yiyələnmə bacarıqlarının formalaşmasında mühüm rol oynayır, onlara müstəqil
şəkildə öz fəaliyyət proqramlarını qurmağa, habelə öz vaxtını və işini qrafik üzrə
planlaşdırmağa kömək edir. Bu üsul həmçinin şagirdlərin bir-biri ilə, eləcə də
məktəbdən kənarda müxtəlif adamlarla qarşılıqlı əlaqəsi üçün şərait yaradır,
hadisələrin hər hansı bir aspektini daha dərindən anlamağa imkan verir, əlavə
ədəbiyyatdan istifadə etməyə istiqamətləndirir.
Layihələr hazırlayarkən müəllim mövzu və ya problemi müəyyən edir və
sinfə bunlardan birini seçmək imkanı verir. Problem həmçinin sinif tərəfindən
“əqli hücum” üsulu ilə seçilə bilər.
Problem konkret olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə üzərində işin
başlama və başa çatma müddətini, istifadə olunacaq əyani vasitələri
(ədəbiyyatlar, mənbələr, təsviri vasitələr və s.) bunları əldə etmək yollarını, iş
formalarını (fərdi yoxsa, qrup şəklində) müəyyən edirlər.
İş prosesində müəllim suallara cavab verə və ya yol göstərə bilər. İşin
icrasına isə şagirdlər özü cavabdehdir.
Tədqiqatın nəticəsi hesabat, xəritə, illüstrasiya, fotoşəkillər cədvəllər,
qrafiklər, formasında ifadə oluna bilər.
Dostları ilə paylaş: