AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


QƏNDƏHAR VİLAYƏTİ VƏ ZƏMİNDAVƏRİN, HİRMƏND



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə18/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   14   15   16   17   18   19   20   21   ...   96

QƏNDƏHAR VİLAYƏTİ VƏ ZƏMİNDAVƏRİN, HİRMƏND 

[ÇAYI] KƏNARINDAKl GƏRMSİRATIN FƏTH OLUNMASI, 

HƏMÇİNİN O VİLAYƏTDƏ BAŞ VERƏN BƏZİ SABİQ 

HADİSƏLƏRİN ZİKRİ 

 

Cənnətməkan şahın dövründə fəth olunan vilayətlərdən biri 



də  Qəndəhar  və  onun  ətraf  yerləridir.  Əhvalat  belə  olmuşdur:  Adı 

çəkilən  vilayət  müzəffər  xaqan  Sultan  Hüseyn  Mirzə  Bayqaranın 

hakimiyyəti zamanı onun və oğlu Sultan Bədiüzzamanın hökmüylə 


189 

 

Əmir  Zəvalnun  Ərğuna  və  onun  oğlu  Şüca  bəyə  verilmişdi. 



Mirzənin  vəfatından  və  o  sülalənin  süqutundan  sonra  Xorasan 

məmləkəti  Sahi  bəy  Sultan  Özbəkin  əlinə  keçdi,  onun  xidmətinə 

gələn Şüca bəy nəvazişə layiq görüldü. Elə həmin il mərhum padşah 

Məhəmməd Babur Mirzə ibn Ömər Şeyx ibn Sultan Əbu Səid Mirzə 

ibn  Sultan  Məhəmməd  ibn  Mirzə  Miranşah  ibn  əmirkəbir  

sahibqıran   Əmir   Teymur   Gurəkan   Kabuldan Qəndəhara ləşkər 

çəkdi,  Şüca  bəy  və  Əmir  Zəvalnunun  övladları  ərğun  tayfası  ilə  o 

həzrətlə  hərb  edərək  məğlub  oldular.  Qələbə  çalan  Babur 

döyüşçüləri Qəndəhar vilayətini və  Zəmindavəri  Əmir Zəvalnunun  

xəzinə    və    dəfinələri  ilə  birlikdə  ələ  keçirib,  o  həzrətə  verdilər. 

Babur  o  vilayət  idarəçiliyini    öz    qimətli    qardaşı    Nasir  Mirzəyə 

verərək,  Kabula      qayıtdı.      Qəndəhar  hadisəsindən  xəbərdarı  olan 

Şeybək xan Özbək saysız-hesabsız əskərlə o  vilayətə doğru  yürüşə 

yollandı. Əmir Zəvalnunun övladları onun qarşısına çıxdılar, özbək 

ləşkərinin  çərxçisi  kimi  Qəndəhara  hücum  etdilər.  Qala  divarları 

arxasında  qalan  Nasir  Mirzə  nəhayət  məmləkəti  atıb,  Kabula  - 

qardaşının  yanına  getdi.  Şeybək  xan  isə  həmin  vilayətin  və  onun 

mülkiyyətinin  idarə  olunmasını  fərmanla  ərğunlara  verib  geriyə 

qayıtdı.  Süleyman  şanlı  həzrət  xaqanın  (Şah  İsmayılın  -  Ş.F.) 

zühurundan və Şeybani xanın (Şeybək xanın -Ş.F.) o həzrətin cahanı 

fəth edən qılıncı ilə öldürülməsindən sonra Xorasan məmləkəti, yeri 

cənnətdə  olan  o  padşahın  əlinə  keçdi.  Ona  sədaqət  məktubu  və 

peşkəş  göndərən  Şüca  bəy  bir  müddət  Qəndəhara  sahiblik  etdi.  O, 

[hərdənbir]  Heratda  olan  kamkar  şahzadələrinə  və  qızılbaş 

bəylərbəyilərinə əl uzadırdı. Nəhayət, Zəhirəddin Məhəmməd Babur 

yenidən Kabuldan Qəndəhara ləşkər çəkdi və oranı mühasirəyə aldı. 

Şüca bəysə bir neçə vaxt qaladarlığa başladı və mühasirə müddətini 

uzatdı. Nəhayət, o,  Herat bəylərbəyi Durmuş xan Şamlıdan kömək 

xahişi  (esteğase)  etdi.  Durmuş  xan  da  padşahdan  belə  bir  iltimas 

elədi:  "Şah  dərgahına  öz  sədaqət  və  qulamlığını  izhar  edən  Şüca 

bəyə qarşı bizim sədaqət  və əlaqəmiz  yol  vermir ki, ona köməklik 

göstərməyək".  [Buna  görə  də,]  Babur  padşah  Durmuş  xanın 

iltimasına  görə Qəndəhar  mühasirəsindən əl, çəkib  Kabula qayıtdı. 

Şüca bəysə, özünün Molla Baqi adlı etibarlı bir adamını Qəndəharda 

qoydu və Xorasana getdi. Durmuş xanın orada olmadığı vaxt həmin 

dövlətxahlıq  izhar  edən  Molla  Baqi  Qəndəhan  baburilərə,  həzrət 

Babur  padşahsa  o  vilayəti  oğlu  Mirzə  Kamrana  verdi.  Həmin 

tarixdən  başlayaraq  Qəndəhar  Mirzə  Kamranın  adamlarının 



190 

 

əllərində  qaldı.  Hümayun  cənnətməkan  şahın  cülusundan  on  bir  il 



keçdikdən sonra, doqquz yüz qırx birinci ildə (miladi 1534/35) Sam 

Mirzə  Qəndəharı  fəth  etmək  həvəsinə  düşüb  oraya  hücum  etdi. 

Mirzə  Kamrandan  əvvəl hakim olan Xacə  Kəlan qalanı, qoruyaraq 

səkkiz  ay  qaladarlıqla  məşğul  oldu.  Mirzə  Kamran  Lahurda  çoxlu 

döyüşçü toplayıb köməyə gəldi, aralarında bərk cəng başlandı. Sam 

Mirzə kamil  mürşidin (Şah Təhmasibin  - Ş.F.)  razılığı olmadan bu 

işə  başladığı  üçün  onun  hərəkəti  bəyənilmədi.  Ağzıvar  xan  həmin 

mərəkədə  qətlə  yetdi,  Sam  Mirzə  isə  məqsədinə  yetmədən  geri 

qayıtdı.  Fərmanla  Xacə  Kəlanı  Qəndəharda  qoyan  Mirzə  Kamran 

geri döndü. 

Doqquz yüz qırx üçüncü ildə (miladi 1536) yeri cənnətlik 

olan hümayun şah altıncı dəfə Übeyd xanın fitnəsini dəf etməkdən 

ötrü  Xorasana  gəldi.  O,  Qəndəharı  tutmaq  və  qızılbaşlarla  hərbə 

başlamış  cığataylardan  intiqam  almaq  üçün  yürüş  cilovunu  Herat 

darüssəltənəsindən  Qəndəhara  tərəf  istiqamətləndirdi.  Cah-cəlal 

ordusunun təntənəsi xəbəri o yerlərə  yayıldıqda, hümayun fallı şah 

çətiri həmin diyara kölgə saldı. Yuxarıda yazıldığı kimi, Xacə Kolan 

orada  qala  bilməyərək,  Sində*  tərəf  getdi.  Onun  Qəndəharda 

qoyduğu  Gənci  Xacə  hümayun  ordunun  istiqbalına  çıxaraq  qala 

açarını təhvil verdi, adı çəkilən vilayət bu güclü dövlət övliyalarının 

əlinə keçdi, oranın idarəsi və mülkiyyəti Budaq xan Qacara  verildi. 

Dünya  xosrovunun  İraqa  tərəf  qayıdışından  sonra  Mirzə  Kamran 

yenidən ləşkər toplayaraq, Lahurdan çoxlu adamla Qəndəhara gəldi. 

Rum  sultanının  yürüşü  və  Əlqasın  yağı  olmasına  görə  həzrət 

cənnətməkan şahın İraq və Azərbaycanda işi çox olduğundan, artıq 

Xorasana  yürüş  etmək  imkam  müyəssər  deyildi.  Hərb  qanun-

qaydasına və zəmanəyə uyğun hərəkət edən Budaq xan Qacar özünü 

mühasirəyə  məruz  qoymayıb  Qəndəhardan  çıxdı,  Mirzə  Kamran 

geri qayıtdı. 

Doqquz  yüz  əlli  birinci  ildə  (miladi  1544)  mərhum 

Məhəmməd  Hümayun  padşah  ibn  Babur  padşah  əfqan  qoşununun 

hücumuna  tab  etməyərək  Hind  vilayətindən  İrana  gəldi.  O,  həzrət 

cənnətməkan şahin yanında Qəndəhar məsələsində Mirzə Kamranın 

kobudluğu  barədə  öz  xəcalətini  izhar  edib  dedi:  "Əgər  Qəndəhar 

fəth  olunsa,  onu  şahın  mülazimlərinə  verəcəkdir".  O  həzrət  etdiyi 

vədə  vəfadar  oldu,  Qəndəharın  müzəffər  əsgərlər  tərəfindən  ələ 

keçirilməsinin  ilk  vaxtında  Əskəri  Mirzə  həmin  şəhəri  o  yürüş 

zamanı  ləşkərin  sərdarı  və  məşhur  şahzadə  Sultan  Muradın  lələsi 



191 

 

olan Budaq xan Qacara təhvil  verdi. Elə o əsnada da şahzadə  vəfat 



etdi.  Hələ  Hümayun  padşahın  işləri  başa  çatmamışdı  ki,  cığatay 

əhalisi  tərəfindən  o  həzrət  mülazimlərinin  əmin-amanlığı  üçün 

Qəndəharı  yenidən  Budaq  xandan  götürüb,  Bayram  xan  Türkmana 

verdilər,  düşündülər  ki,  o  hər  iki  tərəfin  dövlətxahıdır  və  həmin 

həzrətin  işləri  başa  çatanadək  Qəndəharı  əldə  saxlaya  bilər. 

Hümayun  padşahın  Kabul  və  Bədəxşanda  Mirzə  Kamranla  dava-

dalaşda olduğu bir neçə ildə Qəndəhar Bayram xanın əlində qaldı. 

Həzrət şah, Hümayun padşahın ehtiramının saxlanılması və Bayram 

xanın  xidmət  və  sədaqətinə  hörmətə  görə,  Qəndəhar  məsələsində 

etinasızlıq göstərdi, şəhəri ondan geri almadı. Bu o vaxtadək davam 

etdi  ki,  mərhum  padşah  öz  kamına  yetdi  və  Qəzneyni,  Kabulu  və 

Hindistanı  tutdu,  amma  Qəndəharı  hələ  qızılbaşlara  verməmişdi  kı, 

padşahın  qaçılmaz  məsələsi  ortaya  çıxdı,  aligövhər  atasının  yerinə 

möhtərəm  oğlu  Cəlaləddin  Məhəmməd  Əkbər*  padşah  oldu. 

[Amma,]  o  vaxt  Şah  Məhəmməd  Qəllati  Bayram  xan  tərəfindən 

Qəndəharda  qalmışdı.  Doqquz  yüz  altmış  üçüncü  ildə  (miladi 

1555/56) Zəmindavər hakimi  Bahadır xan Özbək  Qəndəhara ləşkər 

çəkərək, oranı Şah Məhəmməddən almaq istədi. O, şahın yanına bir 

adam  göndərib  dedi:  "Qəndəhar  o  dərgahın  mülazimlərinin 

olduğundan, bir qızılbaş ləşkəri göndərilsin ki, özbaşına tərzdə oranı 

işğal  edən  Bahadır  xanın  şəri  aradan  götürülsün,  məmləkət 

qızılbaşların  əllərində  qalsın".  Buna  görə  də,  həzrət  cənnətməkan 

şah Sultan Hüseyn Mirzə ibn Bəhram Mirzəni Əliyar Sultan Əfşar, 

Vəli  Xəlifə  Şamlı  və  bəzi  əmirlərlə  birlikdə  Şah  Məhəmməd 

Qəllatinin köməyinə yolladı. Vəli Xəlifənin oğlu Şahverdi Xəlifə bir 

dəstə  şamlı  döyüşçüsü  ilə  Bahadır  xana  hücuma  keçərək  qəfildən 

onun üstünə tökülüşdülər. Arada  güclü döyüş oldu. Cəngdən sonra 

Bahadır xan Hindistana tərəf qaçdı, amma Şah Məhəmməd Qəllati 

məkr  və  hiylə  ilə  qalanı  mirzənin  və  əmirlərin  üzünə  bağlayaraq, 

qaladarlıq  etməyə  başladı.  Əzəmətli  əmirlər  Zəmindavər  vilayətini 

tutdular  və  Qəndəhar  işləri  barədəki  həqiqəti  şaha  ərz  etdilər. 

Cənnətməkan  şah  doqquz  yüz  altmış  beşinci  ildə  (miladi  1557/58) 

Əli  Sultan  Tatioğlu  Zülqədəri  döyüşkən  bir  ləşkərlə  Qəndəharın 

fəthinə  yollayıb,  o  vilayətin  idarəçiliyini  və  mülkiyyətini  Sultan 

Hüseyn  Mirzəyə  namizəd  etdi.  Dərya  kimi  dalğalanan  döyüşçülər 

Qəndəhar  qalasını  mühasirəyə  alıb  qalatutma  mərasiminin  icrasına 

başladılar. Şah Məhəmməd Qəllati də vuruşa qalxdı, arada altı ay ox 

və  güllə  səfirlərinin  gediş-gəlişləri  oldu,  müharibə  atəşi  şölələndi. 



192 

 

Məsələnin  sonunda  o,  müqavimət  göstərməkdə  aciz  qaldı,  əlini 



aman ətəyinə atdı. Əhd-peymandan sonra qalanı təhvil verərək Hind 

diyarına  rəvan  oldu,  Sultan  Hüseyn  Mirzə  Qəndəhar  əyalətində 

istiqlal  tapdı.  Təxminən  iyirmi  il  o,  qiymətli  ömrünün  kölgəsi 

altında həmin diyarda hakim oldu, izzətli  və xoşbəxt həyat  yaşadı, 

İsmayıl  Mirzənin  cülusu  vaxtı  təbii  əcəllə  öldü.  Onun  fərzəndləri 

haqqında,  inşallah,  bu  aləmi  bəzəyən  kitabın  ikinci  səhifəsində, 

əlahəzrət  zilləllah  şahın    möhtərəm  əhvalının  şərhi  zamanı  müşk 

yağdıran  qələmlə  məlumat  veriləcəkdir.  İndi  isə,  kəlamın  sövqü, 

sözün  zəbti  və  məqamın  münasibliyini  nəzərə  alıb,  Xorasanda  baş 

verən hadisələrin ardı yazılacaq, o həzrətin [Şah Təhmasibin] səadət 

peyvəndli  uca  dövlətinin  hakimiyyəti  dövründəki  hadisə  və 

vaqiələrdən bəhs olunacaqdır. 

 

ÜBEYD XANIN VƏFATINDAN SONRA BAŞ VERMİŞ 

XORASAN HADİSƏLƏRİNİN ARDI, HABELƏ CAHANI VƏ 

CAHANDA OLAN HƏR ŞEYİ YARADANIN TƏQDİRİ VƏ 

İRADƏSİ İLƏ HƏYATA KEÇƏN ƏHVALATLARIN ZİKRİ 

 

Ənbər  ətirli  qələm  bundan  əvvəl  yuxarıda  belə  yazmışdı: 



Übeyd  xan  ibn  Mahmud  Sultan  ibn  Əbülxeyr  xan  sağ  olduğu 

müddət  ərzində  öz  işğal  əlini  Xorasan  mülkünə  uzatmış,  qaniçən  

özbəklərin    yürüşləri    nəticəsində    həmin    diyarda  çoxlu  yerlər 

dağıdılmışdı. Onun vəfatından sonra Xorasan bir neçə ilidi ki, əmin-

amanlıqdaydı. 

Herat 


darüssəltənəsində 

Məhəmməd 

ibn   

Şərəfəddinoğlu   Təkəli   ədalət bayrağı ucaltmış və məşhur şahzadə 



Sultan  Məhəmməd  Mirzənin  mülazimətində  durub,  mülk  işləri  ilə 

məşğul  olmaqdaydı.  O,  Ğorcistana*  ləşkər  çəkərək  özbəklərlə  və 

oranın hakimi Sima Bayram Oğlanla böyük savaşlar etmiş və qələbə 

çalmışdı. [Buna görə də,] Özbəklərin illərlə Xorasana gəlmək cürəti   

olmamışdı.   Doqquz   yüz   əlli   yeddinci   (miladi 1550/51) ildə, 

Übeyd  xanın  vəfatından  on  bir  il  sonra,  atasının  yerinə  Buxarada 

padşah olmuş oğlu  Əbülxeyr xan  da üqba  aləminə  yollandı.  Bəraq 

xan  ibn  Sevincək  Sultan  ibn  Əbülxeyir  xan,  Əbdüllətif  Sultan  və 

Şah  Məhəmməd  Sultanla  birlikdə  Daşkənd,  Səmərqənd  və  Hisare-

Şadmandan  Xorasana  ləşkər  çəkərək,  çoxlu  adamla  Herat  üzərinə 

gəldi.  Məhəmməd xan Şərəfəddinoğlu  qala  və şəhərin  möhkəmliyi 

ilə  kifayətlənməyərək,        şəhərin        xaricində        küçəbəndlər 

(səngərlər-  Ş.F.)  qurdu  və  oralara  təcrübəli  sərdarlar,  topçular  və 


193 

 

tüfəngçilər  təhkim  etdi.  Özbəklərlə  qızılbaşlar  arasındakı  cəng 



günlərlə  uzandısa  da,  özbəklər  bircə  küçəbəndi  də  ola  bilmədilər. 

Özbək sultanlarının ən şücaətli sultanı olan Şah Məhəmməd Sultan 

Sistanı və Fərahı qarətə yollandı. Oradan qayıdıb Herata gəldiyi vaxt 

Bəraq  xana  etirazla  dedi:  "Niyə  indiyədək  küçəbəndləri  ələ  keçirə 

bilməmisən?".  İddia  ilə  əlavə  etdi:  "Sabah  küçəbəndləri  tutmayana 

qədər  mən  at  üstündən  yerə  düşməyəcəyəm".  Ertəsi  gün  çoxlu 

məşhur  bahadırlardan  ibarət  döyüşçü  ilə  bu  məqsədlə  atlara  süvar 

oldular  və  o,  "Məzare-Şah  Zeyd"  ("Şah  Zeydin  məzarı"  -Ş.F.) 

küçəsinə  üz  tutdu,  igidliklə  oranı  qoruyanlara  hücum  etdi. 

Küçəbəndin  qoruyucuları  müqavimətə  tab  gətirməyərək,  fərar  edib 

küçəbəndin  arxa  tərəfinə  keçdilər.  Şah  Məhəmməd  Sultan  və 

özbəklər atlarını küçəbəndin ağzına qədər (dəhəne) sürdülər. Elə bu 

əsnada təsadüfən canüzən bir daş atıldı və sultanın üzünə dəydi, o, 

qürur atından torpağa yıxıldı. Belə bir vəziyyətlə Məhəmməd xanın 

mülazimlərindən olan  məchul bir adam  vaxtında özünü ona  yetirdi 

və  onun  bədənini  baş  yükündən  yüngülləşdirdi. Bir neçə  adlı-sanlı 

bahadır  da  əsir  götürüldü.  Şah  Məhəmməd  Sultanın  başına  gələn 

hadisənin  xəbəri  Bəraq  xana  çatdıqda  qorxuya  düşdü,  qayıdış 

təbilini 

döyərək 


Mavərənnəhrə 

gəldi. 


Məhəmməd 

xan 


Şərəfəddinoğlu  və  oğlu  Qazaqın  həbsindən  sonra  aləm  şahzadəsi 

Sultan Məhəmməd Mirzə ali orduya getdi, [amma] təzədən Xorasan 

mülkünə hakim təyin olundu və Şahqulu Sultan Yeqan Ustaclı onun 

lələsi oldu, ali şahzadənin ordusu ilə Xorasana yollandı. Abdullaxan 

ibn İsgəndər xan ibn Canı bəy Sultan və Xosrov Sultan yürüş əzmi 

ilə  Amu  çayından  keçərək  Xorasana  —  mirzənin  və  sultanın 

keçəcəyi  yolun  üçtünə  çıxdılar.  Mirzənin  başına  Xorasan  ləşkəri 

hələ gəlib-yığışmadığı üçün, həmçinin o zaman mirzənin və sultanın 

hələ  cəng  istedadı  olmadığından,  onlar  özlərini  "Türbəte-

Heydəriyyə"  ("Heydəriyyə  türbəti")  qalasına  saldılar.  Özbək 

sultanları isə yetişərək, qalanı  mühasirəyə aldılar. Düşmənlərin dəf 

olunmasından ötrü Xorasan əmirlərinin hər biri öz yerindən hərəkətə 

başladı.  Hələ  gəlib  bir  yerə  toplaşmamışdılar  ki,  İraq  ləşkərinin 

gəlib-yetişməsi xəbəri yetişdi. Özbək sultanları tab gətirə bilmədilər, 

əvvəlcə  Xosrov  Sultan  ehtiyatı  əldən  verməyib  getdi,  ertəsi  günsə 

Abdulla  xan  köç  təbilini  döyərək,  Buxaraya  qayıtdı.  Onların 

gedişlərindən  sonra  bir  daha  Mavərənnəhr  sultanlarından  heç  kim 

Xorasana  gəlməyə  cürət  etmədi,  fəqət  birdən-birə  Pir  Məhəmməd 

xan ibn Canı bəy Sultan Bəlxdən çıxıb, müqəddəs şəhər (Məşhəd - 


194 

 

Ş.F.) yaxınlığına gəldi və yenidən geri qayıtdı, dayısı Tulək bahadırı 



töhfə və hədiyyələrlə üzrxahlıqdan ötrü xalqlara pənah olan dərgaha 

göndərdi,  Tulək  bahadırsa  şahanə  iltifatla  sərəfraz  olaraq  geri 

qayıtdı. Başqa bir  vaxt Özbək xan ibn Rüstəm Sultan ibn Cam bəy 

Sultan doqquz yüz altmış yeddinci ildə (miladi 1559/60) Əndxod və 

Şibirğandan* səkkiz  min qaniçən  və döyüşkən döyüşçü ilə çıxaraq 

Sərəxs, Zurabad və Cama gəldilər, bir neçə dəfə qarətkarlıq edib, öz 

diyarlarına  döndülər.  [O  zaman]  Cam  hakimi  Zeynal  xan  ibn 

İbrahim xan Zülqədər, Mir Hüseyn Sultan Firuzcəngi yanına çağırdı 

və özbəklərin dəf olunmaları xüsusunda onunla məsləhətləşdi. O və 

cığatay əmirlərindən olan məşhur Hacı Sultan Kutval qoşun bəzəyib 

Zeynal xana birləşdilər. O da onların köməyinə  yetişərək, özbəkləri 

təqib  etmək  fikrini  bildirdi,  amma  adları  çəkilən  əmirlər  təqibi 

məsləhət  bilmədilər.  Bir  dəstə  döyüşçünü  təqibə  yollayıb, 

məğlubiyyətə  uğrayan  Zeynal  xan,  öz  cəhalət  və  qürurunun 

çoxluğundan,  iki  min  beş  yüz  nəfər  qızılbaş  və  cığataylarla 

özbəklərin ardınca gedərək, Pole-Xatunda Özbək xana çatdı. Özbək 

xan  iki-üç  min  döyüşçünü  qızılbaşların  qarşısında  qoyub,  özü  isə 

yeddi  min  nəfərlə  pusquda  dayandı.  İlk  həmlədə  özbəklər  məğlub 

oldular.  Zeynal  xanın  adamları  qənimətlərdən  ötrü  təzəcə  işə 

başlamışdılar  ki,  Özbək  xan  pusqudan  çıxdı  və  atını  əmirlərə  tərəf 

sürdü,  onları  bir  həmlə  ilə  məğlub  etdi  və  qızılbaşlar  dağılışdılar. 

Qızılbaşların  tam  qüvvətlə  mərdanə  döyüşmələrinə  baxmayaraq, 

min nəfərədək qızılbaş və cığatay döyüşçüsü, habelə Zeynal xan və 

Mir  Hüseyn  Sultan  öldürüldü,  Hacı  Sultan  Kutval  isə  qoşunun 

qalıqlarıyla birlikdə yüz həyəcanla həmin qorxulu  mərəkədən  yaxa 

qurtara  bildi.  [Beləliklə,]  Zeynal  xanın  tədbirsizliyi,  cəhaləti  və 

qüruru  üzündən,  qüvvətli  qoşuna  belə  bir  zərbə  dəymiş  oldu  və 

Özbək xan öz diyarına döndü. 

 

HÜMAYUN CƏNNƏTMƏKAN ŞAHIN BAĞDAD 

DARÜLXİLAFƏSİNƏ VƏ XUZİSTANA YÜRÜŞÜ VƏ 

CAHAN PƏRVƏRDİGARININ İLTİFATIİLƏ İNADKAR 

ADAMLARIN DƏF OLUNMALARININ ZİKRİ 

 

Bu kitabın əvvəlində dünya şəhriyarının, yəni həzrət Cəm 



məqamlı cənnətməkan şahın dövründə baş  vermiş hadisələrin şərhi 

vaxtı  iki  dilli  qələm  bəyan  səhifəsində  belə  yazmışdır:  Hümayun 

cülusun  başlanğıcında,  habelə  hakimiyyəti  və  cahanı  bəzəyən 


195 

 

şəhriyarın  dövründə  Süleyman  məkanlı  həzrət  xaqanın  (Şah 



İsmayılın  -  Ş.F.)  qorxusundan  özlərinin  şöhrətsizlik  (xəmul) 

zaviyələrində oturan ətraf yerlərin üsyankar adamları başlarını üsyan 

cibindən  çıxardılar  və  onlardan  müxalifət  və  tüğyan  görünməyə 

başladı.  O  həzrət,  yuxarıda  yığcam  məlumat  verildiyi  kimi,  uzun 

müddət düşmənlərin dəf olunmaları, inadkarların cəzalandırılmaları, 

mülk və millət işlərinin icrası ilə məşğul olmasından başqa, səfərlərə 

çıxır,  yasaq  elan  edir  və  onun  zəruri  yürüşlər  üzündən  rahətliyi 

olmurdu.  Hümayun  hücumla  bağlı  olan  Bağdad  darüssalamı 

hakimlərinin  üsyan  və  tüğyan  hadisəsi  onlardan  biridir.  Noxud 

Sultanın oğlu Zülfüqar Kəlhər hakimi idi. Alın lövhəsinə müxalifət 

və  inadkarlıq  nəqşini  cızaraq,  Bağdadın  hakimliyi  və  mülkiyyətini 

ələ  keçirmək  fikrinə  düşdü.  İbrahim  Sultan  hərçənd  ki,  Zülfüqarın 

belə  mülayim  olmayan  bir  tərzdə  gəlişi  barədə  Sultan  Qurinin* 

(mətndə səhvən "Sultan Qədri" yazılmışdır - Ş.F.) fikrini öyrənməyə 

çalışdı  [və  dedi  ki,]  onun  belə  sürətlə  xəbərsiz  gəlişi  xeyir  və 

səlamətlikdən xəbər vermir, sultan onun fikrini qəbul etmədi. O, bir 

neçə  yaxın  adamıyla  öz  divanxanasında  rahat  əyləşmişdi  ki, 

Zülfüqar  ordu  kənarına  çatıb,  ona  basqın  etdi.  Bu  vəziyyəti 

müşahidə  edən  İbrahim  xan  çaşdı,  adam  toplamaq  və  müdafiə 

füpsəti əldə edə bilməyib, canının qorxusundan özünü hərəmxanaya 

atdı.  Zülfüqar  bir  dəstə  adamla  atdan  enib,  hərəm  xeyməsinin 

kəndirlərini  qılıncla  kəsdi  və  onlar  İbrahim  Sultanın  üstünə 

tökülüşdülər, sultanı yanındakı bir neçə adamla iti qılınclarla parça-

parça etdilər. Ərəb əmirlərindən olan Seyid Süleymanın oğlu Seyid 

bəy  Kəmunə  dörd  yüz  adamla  gələrək,  zərurət  üzündən  Zülfüqara 

birləşdi. Zülfüqar bu vaqiədən sonra çoxlu adamla darüssalama çatıb 

oranı  tutdu.  O,  öz  qohum-əqrəbalarından  çoxlu  adamı  qəhr  qılıncı 

ilə  qətlə  yetirdi  və  bütün  İraqi-Ərəbi  özünə  götürüb,  orada 

hökmranlıq  bayrağını  (əbme-təsəllət)  dalğalandırdı.  Bu  məsəb 

ədalətli şəhriyara (Şah Təhmasibə - Ş.F.) ərz olunduqda, doqquz yüz 

otuz  beşinci ildə  (miladi  1529/30)  onun  cah-cəlal  ordusu  müzəffər 

əsgərlər və iqbal döyüşçüləri ilə birlikdə İraqi-Ərəbə doğru hərəkət 

etdi,  az  vaxtda  darüs-salamın  ərazisi  fələk  ehtişatlı  xosrovun  cah-

cəlal  çadırlarına  məskən  oldı.  O  zaman  günəş  Sərətan  bürcündə* 

olduğundan hava olduqca isti idi. 

 

Beyt 



 

196 

 

Elə istiydi hava, çaydakı xərçəng hətta,  



İstilikdən başını salmış idi çayda quma

153


 

 

Bədxislət  Zülfüqar  bir  dəstə  bazıpozuq  kütlənin  sözü  ilə 



şəhər  darvazalarını  bağlayıb  qaladarlıq  işlərinə  başladı,  cəngə 

hazırlaşdı.  İqbal  ordusunun  mübarizləri  Bağdad  hasarını  əhatəyə 

alaraq, qaragün müxaliflərlə hər gün vuruşurdu və onların arasındakı 

cəng  atəşi  şölələnməkdəydi.  Zülfüqarın  qardaşları  Əli  bəy  və 

Əhmədbəy  o  haramzadənin  gördüyü  işin  aqibətini  düşünüb,  fürsət 

düşən  kimi  həmin  talesizin  üstünə  tökülüşdülər,  iti  qılıncla  başını 

bədənindən ayırıb, ali saraya gətirdilər. Bağdad qalası, beləliklə də, 

hümayun şah iqbalının gücü, bəlkə də məhz İlahinin təsdiqi ilə fəth 

olundu.  Zülfüqarın  fitnəkar  mülazimləri  şahanə  qəzəbin 

qorxusundan  özlərini  Dəclə  çayına  atdılar  ki,  bəlkə  nicat  sahilinə 

üzüb çıxsınlar, amma onların əksəriyyətini fəna dalğası qərq etdi. O 

həzrət isə, böyük əzəmət və cah-cəlalla darülxilafəyə gəldi və onun 

ədalət  nurları  o  vilayətin  hər  yerini  işıqlandırdı.  Hökm  verildi  ki, 

şəhərdə heç kimi Zülfüqarın dövründəki əməllərinə görə sorğu-suala 

çəkməsinlər,  xalq  buna  görə  də  bu  əbədi  dövlətin  davamı  üçün 

dualar  etməyə  başladı.  Ərəb  qəbilə  sərdarları  şaha  dilli-dilavər 

elçilər və layiqli peşkəşlər yollayıb Bağdadın fəthi münasibətilə onu 

təbrik  edirdilər.  Cənnətməkan  şah  hərarətin  daha  da  şiddətlənməsi 

və  öz  hümayun  zatına  qızdırma  xəstəliyi  üz  verdiyinə  görə  orada 

dayana  bilmədi,  darüssalamın  idarə  olunmasını  və  mülkiyyətini  o 

vaxtadək  "sultan"  olan  Məhəmməd  xan  Şərəfəddinoğluya  verdi, 

İraqi-Ərəbdən  İraqi-Əcəmə  yönəldi  və  sağ-salamat  səltənət 

paytaxtına yetişdi. 

Onun  Xuzistana  və  Ərəbistana  yürüşünün  səbəbi  bu 

olmuşdur: Dizful  valisi olan  Əlaüddövlə Rənaşi  (Rənaş o  vilayətin 

kəndidir  - Ş.F.)  itaət və fərmandan boyun qaçırıb, xilaf mövqeyinə 

keçmişdi. Buna görə də, Xuzistan yürüşünə başlamaq vacib bilindi. 

Hümayun  cülusdan  on  səkkiz  il  keçəndən  sonra,  doqquz  yüz  qırx 

səkkizinci  ildə  (miladi  1541/42)  cahanı  fəth  edən  bayraqlar  o 

istiqamətə  doğru  hərəkətə  gəldi.  Qələbə  nişanlı  əsgərlər  Luristanın 

                                                           

153


 Beytin farscası: 

Bud z-angunə həva gərrn ke, dər abe-rəvan  

Sine bər rig nehadi ze hərarət sərətan. 

 


197 

 

Xürrəmabadına gəldikdə, Əmir Cahangir Abbasi Lur Kuçek səltənət 



başçısının qəbuluna getmək səadətinə yetdi, iltifat və nəvazişə layiq 

görüldü.  İqbal  qoşununun  gəliş  xəbəri  Dizful  və  ona  yaxın 

yerlərdəki  düşmənlərin  səbrü  qərarını  əllərindən  aldı.  Adı  çəkilən 

Əlaüddövlə  qorxu  və  dəhşətdən  öz  məmləkətlərini  ataraq  işıq  və 

külək  sürəti  ilə  Bağdada  tərəf  qaçdı.  Dizful  vilayəti  səadətli  şah 

xeymələri  ilə  dolduqda  Həvizə  hakimi  Seyid  Şücaəddin  Pədran 

Müsəşəi  öz  sədaqət  üzünü  şaha  göstərərək,  nəvaziş  və  lütfkarlıqla 

şərəfləndi,  həmin  vilayət  fərmanla  ona  mərhəmət  olundu.  Şiraz 

hakimi    İbrahim  xan    Zülqədəri    bir  dəstə    əmir  və  əsgərlə  Bayat 

qalasındakı düşmənlərin qarətinə  göndərdilər, beləliklə də o tərəfin 

bütün işləri ürək istəyən kimi nizam-intizam tapdı  və qələbə cilovu 

İraqa  tərəf  istiqamətləndi.  Xülasə,  o  həzrət  hümayun  cülusundan 

otuz  il  keçənədək  mülk  işlərinin  irəli  getməsindən  ötrü  səadət  və 

iqballa  çalışdı.  Bu  tarixdən  sonra  Təbriz  darüssəltənəsinə  yaxın 

məsafədə  olan  Van  bölgəsi  rumiyyə  qoşununun  əlinə  keçdiyindən, 

hümayun  paytaxt  və  bu  əbədi  səltənətin  taxtgahı  kimi  Qəzvin 

darüssəltənəsini  münasib  göründü.  Şah  orada  dövlətxana  və  gözəl 

bir  bağ  salaraq  iqamət  etdi.  İmarət  işlərinin  dörd-beş  ilə 

tamamlanmasından  iyirmi  il  keçən  müddətə  qədər  şah  Qəzvin 

darüssəltənəsindən  heç  yana  getmədi,  onun  dövlət  bayrağı  gün-

gündən ucaldı, dünya sultanları Keyvan bürcünədək ucalan dərgaha 

gəlməyə başladılar: 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin