kafi": İmam Sadiq (ə) rəvayət edir: Peyğəmbər (s) insanlara nitq söyləyərkən, onlara qızlarını ərə verməkdə gecikməməyə həvəsləndirib və tələsməyə çağırdı... Elə bu zaman bir kişi ayağa qalxıb, soruşdu: Ey Allahın elçisi! Qızlarımızı hansı xüsusiyyətlərə sahib olan insanlara ərə verək?
Həzrət (s) buyurdu: "Münasib və uyğun olan şəsxlərə."

  • Ey Allahın elçisi! Münasib və uyğun olan şəsxlər, kimlərdir?

  • "İmanlı şəxslər bir-birilərinə münasidirlər. İmanlı şəxslər bir-birilərinə uyğundurlar."1


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin