118. "Sünəni-Darəmi": Cabir ibn Abdullah rəvayət edir: Allahın elçisi (s) ilə birlikdə səfərə çıxmışdıq. Qayıdarkən mən tələsik şəkildə ondan ayrıldım və getdim. Bir miqdar getmişdim ki, arxadan bir süvarinin mənə yaxınlaşdığını gördüm. Qayıtdım, onun Peyğəmbər (s) olduğunu gördüm. Üzünü mənə tutub, buyurdu: "Nə üçün məndən ayrılırkən belə tələsirdin, ey Cabir?"
Dedim: Mən yenicə evlənmişəm.
- "Bakirə qızla evlənmisən, yoxsa dul qadınla?"
- Dul qadınla.
- "Nə üçün bakirə qızla evlənmədin...?"1 119. "Səhihi-Buxari": Cabir rəvayət edir: Bir qadınla evəndim. Peyğəmbər (s) mənə buyurdu: " Ey Cabir, ailə qurmusanmı?"
Dedim: Bəli.
- "Bakirə qızla evlənmisən, yoxsa dul qadınla?"
- Dul qadınla.
- "Nə üçün bakirə qızla evlənmədin...?"
- Atam rəhmətə getdi, evimizdə yeddi (ya doqquz) balaca qız övladı yetim qaldı. Mən istəmədim ki, onlar kimi başqa bir qız da onlara qoşulsun. İstədim ki, elə bir qadınla evlənim ki, onlara başçılıq, hamilik etsin.
- "Afərin sənə!"2 120. "Səhihi-Buxari": Aişə rəvayət edir: Dedim: Ey Allahın elçisi! Bir vadiyə endikdə orada iki ağac görsən, birinin meyvəsi dərilmiş, amma digərinin meyvəsinə toxunulmamış olsa, dəvələrinin hansı ilə yemlənməsini istəyərsən?
Peyğəmbər (s) buyurdu: "Meyvələri dərilməmiş ağacdan."1
121. Allahın rəsulu (s): Gənc qızlarla evlənin, çünki onlar xoşəxlaq olurlar.2
6-Yadlarla evlənin
122. Allahın rəsulu (s): Yad (qohumluq əlaqəniz olmayan) qadınlarla evlənin ki, övladlarınız zəif, cansız dünyaya gəlməsin.3
7-Aşağıdakı zahiri görünüşə malik olan qadınlarla ailə qurun
123. Allahın rəsulu (s): Yaşıl və göy gözlü qadınlarla evlənin, çünki onlar bərəkətli olurlar.4 124. Allahın rəsulu (s): “Öz nütfələriniz üçün (yaxşı bətn) seçin. Evlənəcəyiniz qadınları seçin. İri çanaqlı qadınlarla ailə qurun, çünki onlar daha çox övlad dünyaya gətirmək qabiliyyətinə malikdirlər.5