39
Yuxuda döşək görmək, yuxugörənin xəstələnməsi de-
məkdir.
Yuxuda dolça görmək, ya yuxugörəndən, ya da ailəsin-
dən kimdənsə oğurluq olacağı kimi yozulur.
Yuxuda çöl donuzu görmək, var-dövlət tapmaq, var-
lanmaq deməkdir.
Yuxuda duzqabı görmək, ailədə bolluq, bərəkət kimi
yozulur.
Yuxuda qazan görmək xoşa gəlməyən qonağın gələ-
cəyi kimi yozulur.
Yuxuda qaymaq görmək yuxugörənin arzusuna çatmaq
kimi yozulur.
Yuxuda açıq qapı görmək bədbəxtlik, qapalı, örtülü
qapı görmək xeyir tapmaq kimi yozulur.
Yuxuda qarğa görmək yuxugörənin mal-qarasının,
davarının (qoyun-keçinin) xəstəlik tapması, qırılması kimi
yozulur.
Yuxuda qara at görmək yuxu görənin şərə düşməsi ki-
mi yozulur.
Yuxuda qaranquş görmək uzaq yerdə yaşayan qohum-
əqrəbadan xeyir xəbər eşitmək kimi yozulur.
Yuxuda qartal (qaraquş) görmək, yuxugörənin ucalma-
sı deməkdir.
Yuxuda taxta qaşıq görmək xeyir tapmaq, dəmir qaşıq
görmək isə ziyana-şərə düşmək kimi yozulur.
Yuxuda qızılquş görmək yuxugörənin varlanacağı kimi
yozulur.
Yuxuda qılınc görmək yuxugörənin arzu-istəyinə çata-
cağı kimi yozulur.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com