Aqillərin inamına görə: zökəm olan və mədə-bağırsaq
ağrılarından əziyyət çəkən xəstələr axşam-səhər armud yemək
məsləhətdir. Bu, xəstəni sağaldır, mədəni qüvvətləndirir.
Aqillərin inamına görə: ürəyi ağrıyan, ürəkdöyüntü-
ləri çox olan xəstələrə innabı kəklikotu ilə birlikdə dəmləyib
hər dəfə yeməkdən əvvəl bir fincan içmək məsləhətdir.
Müalicə olduqca əhəmiyyətlidir.
Aqillərin inamına görə: iflic olan, göyöskürəyə və
bəlğəmə tutulan oynaq və bel ağrılarından əziyyət çəkən
xəstələrə çoxlu xurma yemək məsləhətdir.