618. "Məkarimül-əxlaq": Allahın elçisi (s) buyurdu: "Mənim ümmətimin ən yaxşı kişiləri, öz ailəsinə əl uzatmayan (döyməyən), onlarla mehriban olan və onlara zülm etməyən kişilərdir."2 619. İmam Əli (ə): Ailəsinə pislik edən şəxsin, (başqalarına yaxşılıq etməsinə) ümid yoxdur.3 620. İmam Əli (ə): İmam Həsənə (ə) tövsiyələrində: Elə rəfatar etmə ki, ailən sənin (pis əxlaqın) ucbatından, insanların ən bədrəftalısına çevirilsin!4 621. İmam Əli (ə): Elə rəfatar etmə ki, ailən və dostların sənin (pis əxlaqın) ucbatından, insanların ən bədrəftalısına çevirilsinlər!5 622. İmam Əli (ə): Qadınlar, ərlərinin evində öz mənfəətlərinə və zərərlərinə seçim etmək iqtidarına malik deyildirlər. Onlar, Allahın sizin yanınızdakı əmanətləridir. Onları hey danlamayın, onlarla pis davranmayın.1 2\2
Həyat yoldaşını döymək
623. Allahın rəsulu (s):Allah-təala, (qiyamət günü) Malikə (cəhənnəmin qaravulçusuna) əmr edər ki, həyat yoldaşına bir şillə vuran kişiyə, yetmiş şillə vursun. Hər bir müsəlman kişi müsəlman qadının saçının hər bir telinə toxunsa, əli cəhənnəm odundan hazırlanmış mismarlarla mıxlanar.2 624. Allahın rəsulu (s): Kim həyat yoldaşını nahaq yerə vursa, qiyamət günü, onun şikayətçisi mən olacağam. Həyat yoldaşlarınızı döyməyin. Çünki, kim onları nahaq yerə kötəkləsə, Allahdan və peyğəmbərinə itaətsizlik edibdir.3 625. Allahın rəsulu (s): Mən döyülməyə daha çox layiq olan kişinin arvadını döyməsinə təəccüb edirəm! Qadınlarınızı çubuqla kötəkləməyin! Bu əməlin (şəriət hökmlərində) qisası var.4 626. Allahın rəsulu (s): Szilərdən hər biriniz, qadınınızı kölələr kimi döyməkdən xəcalət çəkmir? Günün başlanğıcında onu döyür, amma gecə olduqda onunla bir yastığa baş qoyursunuz! Utanmırsınızmı?5