__________________________________ Nübar Həkimova
307
siyənək, şorabaya qoyulmuş balıqların, qulyaşın, şorbanın,
bütün növ turşulu xörəklərin, turşuya qoyulmuş tərəvəzlərin,
turş kələmlə supun, borşun və s. tərkibinə qatılır.
Soğan (kəvər) – bütün sup növlərinin, müxtəlif xörək
növlərinin, salat və şorbanın, paştetin qızardılmış ətin tər-
kibinə qatılır.
Adi soğan – müxtəlif salatların hazırlanmasında, şo-
raba qoyulmuş göbələklərin, tərəvəzlərin, xüsusilə də tuş kə-
ləmin, xiyarın, supun, ümumiyyətlə soğandan hazırlanan
bütün xörəklərin tərkibinə qatılır.
Mərzə – kartofdan hazırlanmış supların, küftənin, sa-
latların, göbələkdən hazırlanan xörəklərin, ətdən hazırlanan
supların, qızardılmış toyuq, qoyun, quzu və donuz ətlərinin
tərkibinə qatılır. Bundan əlavə xörək şirələrinin, döyülmüş ət
məhsullarının, bir sıra pendir növlərinin, balıq və ətdən
hazırlanan salatların tərkibinə əlavə olunur.
Zeytun – soyuq ət xörəklərinin, supların, məşhur sol-
yanka və şorabanın tərkibinə qatılır. İştahaçıcı ədviyyat kimi
süfrəyə qoyulur.
Bədrənc – təzə halda salatların, şirələrin, tərəvəzlərin,
bütün sup növlərinin tərkibinə qatılır. Toyuq, balıq, dana və
qoyun ətindən və eləcə də ov quşlarından hazırlanan
xörəklərin, süd məhsullarının, yumurta və meyvə suplarının
tərkibinə əlavə olunur.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|