25
idraka məxsus formalardır və real əşya, xassə və münasibətlərin nümayəndələri,
obrazlarıdır.
İnsan fəaliyyətində kateqoriyalar həm də ciddi dünyagörüşü əhəmiyyətinə malikdir.
Belə ki, məhz kateqoriyaların
köməyi ilə insan nəyin həqiqət, nəyin yalan olduğunu,
nəyin əsas və nəyin qeyri-əsas olduğunu müəyyən edir, hadisələrin inkişafını müəyyən
edən daxili, zəruri əlaqələri aşkar edir, qanunauyğunluqları
dərk edərək, onları öz
əqidəsinə, nəhayət, fəaliyyət motivinə çevirir. Bütün bunlar isə insanda möhkəm əqidə,
elmi dünyagörüşü formalaşmasına kömək göstərir. Kateqoriyalar insan fəaliyyətini
istiqamətləndirən, onun məqsədli mövqe seçməyini şərtləndirən mühüm metodoloji
əhəmiyyət kəsb edən fenomendir. İnsan kateqoriyaların mahiyyətini bilmədən də, onlar
əsasında düşünür, gerçəklik hadisələrinə yanaşır. Məhz kateqoriyaları dərindən
mənimsəmək əsasında insan
hadisələri saf-çürük etmək, gerçəkliyə yanaşmaq üsulları
seçmək, onları təhlil edib fərqləndirmək imkanları əldə edir; düzgün metodoloji mövqe
tuta bilir. Bu yolla hadisələr arasındakı zəruri, qanunauyğun, müəyyənedici, mühüm
əlaqələri seçmək, ayırd etmək asanlaşır, elmi-idrakı və
sosial-praktik fəaliyyəti
yanlışlıqlardan xilas etmək, faydalı metodoloji mövqe tutmaq, bütövlükdə insan
fəaliyyətini düzgün istiqamətləndirmək mümkün olur.
Dostları ilə paylaş: