Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə26/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   22   23   24   25   26   27   28   29   ...   159
125. Allahın rəsulu (s): İri çanaqlı qadınlarla ailə qurun, çünki onlar bərəkətli və daha çox övlad dünyaya gətirmək qabiliyyətinə malikdirlər.6
126. Allahın rəsulu (s): Əhməd ibn Əbu Əbdullah Əhli-beytə (ə) nisbət verdiyi bir rəvayətdə deyir: Peyğəmbər (s) hansısa bir qadınla evlənmək istədikdə, Əvvəlcə bir kəsi (qadını) onu görməyə yollayar və ona belə buyurardı: "Boynunu qoxla. Əgər gözəl iyli olsa, deməli bədəni də xoş ətirlidir."2
127. İmam Əli (ə): Kim evlənmək istəsə, orta boylu, enli kürəkli və yaşıl rəngli qadınla evlənməsi məsləhətdir. Ondan həzz ala bilməsə, mehriyyəsini mən ödəyərəm.3
128. İmam Əli (ə): Yaşıl rəngli, böyük gözlərə və iri çanağa sahib, enli kürəkli qadınla evlənin. Ürəyinizcə olmasa, mehriyyəsini mən ödəyərəm.4
129. İmam Kazim (ə): Kişinin xoşbəxtliyindən də biri budur ki, ag (ya sarıyaçalan) qadının (gəlinin) duvağını üzündən qaldıra.5
130. "Əl-Kafi": İbrahim Kərxi rəvayət edir: İmam Sadiqə (ə) dedim: Həyat yoldaşım, könül həmdəmim, həyatımda məni daşa düşən (uygunlaşan) yeganə qadın dünyasını dəyişib. İndi ailə qurmaq istəyirəm. Həzrət (ə) buyurdu: “Çox diqqətli ol. Bax gör, özünü kimə tapşırırsan, kimi öz var-dövlətinə şərik edir, onu dinindən, sirrindən və əmanətindən agah edirsən. Qəti şəkildə evlənməyi qarşına məqsəd qoymusansa, özünə bakirə və əxlaqı, iffətti ilə tanınan həyat yoldaşı tap. Bil ki, qadınlar necə növdür, necəki, şair deyir:
Qadınlar müxtəlif yaranıb,
Bəzisi faydalı, bəzisi ziyankar.
Bəzisi ay kimi parlar öz məhrəminə,
Bəzisi zülmət olar sanki ərinə.
Xoşbəxtdir, kimin yaxşı yoldaşı var,
Bədbəxt olan kimsə, intiqam ala bilməz.
Qadınlar üç növdür: Uşaq doğuran və ərinə dünya və axirət işlərində yardım edən, onun əleyhinə çalışmayan qadın. Uşaq dünyaya gətirməyə qadir olmayan, çirkin, ədəbsiz qadın. O, ərinə xeyir işlərdə yardım etməz. Səs-küylü, daim deyinən və bie yerdə qərar tutmayan qadın. O, ərinin arxasınca danışar və onun çoxlu (yaxşılıqlarını) az sayar, azı da qəbul etməz.1
4\3

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin