18
Əksliklərin
mübarizəsinin
kulminasiya
nöqtəsi,
toqquşması
səviyyəsi
münaqişədir.
Onu deyək ki, yeninin meydana çıxması müəyyən müddət (bəzən uzun
zaman ərzində) köhnənin içərisində, lakin köhnə ilə yeninin mübarizəsi şəraitində baş
verir. Bəzən
hətta mübarizə edən tərəflər, ziddiyyətə girən meyllər arasında müvəqqəti
tarazlıq, müvazinət vəziyyəti də əmələ gələ bilər. Bu vaxt mənafe əksliyi olan tərəflərin
mübarizəsi nisbəti dinc formalarda davam edir. Lakin bu müvazinət müvəqqəti, nisbi
səciyyə daşıyır.
Yeninin qarşısı alınmazlığı zəminində
mənafe əkslikləri kəskinləşir,
köhnə yeninin qələbəsi üçün buxova çevrilir. Bu şəraitdə ziddiyyətlər kəskinləşir,
münaqişə, toqquşma baş verir. Yeni qüvvələr qalib gəlir, köhnəlik geri çəkilir və ya ləğv
edilir, inkişaf yeni formalarda davam edir.
Dostları ilə paylaş: