27
və ya ümumi qanunauyğunluqları mənimsəmə ilə tək-tək hadisə və proseslər müəyyən
ümumiləşdirici nəticələrə gəlməliyik. Tək və ümuminin nisbətini nəzərə almadan heç bır
obyektin düzgün tədqiq və dərk edilməsi mümkün deyildir.
Tək, xüsusi və ümumi arasındakı qarşılıqlı əlaqələrin düzgün mənimsənilməsinin
həm nəzəri, həm də ciddi ictimai-praktiki əhəmiyyəti vardır. Bu qarşılıqlı
əlaqələri
nəzərə almadan yalnız ümumi olana istinad etmək, yalnız ümumini əsas götürmək
nəzəriyyədə ehkamçılığa; yalnız təki əsas götürmək isə təftişçilik
mövqeyinə gətirib
çıxara bilər. Hər iki hal nəzəriyyədə həqiqətə nail olmağa imkan verməzdi. İctimai-
praktiki fəaliyyətdə də tək və ümuminin nisbəti ciddi nəzərə alınmalı,
əlaqələndirilməlidir. Belə olmadıqda bir region, bir millət və xalqın sosial-siyasi və
iqtisadi inkişafı təklənər, ümumidən ayrılar, tənəzzülə uğraya bilər.
Dostları ilə paylaş: