Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Texniki Universiteti
Fakültə: İnformasiya və Telekommunikasiya Texnologiyaları
Kafedra: Radiotexnika və Telekommunikasiya
İxtisas: Telekommunikasiya Sistemlərinin İnformasiya Təhlükəsizliyi
Sərbəst iş № 2
Mövzu: Ali təhsil müəssisələrində kredit sistemi
Qrup: M361A7
Tələbə: Elmağa Orucov
Elmi rəhbər: baş müəllim, Gülnar Qurbanova
Bakı 2023
MÜNDƏRİCAT
Giriş. 2
Kredit sistemi haqqında ümumi məlumat 2
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi lə tədrisin təşkili 5
1.Ümumi müddəalar 5
2.Əsas anlayışlar 6
3.Tədris prosesi 7
3.2Tədrisin təşkili 8
3.3Tələbənin fərdi tədris planının tərtibi 11
3.4. Yay semestrinin təşkili 11
4.Tələbələrin hüquq və vəzifələri 12
5.Akademik məsləhətçi (tyutor) xidməti 13
6.Tələbə və müəllim mobilliyi 14
Giriş.
Bu gün Azərbaycanda ali və orta ixtisas təhsili sahəsində müasir təlim metodları geniş şəkildə tətbiq edilir. Qeyd edək ki, ölkəmizin Boloniya prosesinə qoşulmasından sonra bu istiqamətdə görülən işlər daha da sürətləndirilib. Bu prosesin ən böyük üstünlüklərindən biri isə təhsildə kredit sisteminin tətbiqi sayıla bilər.
Xatırladaq ki, hazırda dünyada əsasən 2 akademik kredit sistemi daha geniş yayılıb. Bunlar United States Credit System (ABŞ Kredit sistemi) və European Credit Transfer System, yəni Avropa Kredit Transfer Sistemidir. Birinci sistem (ABŞ Kredit sistemi) XX əsrin əvvəllərindən tətbiq olunur və semestrdə 15-18 kredit qazanmaq imkanı verir. ABŞ-da adətən qrup həftədə 3 saat (150 dəqiqə) dərs keçirsə, bu o deməkdir ki, AB-in (bakalavr) 1 kredit saatı 1 saatlıq mühazirə/seminar və 2 saatlıq ev işinə bərabərdir. MA-in (magistr) 1 kredit saatı 1 saatlıq mühazirə və 5 saatlıq ev işinə bərabərdir. BA üçün semestrdə orta tədris yükü 15 kreditə (vahidə) bərabərdir ki, bu da 45 (15 saat auditoriya vaxtı+30 saat auditoriyadan kənar saat) saat dərsdə iştirak və oxumaq deməkdir. MA-da isə bu müvafiq olaraq 9 kredit (vahid) və 54 saat dərsdə iştirak və oxumaq deməkdir.
Dostları ilə paylaş: |