24
formaları kimi baxsa da, o, "ilkin səbəb", "'ilkin forma", "formalar forması" və s. adlarla
"ilkin
səbəb"
ideyasına qayıdır, çox vaxt onlar "Allah" anlayışı ilə
eyniləşdirilirdi.(Sonralar ilahiyyatçılar həmin ideyalardan Allahın varlığının sübutu kimi
istifadə etmişlər). Aristotel həmçinin kateqoriyalar arasındakı dərin daxili əlaqələri,
onların bir-birinə keçməsini, mütəhərrikliyini də axıradək ardıcıl izah etmişdi.
Sonrakı dövrlərdə kateqoriyaların mahiyyətinin təhlil edilməsində İ.Kantın
xüsusi
rolu olmuşdur. Kant kateqoriyalara "özündə şeylər" iddiasının obyektivliyindən irəli
gələn bir hadisə kimi deyil, subyektə, təfəkkürə xas olan bir fenomen kimi baxmış,
onları idrakın "aprior formaları" hesab etmişdir. Kant kateqoriyaların
məntiqi
funksiyalarına, təfəkkürdəki roluna yüksək qiymət vermişdir. O, kateqoriyaların
təsnifatını belə müəyyən etmişdir: keyfiyyət (gerçəklik, inkar, məhdudluq); kəmiyyət
(tək, gəm, bütöv, tam); münasibət (substansiya, xassə, səbəb, təsir və qarşılıqlı təsir);
modallıq (imkan və imkansızlıq). Lakin o, bütövlükdə kateqoriyaları gerçəklikdən ayırır,
onlara təfəkkürün dəyişməz aprior formaları kimi baxırdı, onları obyektiv gerçəklikdən,
təcrübədən asılı olmayan mühakimənin məhsulu hesab edirdi.
Kateqoriyalar haqqında dialektik, obyektiv idealist baxışı Hegel əsaslandırmışdır.
Onun
fikrincə, kateqoriyalar daxili hərəkət və dəyişmə prosesinin əbədi atributu,
anadangəlmə mütləq ideyalardır. Kateqoriyalar möhkəm daxili qarşılıqlı əlaqədədir və
bır-birinə keçə bilər. Hegel fəlsəfi kateqoriyaların aşağıdakı təsnifatını vermişdir:
Dostları ilə paylaş: