Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti


Gəlirin ədalətli bölgüsü və yoxsulluğun azaldılaması



Yüklə 447,58 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix18.03.2023
ölçüsü447,58 Kb.
#88666
1   2   3   4   5   6   7   8
UNEC 1677342966.docx

1.Gəlirin ədalətli bölgüsü və yoxsulluğun azaldılaması:
Sosial siyasətin 
qarşısına qoyduğu ən əsas məsələlərdən biri milli gəlirin cəmiyyətdə ədalətli 
bölügüsü ilə əlaqədardır. Dövlət bu yöndə siyasətlər həyata keçirərək siniflər arası 
maddi uçurumun qarşısını alır və sosial ədaləti yaratmağa çalışır. Gəlirin ədalətsiz 
bölgüsü zamanı yaranan yoxsulluq probleminin həlli də sosial siyasətin ən əsas 
vəzifələri sırasındadır. 
2.Fürsət barəbərliyi: 
liberal fəlsəfəyə əsaslanan qanun qarşısında bərabərlik 
prinsipinin sosial-iqtisadi sahəyə tətbiq olunmasıdır. Bərabərlik prinsipi daha çox 
təhsil və fərdin özünü inkişaf etdirəcəyi müəyyən sahələrə tətbiq edilir. 
3.Sosial Müdafiə:
hər hansı bir sosial risk, qocalıq, xəstəlik, işsizlik, iş 
qəzalarına görə vətəndaşın gəlirinin azalması və ya ümumiyyətlə dayanması 
zamanı onun digər insanlardan asılı olmadan yaşamasını təmin etmək üçün görülən 
tədbirlər bütünüdür. 
4.Tam məşğulluğun təmin olunması və işsizliklə mübarizə:
bütün 
vətəndaşların gəlir əldə edə biləcəyi bir iş yerinin olması sosial siyasətin əsas 
məqsədlərindən biridir. 
5.Sosial nizam və sülhü təmin etmək:
sosial dövlət insanlar arasında aid 
olduqları fərqli sinif, irq, din, məzhəb, iqtisadi vəziyyətə görə ayrı-seçkilik 
salınmasının qarşısını almağa çalışır. Cəmiyyətdə müxtəlif tip insanların sülh 
içərisində yaşamalarını təmin edir. 



6.İqtisadi inkişafın təmin olunması:
dövlətin iqtisadi inkişafı üçün 
investisiyalara münbit şərait yaradır. İqtisadi fəaliyyətlərdə tam məşqulluq halını 
təmin etmək üçün buna uyğun fəaliyyətlər həyata keçirilir. 
2. Dövlətin sosial siyasət strategiyası
Dövlətin daxili siyasətində mühüm yeri 
onun sosial siyasəti tutur. Sosial siyasət iqtisadiyyatın təmərküzləşmiş forması 
kimi insanların tələbatını, sosial qrupların marağını ifadə edir. Ayrı-ayrı bazar 
modellərində sosial problemlərin həllində dövlətin iştirakı dərəcəsi və 
mexanizmləri fərqli olsa da, bu bir reallıqdır ki, bütün ölkələrdə dövlətin mühüm 
funksiyalarından biri səmərəli sosial siyasətin reallaşdırılması ilə bağlıdır. Sosial 
bazar iqtisadiyyatında dövlətin sosial siyasəti elə formalaşmalıdır ki, birincisi, öz 
kapitalına görə əhalinin gəlirlərinin artması təmin olunsun, ikincisi, cəmiyyətin 
iqtisadi və sosial məsuliyyətinin artırılması yolu ilə himayədarlıq aradan 
qaldırılsın, üçüncüsü, əhalinin sosial müdafiəsi mexanizmi yaradılsın. Bu 
baxımdan Azərbaycan Respublikasının sosial siyasətinin strategiyası və 
taktikasında aşağıdakılar nəzərdə tutulur:
a) Əhalinin həyat səviyyəsinin hiss olunacaq dərəcədə getdikcə 
yaxşılaşdırılması;
b) Əhali məşğulluğunun effektli təmin olunması.
c) Ölkədə Konstitusiya hüququna əməl olunması; 
ə) Sosial siyasətin ailəyə istiqamətləndirilməsi;
d) Ölkədə demokratik situasiyanın normallaşdırılması.
e) Sosial infrastrukturunun əhəmiyyətli dərəcədə yaxşılaşdırılması.
Sosial siyasəti reallaşdırmaq üçün dövlət tərəfindən aşağıdakı metodlar tətbiq 
olunur:
1)Hüquqi tənzimləmə tədbirləri: Bura dövlət tərəfindən qəbul edilən hüquqi 
normativ aktlar aid edilir.
2)Maliyyə-kredit tənzimlənməsi: Əsas tədbir kimi dövlət büdcəsində 
sosialyönümlü maddələrin tətbiq edilməsi və büdcədənkənar sosial fondların 
yaradılması çıxış edir. 



3)Özəlləşdirmə: Sosial infrastruktur sahələrinin dövlət himayədarlığından 
çıxarılaraq özəl bölməyə verilməsi. 
4) Miqrasiya siyasəti – Miqrasiya proseslərinin tənzimlənməsi (məcburi 
köçkünlük, xarici əmək miqrasiyası, xaricdə həmvətənlərin hüquqlarının müdafiəsi 
və s.).
5)Məqsədli proqramların qəbul edilərək reallaşdırılması. 
6)Sosial standartların, norma və normativlərin işlənib hazırlanması və qəbul 
edilməsi: 
Sosial standart kimi minimal istehlak büdcəsi, yaşayış minimumu, 
istehlak səbəti, minimum əməkhaqqı, minimum təqaüd götürülür. 
Qeyd olunan məqsədlərə nail olmaq üçün aşağıdakı zəruri şəraitin olması 
məqsədə uyğundur: 1) İnsanların əmək aktivliyinin yüksəldilməsi və istehsaln 
inkişafının stimullaşdınimasının əsas amilli kimi, əhalinin pul gəlirlərinin onun 
əmək fəaliyyətindən asılılığının təmin olunması; 2) Vergi qanunçuluğuna əsasən 
gəlirlərin ədalətli bölgüsünün həyata keçirilməsi; 3) İnvestisiya fəaliyyətinin sosial 
proqramların həyata keçirilməsinə istiqamətlənməsi. 4) Düşünülmüş məşğulluq 
siyasətinin aparılması bir tərəfdən işsizliyin azaldılması, digər tərəfdən isə artıq işçi 
qüvvəsinin yaranmasına maneçilik törədilməsi. 5) Aztəminatlılara istiqamətlənən 
vəsaitin ünvanlılığının güclənməsi. 6) Ailələr, qadınlar və gənclər üçün dəyərli 
həyat səviyyəsinin yaradılması. 7) Sosial sığortanın rolunun yüksəldilməsi. 8) 
Sosial infrastruktura sahələrinin stabil maliyyələşdirilməsi. Bu məsələlərin həllində 
ölkənin illik ümumi daxili məhsulun artımının rolu əhəmiyyətli dərəcədə 
böyükdür.
Dövlətin sosial siyasətində bir sıra mühüm istiqamətlər nəzərdə tululur ki, 
onlarında əsasında cəmiyyətdə gedən sosial proseslərin tənzimlənməsi həyata 
keçirilir:

Yüklə 447,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin