13.1.4. Təhsil Standartları Sistemi (TSS)
Təhsil sistemlərinin ən əsas problemlərindən biri təhsil standartları məsələsidir. Təhsil
standartlarının minimumu, təlim/tədrisin mövzu əhatəliyini təyin etməklə, təhsil pillələri arasında
keçid təmin edən meyar ölçüsüdür. Bu standartların müəyyən olunması, operativ olaraq
dəyişdirilməsi və s. ƏTS-in ən böyük problemlərindəndir. ETS-TSS bu tip problemləri həll etmək
üçün yaradılır. Qeyd etdiyimiz kimi Təhsil Standartları milli xarakter daşıyır, ölkədə təhsilin
keyfiyyət ölçüsüdür. Bu isə öz növbəsində ETS-TSS-dən istifadəni zəruri edir.
ETS-də “Təhsil Standartları Sistemi” kompleks alt-sistemi aşağıdakı mürəkkəb məsələləri həll
edəcək:
- Ənənəvi və Elektron dərsliklərinin (DM) hazırlanması standartlarını müəyyən etmək;
- Təhsilin ixtiyari pilləsində təlim/tədris olunan fənnin mənimsənilmə minimumularını (ETS-
TYQKS vasitəsilə) müəyyən etmək;
- Təhsili idarəedən sübyektlərin fəaliyyətinin ekspertizası, pedaqoqların attestasiyası, DM
elektron dərsliklərinin sertifikatlaşdırılması, təhsil müəssisələrinin lisenziyalaşdırılması və
digər bu kimi problemləri həll etmək üçün nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: |