Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə28/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   24   25   26   27   28   29   30   31   ...   159
139."Usdül-ğabə": Əbdül-məlik Misri Muharib qəbiləsindən olan bir kişidən belə rəvayət edir: Bir kişi Peyğəmbərin (s) yanına gəlib, dedi: Mən gözəl bir qadına vuyurmişam, amma o, övlad dünyaya gətirməkdən məhrumdur. Sizin yanınıza gəldim, dua edin ki, Allah (o qadını qısırlıqdan qurtarıb,) mənə bətəkət versin. Mən də onunla evlənim.
Amma Allahın elçisi (s) ona bu qadınla evlənməyə icazə vermədi.
Kişi yenidən Peyğəmbərin (s) yanına gəlib, ya qadına dua etməyi, ya da ki, onunla evənməyə icazə verməyi xahiş etdi. Allahın peyğəmbəri buyurdu: "Qara dərili, amma qısır olmayan bir qadınla evlənməsi, mənim fikrimcə, gözəl amma qısır qadınla evlənməsindən daha yaxşıdır."2

5- Qoca qadın


140. İmam Sadiq (ə): Üç şey insan bədənini zəiflədər və hətta məhv edər: Duzlanmış halda qoxuyan əti yemək, tox halda hamama getmək və qoca qarılarla nikah bağlamaq (cinsi əlaqədə olamq).3
6- Aşağıdakı xüsusiyyətlərə malik olan qadınlarla ailə qurmayın1
141. "Əl-Xisal": Zeyd ibn Sabit rəvayət edir: Allahın elçisi (s) mənə buyurdu: "Ey Zeyd, evlisənmi?"
Dedim: Xeyir.

  • "Evlən ki, iffət-həyanı qoruyub saxlaya biləsən. Amma bu beş xüsusiyyətə malik olan qadınlarla evlənmə."

  • Onlar hansılardı, ey Allahın peyğəmbəri?

  • "Şəhbərə, ləhbərə, nəhbərə, həydərə və ləfitla evlənmə."

  • Ey Allahın elçisi! Mən sizin kəlamlarınızdan bir şey anlamadım. Çünki qadınlar haqqında heç bir məlumatım yoxdur.

  • "Sən ərəb deyilsənmi? Şəhbərə, acı dilli yaşıl və göy gözlü qadındır. Ləhbərə, uzun boylu həddən artıq arıq qadına deyilir. Nəhbərə, qısa boylu çirkin qadındır. Həydərə, şəhvəti ölmüş qoca qarıya deyilir. Ləfut isə başqasından uşağı olan qadındır."1

142. "Cameül-əxbar": Allahın elçisi (s) səhabələrindən birinə, yəni; Zeyd ibn Sabitə dedi: ... On iki növ qadınla evlənmə."
Soruşdu: El Allahın peyğəmbəri, onlar hansı xüsusiyyətə malikdirlər?
Buyurdu (s): "Hənfəsə, ənfəsə, şəhbərə, sələqləqə, məzbubə, məzmumə, hənnafə, mənnanə, rəfsaə, həydərə və ləfutla evlənmə.2"3

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin