Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti


İkinci sistem isə (Avropa Kredit Transfer Sistemi) XX əsrin 80-ci illərindən tətbiq olunmağa başlanıb və semestrdə 30-33 kredit qazanmaq imkanı verir



Yüklə 149,97 Kb.
səhifə2/9
tarix23.03.2023
ölçüsü149,97 Kb.
#89381
1   2   3   4   5   6   7   8   9
Elmağa Orucov-2 (M361A7)

İkinci sistem isə (Avropa Kredit Transfer Sistemi) XX əsrin 80-ci illərindən tətbiq olunmağa başlanıb və semestrdə 30-33 kredit qazanmaq imkanı verir.
Qeyd edək ki, kredit tələbənin semestr boyu həftə ərzində bir dərsdə keçirdiyi akademik saatdır. "Kredit sistemi" tələbənin təhsil müddətindəki fərdi planı, "kredit" isə tələbənin tədrisdə kəmiyyət göstəricisidir.Tələbə krediti mühazirə-seminar məşğələlərdə iştirakı ilə, müstəqil, yəni auditoriyadankənar tapşırıqlar yerinə yetirməklə də qazana bilər.
Hazırda dünyanın müxtəlif ölkələrində kredit sisteminin tətbiqi də müxtəlifdir. Burada universitetin "semestr", yoxsa "kvartal" sistemləri üzrə işləmələri də mühüm əhəmiyyət kəsb edir. Əksər universitetlərdə tədris ili "payız" (16 həftə) və "yaz" (17 həftə) semestrləri olmaqla, 2 hissəyə bölünür. 8-10 həftəlik "yay sessiyası" deyilən bir tədris müddəti də tətbiq olunur. Boloniya sisteminə görə akademik ilimiz 30 həftəlik olmalıdır.
Kredit sisteminin üstünlüklərinə gəlincə, bu sistemdə təhsil alan hər hansı bir tələbə təhsil haqqında sənədlərini kredit sistemi tətbiq olunan istənilən ölkənin universitetinə təqdim edəndə heç bir çətinlik çəkmir. Çünki kredit sistemi vahid tədris məkanı deməkdir. Eyni zamanda, bakalavr pilləsini başa vuranın alacağı əsas ali təhsil sənədləri (diplom və diploma əlavə) beynəlxalq standartlara uyğun hesab edilir. Hər bir tələbənin qiymət cədvəlində (Transcript və ya Diploma Supplement) fənlərin kəmiyyət göstəricisi-krediti və GPA-Grade Point Average (bütün fənlər üzrə orta qiymət göstəricisi) yazılır. Tələbə, məcburi fənlər müstəsna olmaqla, fənləri, həmçinin müəllimləri də seçməkdə müstəqil olur. Tədrisin keyfiyyəti, müəllimlərin fəaliyyəti haqqında tələbə münasibət bildirməkdə azaddır və onun münasibəti universitet üçün əsas sayılır.
Xatırladaq ki, Azərbaycanda kredit sistemi qaydaları Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanıb və Azərbaycan ərazisində fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsili müəssisələrinə şamil edilir. Məsələn, Nazirlər Kabinetinin "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nda göstərilib ki, orta ixtisas təhsili müəssisələrində tələbələrin təhsili ixtisas üzrə təhsil proqramı əsasında həyata keçirilir. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 həftəlik yay semestri də təşkil oluna bilər. Orta ixtisas təhsili pilləsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadan kənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan kənar yükünün ümumi həcmi 45 saatdır. Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir. Buraxılış işinin hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. İxtisasın təhsil müddətindən asılı olaraq orta ixtisas təhsili pilləsində tam orta təhsil bazasından təhsilalanlar üçün 120-180 kredit, ümumi orta təhsil bazasından təhsilalanlar üçün isə 180-240 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir.
Ali ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nda isə göstərilib ki, bu sistemdə Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formalar üzrə ixtisasın (ixtisaslaşmanın) tədris planı, ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki, ixtisas (ixtisaslaşma) üzrə illik işçi tədris planı, tələbənin fərdi tədris planı və müəllimin illik işçi tədris planından istifadə edilir. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər. Ali təhsilin hər iki səviyyəsində əyani təhsil alma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir.
Bir kredit tələbənin auditoriya və auditoriyadan kənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan kənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir. Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Bir tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bundan əlavə, müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərtilə fənn (fənlər) də seçməyə icazə verilir. Tələbəyə bakalavriat səviyyəsində gələcək peşə fəaliyyətində istifadə etməsi və ya oxşar ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olduğu halda) əlavə təhsil alması məqsədi ilə ödənişli əsaslarla müvafiq ixtisasların fənnini (fənlərini) seçmək hüququ da verilir. Bu şərtlərlə əlavə təhsil alanlara həmin ixtisas üzrə bakalavr dərəcəsi və müvafiq diplom verilir.



Yüklə 149,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin