Nübar Həkimova ___________________________________
224
efir yağı, flavonoidlər və s. maddələr vardır. Yarpaqlarında
6-10 mq% karotin, 50-90 mq% C vitamini tapılmışdır.
Bundan başqa, kökünün tərkibindən 0,7% efir yağı,
üzvi turşulardan fumarin, çaxır, qlikol, berqapten, umbelli-
feron, palmitat, stiq-masterin, stiqmasterin steroidləri, fenol-
karbon turşularmdan koyein, ferul, sinap, prokatexin,
vanilin, koric maddələri; yerüstü hissələrindən 0,27-5% efir
yağı, 1,24-1,28% kumarin, 0,86-0,9%-flavonoid maddələri,
fumarin, alma, çaxır, benzol üzvi turşuları, 0,2-1,1% efir
yağı, gövdəsindən 3-qlükozonid, kempferol, 3-qlükozid və
3-qlükozid kversetin, antosianlardan – feruloil və sinapoil
efiri, 3-ksilozilqlükozid-korilqalaktozidlər, sinaidin; yarpaq-
larından fumar alma, çaxır, benzol üzvi turşular, 0,5-0,9%
efir yağı, kversetin, kempferol, 3-qlükuzonid və 3-
arabinozid, kempferol, izozamnetin qlükozidi və s. flavonoid
maddələri; meyvələrindən fumar, alma, çaxır, benzol üzvi
turşusu, 2,4-3% efir yağı, umbelliferon, skopoletin, ksan-
totoksin, imperatorin, berqapten, marmerin kumarinləri,
kversetin 3-qlükozid və 3-arabinozid, kversetin (fenikularin),
izo-kversetrin 3-qlükozid, və 3-arabinozid kempferol
flavonoidləri aşkar edilmişdir.
Cavan zoğlarından qida kimi istifadə edilir. Yarpaqla-
rından kulinariyada geniş istifadə olunur. Meyvəsi dərman
kimi bir sıra ölkələrin farmakopiyasına daxil edilmişdir.
Müalicə məqsədləri üçün razyananın ancaq meyvələ-
rindən istifadə edilir. Meyvələri sentyabr ayında, yetişməyə
az qalmış yığılıb qurudulur. Efir yağından hazırlanan cövhər
və preparatları müalicə vasitəsi kimi geniş tətbiq edilir.
Elmi təbabətdə razyana meyvəsindən soyuqdəymə nə-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|