Nübar Həkimova ___________________________________
304
XÖRƏKLƏRİN HAZIRLANMASINDA
İSTİFADƏ OLUNAN ƏDVİYYATLAR
Bu da ədviyyatların kulinariyada oynadıqları rolun
əhəmiyyətinin aydınlaşdırılmasına imkan verir. Bir çox əd-
viyyat xammalları bizim mətbəximizdə rast gəlinmir. Bun-
ların əhəmiyyətini biz çox vaxt qiymətləndirə bilmirik.
Bataqlıq zanbağı – şorba, balıq, bulyon, souz, xörək
şirəsində, ağ və qırmızı kələmin, yağlı ət qızartmalarında,
kartof və tərəvəz qızartmalarında ədviyyat qatışığı kimi
istifadə olunur. Bu, şirin xörəklərin, meyvə suplarının və
salatların tamını yaxşılaşdırır.
Cirə – müxtəlif piroqların, baldan hazırlanan peçenye,
şirin qoğal, şirin cirə, keks, milad peçenye, qatı süd supunun,
yulaf sıyığı, düyüdən hazırlanan şirin xörəklərin, kükü,
meyvə salatların, krem və tortların tərkibinə qatılır. Cirə
həmçinin çuğundur, qırmızı baş kələmin, xiyar, kök, meyvə
kompotlarının tərkibinə də əlavə edilir.
Reyhan – tərəvəzdən hazırlanan bütün xörəklərin –
paxla, lobya, maş, noxud, turş kələm, tomatdan hazırlanmış
xörəklərin, konservaya qoyulmuş xiyar, balqabaq, sup, xörək
şirələrinin, ispanaq, küftə, qara ciyərdən hazırlanmış xö-
rəklərin, kolbasa, donuz ətindən hazırlanmış kotletin, kəs-
mik, yağ, omlet, salat, qoyun ətindən hazırlanmış xörəklərin,
ətirli sirkələrin, makaron xörəklərin və s. məhsulların tərki-
binə qatılır.
Vanil – şirin qənnadı məhsulların, bulkaların, çörəyin,
peçenyenin, qoğalın, ruletin, vanil və şokoladdan hazır-
lanmış şirələrin, gavalı sıyığının, şirin yoqurd, kəsmiyin,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|